“Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”
“Azərbaycan Qarabağ bölgəsinin erməni əhalisinə dəstək verəcək”.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "Al-Jazeera" telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan ordusunun mövqelərinin sistematik atəşə tutulmasının artması, ərazilərimizin minalanmasının davam etdirilməsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda yaradılmış separatçı və marionet rejimin nümayəndələrinə qarşı lokal antiterror tədbirlərinə səbəb olub.
A.Hacızadənin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan özü bəyan edib ki, bu antiterror tədbirləri zamanı Azərbaycan Qarabağdakı erməni sakinlərə zərər verməyib: "Qarabağ bölgəsi həmişə Azərbaycanın ayrılmaz hissəsi olub. Azərbaycanın bütün etnik azlıqları ölkəmizdə həmişə mehriban şəraitdə yaşayıblar. Azərbaycan çoxmillətli ölkədir, tarix boyu ermənilərlə azərbaycanlılar həmişə birgə yaşayıblar. Ölkəmiz Qarabağ ermənilərinin reinteqrasiyasının həyata keçirilməsini təmin edəcək”.
Digər Xəbərlər
18 Sentyabr 2026 11:41
Hikmət Hacıyev Almaniya səfiri ilə görüşdü
18 Sentyabr 2026 10:45
“Bununla Azərbaycan xalqının milli ideyası gerçəkləşdirildi...”
18 Sentyabr 2026 10:36
"Ermənistan və Azərbaycan tezliklə davamlı sülhə nail olacaqlar"
18 Sentyabr 2026 10:26
“Ermənistan cəmiyyəti bilməlidir ki, Qarabağ məsələsi bitib”
18 Sentyabr 2026 10:04
Azərbaycan XİN Çilini təbrik etdi
18 Sentyabr 2026 08:26
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
17 Sentyabr 2026 20:07
İlham Əliyevin TDT ölkələrinin rəsmiləri ilə görüşündən ƏSAS MESAJLAR- FOTOLAR
17 Sentyabr 2026 19:26


Bakı -°C

