adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Yanvar 2021 13:53
25845
MƏMLƏKƏT

Azərbaycan ordusunun şəhid zabitinin nəşi tapıldı

Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusunun nəşi tapılıb.

“Report”un məlumatına görə, bir müddətdir itkin düşən leytenant Şükürlü Elvin Azad oğlunun nəşi doğulduğu Cəlilabad rayonunun Şiləvəngə kəndinə gətirilir.

Onunla yaşadığı evdə vida mərasimi keçiriləcək. Daha sonra şəhidin nəşi dəfn edilməsi üçün ailəsinin yaşadığı Bakı şəhərinə gətiriləcək.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü, leytenant Elvin Şükürlü Vətən müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın əvvəllərindən etibarən onun barəsində heç bir məlumat olmayıb.