24 Oktyabr 2025 10:09
68
İDMAN

UEFA reytinqi: Sloveniya Azərbaycana yaxınlaşır

Sloveniya UEFA reytinqində Azərbaycana yaxınlaşır.

Adalet.az xəbər verir ki, bu, avrokuboklarda Liqa mərhələsinin III turunun oyunlarından sonra reallaşıb.

Ötən gecə bu ölkənin "Sele" klubu UEFA Konfrans Liqasında qələbə qazanıb. Komanda İrlandiyada "Şemrok Rovers"i iki cavabsı qolla üstələyib.

Əmsalını 21.718-ə çatdıran Sloveniya 26-cı pilləyə yüksəlib. 25-ci yerdəki Azərbaycanın 22.000 əmsalı var. Serbiya (22.375) 24-cü sıradadır.

Bu həftə təmsilçimiz "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"ə məğlub olub - 1:3.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (99.005) başçılıq edir.