“ChatGPT”də uşaqlar üçün valideyn nəzarəti olacaq

“ChatGPT” neyroşəbəkəsinin sahibi “OpenAI” şirkəti çat-bota valideyn nəzarəti funksiyasını əlavə etməyi planlaşdırır.
Adalet.az xəbər verir ki, bu barədə məlumat şirkətin saytında yer alıb.
Bildirilib ki, tezliklə istifadəyə veriləcək funksiya valideynlərə övladlarının “ChatGPT”ni necə istifadə etdikləri barədə daha çox məlumat əldə etməyə imkan verəcək.
Bununla yanaşı, istifadəçi çat-bota fövqəladə hallarda əlaqə saxlamaq üçün etibar etdiyi hansısa şəxsin əlaqə nömrəsini əlavə edə biləcək.
Qeyd edək ki, şirkət bu qərarı ABŞ-də “ChatGPT” ilə intihar planlarını bölüşən 16 yaşlı gəncin ölümü ilə bağlı ittihamlar fonunda verib. Belə ki, Kaliforniyada həmin gəncin valideynləri “OpenAI”ni məhkəməyə verərək şirkəti övladlarının ölümündə günahlandırıb. “NBC News” telekanalının məlumatına görə, yeniyetmə çat-bota öz problemləri barədə danışıb. Valideynlərin iddiasına əsasən, övladları “ChatGPT”yə canına qəsd etmək niyyətində olduğunu dedikdə, çat-bot onunla söhbəti dayandırmayıb, üstəlik mövzu ilə bağlı ona məlumat verib.
Digər Xəbərlər

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılır

Bakıda bəzi məktəblərin fəaliyyətində məhdudiyyət tətbiq edilə bilər

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı artıb

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar - FOTOLAR

600-dən yuxarı bal toplayan 127 gənc Qarabağ Universitetini seçib

Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsi başlayır

Bacı-qardaş imtahansız universitetlərə qəbul olundu
