İrəvanda "Artsax harayı" abidəsinin açılışı olacaq: Ermənilər kimə güvənir?
Xəbər verdiyimiz kimi, Ermənistan paytaxtında yerləşən qondarma “erməni soyqırımı” memorialı ilə bağlı diqqətçəkən məlumat yayılıb.
Sosial şəbəkələrdə və bəzi erməni teleqram kanallarında memorial kompleksində yerləşən əbədi məşələ artıq girişin mümkün olmadığı, ərazidə qəfil “təmir işlərinə” start verildiyi bildirilir. Sülh müqaviləsinin paraflanmasından sonra bu hal sosial şəbəkələrdə siyasi xarakterli addım kimi dəyərləndirilib . Ermənilərin böyük əksəriyyəti güman edir ki, Paşinyan abidə kompleksini sökdürmək fikrindədir və təmir bəhanədir.
Adalet.az xəbər verir ki, nə ermənilər, nə də Ermənistan dövləti ədavət yaradan heç bir nəsnəni tarixin arxivinə buraxmaq fikrində deyil.
Beləki, İrəvanda yerləşən “Yerablur” hərbi panteonunda “Artsaxın harayı” memorial kompleksinin təntənəli açılış mərasimi baş tutacaq. Bununla bağlı “Arariç” İctimai Təşkilatı məlumat yayıb.
“Əziz həmvətənlər,
Sentyabrın 2-si saat 10:00-da hər kəsi “Artsaxın harayı” memorial kompleksinin təntənəli açılış mərasimində iştirak etmək üçün Yerablur Hərbi Panteonuna dəvət edirik.
Abidə Artsax müharibələrində həlak olmuş qəhrəmanların, Artsaxda istirahət edən soydaşlarımızın, eləcə də sentyabrın 25-də Müdafiə Ordusunun yanacaq anbarında baş vermiş faciəli partlayış nəticəsində həlak olanların əbədi xatirəsinə həsr olunub.
“Mərasim çərçivəsində xaçkarlara xeyir-dua mərasimi keçiriləcək, abidənin postamenti önünə gül dəstələri qoyulacaq”, - məlumatda deyilir.
P.S. Son günlər Rusiyanın Azərbaycanla bağlı aqressiyası ermənilərin əlinə fürsət salıb. Rusiya mediasında "Stepanakert", Dağlıq Qarabağ", çox vaxt isə "Artsax" kimi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi dəyərləndirilən cümlələr erməniləri xeyli ürəkləndirib. Xatırlayırsınızsa, ötən ay baş nazir Paşinyan Rusiyaya səfər edib qayıdandan sonra İrəvanda Qarabağla bağlı yığışdırılan simvollar yenidən açıq şəkildə dəstəkləndi. Düşünürəm ki, ermənilərə nə "sülh müqaviləsi", nə gələcək inkişaf, nə qonşuluq münasibətləri yaramır. Bunlarla ancaq silahla danışmaq effekt verə bilər.
Əntiqə Rəşid
Digər Xəbərlər
26 Noyabr 2025 20:00
Yanğında zərərçəkən ana və qızının müalicə xərclərini "Nargis" Fondu üzərinə götürdü
26 Noyabr 2025 19:50
Hərəkət sxemini və qrafiki pozan bu avtobuslara xəbərdarlıq ediləcək
26 Noyabr 2025 19:32
Bakıda SSRİ bayrağı qaldıranlar HƏBS EDİLDİLƏR - YENİLƏNİB
26 Noyabr 2025 17:47
"Alov Qüllələri"nin ətrafında sürüşmə ilə bağlı tədqiqat aparılacaq
26 Noyabr 2025 16:35
Baş Prokurorluq: Elektron Prokurorluq İnformasiya Sistemi beynəlxalq mükafata layiq görülüb
26 Noyabr 2025 16:29
Polis Akademiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçirildi - VİDEO+FOTOLAR
26 Noyabr 2025 16:16
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı azaldı
26 Noyabr 2025 15:48


Bakı -°C

