Azərbaycan Premyer Liqasında IX tura iki oyunla start verilir

Misli Premyer Liqasında IX tura bu gün start veriləcək.
Adalet.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Açılış qarşılaşmasında "Turan Tovuz" "Karvan-Yevlax"ın qonağı olacaq. Qarşılaşma saat 14:30-da start götürəcək.
Tovuz klubu 15 xalla ikinci, Yevlax təmsilçisi 5 xalla 11-ci pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Kəpəz" "İmişli" ilə üz-üzə gələcək. Bu oyun saat 17:00-da başlayacaq. Gəncə klubu 3 xalla sonuncu - 12-ci, "İmişli" isə 9 xalla 8-ci sıradadır.
Misli Premyer Liqası
I dövrə, IX tur
24 oktyabr
14:30. "Karvan-Yevlax"– "Turan Tovuz"
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu
17:00. "Kəpəz" – "İmişli"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.
Digər Xəbərlər
24 Oktyabr 2025 10:09 UEFA reytinqi: Sloveniya Azərbaycana yaxınlaşır
23 Oktyabr 2025 16:00 Mahir Emrelinin məşqlərə qoşulmamasının səbəbi açıqlandı
23 Oktyabr 2025 12:19 "Atletik"in futbolçusu: "Qarabağ" çox yaxşı mübarizə aparan komandadır"
23 Oktyabr 2025 09:57 Arda oyunun ən yaxşısı seçildi
23 Oktyabr 2025 09:25 Çempionlar Liqası: “Çelsi”, “Liverpul” və “Bavariya”dan böyük hesablı qələbə
23 Oktyabr 2025 09:08 “Qarabağ” səfərdə İspaniya klubuna məğlub oldu
22 Oktyabr 2025 16:28 "Qarabağ"ın U-19 komandası "Atletik"ə uduzdu
22 Oktyabr 2025 11:03 

Bakı -°C 






