Azərbaycan Prezidenti Paşinyanı yerinə oturtdu - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən və xüsusi qonaq qismində qatıldığı Ali Avrasiya İqtisadi Şurasının geniştərkibli iclasında Ermənistanın baş naziri Nikol Paşinyana diplomatiya dərsi verib.
Paşinyan Rusiya Prezidenti Vladimir Putinin sözünü yarımçıq kəsərək Azərbaycanı Zəngəzur dəhlizi layihəsini həyata keçirməklə üçtərəfli razılaşmaları pozmaqda, hətta Ermənistana qarşı ərazi iddialarında ittiham edib.
Prezident İlham Əliyev isə Ermənistanın hökumət başçısına tutarlı cavab verməklə, onu yerinə oturdub.
“Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və mənim sözlərimdə bu iddiaları görmək üçün çılğın fantaziya sahibi olmaq lazımdır. Dəhliz məsələsinə gəlincə, mən bu ifadədən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərindən danışarkən də istifadə edirəm. Dəhliz ifadəsi kiminsə ərazisinə iddia etmək anlamına gəlmir. Dəhliz ifadəsi beynəlxalq termindir. Beynəlxalq terminologiya ilə tanış olan şəxslər bu sözə Ermənistanın baş naziri Nikol Paşinyanın önəm verdiyi qədər əhəmiyyət vermirlər”, - deyə dövlət başçısı bildirib.
Digər Xəbərlər
23 Dekabr 2025 17:45
Cevdet Yılmaz Sahibə Qafarova ilə regional prosesləri müzakirə edib - YENİLƏNİB
23 Dekabr 2025 17:28
Prezident Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında - FOTOLAR
23 Dekabr 2025 17:25
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
23 Dekabr 2025 15:59
"Keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdırlar" - Dövlət başçısı
23 Dekabr 2025 14:36
Dmitri Medvedev İlham Əliyevə təbrik məktubu ünvanladı
23 Dekabr 2025 13:35
Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilib - YENİLƏNİB
23 Dekabr 2025 13:09
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
23 Dekabr 2025 12:42


Bakı -°C

