"Azərbaycan qlobal ticarət şəbəkəsinin strateji qovşağına çevrilir"
Baş nazirinin müavini Samir Şərifov Dubayda keçirilən Dünya Hökumətlər Sammiti çərçivəsində təşkil olunmuş "Yeni İpək Yolu" Forumunda çıxış edib.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
S.Şərifov öz nitqində Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsindəki rolunun qlobal təchizat zənciri, o cümlədən “Bir Kəmər, Bir Yol” təşəbbüsü, Orta Dəhliz üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb.
Baş nazirin müavini çıxışında ölkənin logistika imkanları barədə son statistik məlumatları açıqlayıb. O qeyd edib ki, 2025-ci ildə Orta Dəhliz vasitəsilə yükdaşımalar 11%, Şimal-Cənub dəhlizi üzrə isə 12% artıb. Samir Şərifov Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində illik ötürücülük qabiliyyətinin 5 milyon tona çatdırıldığını, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücünün isə 25 milyon tona qədər artırılmasının hədəfləndiyini diqqətə çatdırıb. Xüsusilə vurğulanıb ki, 2025-ci ildə Bakı Limanında konteyner aşırılması (TEU) əvvəlki illə müqayisədə 40% artaraq 107,000-i keçib.
S. Şərifov həmçinin Vaşinqtonda əldə olunan üçtərəfli razılaşmaya əsasən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) kimi tanınan Zəngəzur Dəhlizinin strateji önəmindən bəhs edib. O bildirib ki, bu layihə Avropa ilə Mərkəzi Asiya arasında etibarlı quru əlaqəsi yaratmaqla yanaşı, 2040-cı ilə qədər 865,000 TEU həcmində yük axınını təmin etmək potensialına malikdir.
Yekunda Baş nazirin müavini sərhəd keçidlərinin rəqəmsallaşdırılması və gömrük proseduralarının harmonizasiyası istiqamətində beynəlxalq əməkdaşlığın, xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında kordinasiyanın vacibliyini qeyd edərək, tərəfdaş ölkələri birgə fəaliyyətə çağırıb.
Digər Xəbərlər
05 Fevral 2026 19:51
Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir
05 Fevral 2026 17:12
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTO
05 Fevral 2026 16:35
İlham Əliyev Ərdoğana məktub ünvanladı
05 Fevral 2026 13:43
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - Ceyhun Bayramov
05 Fevral 2026 13:17
“Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla birgə hərbi təlimlər keçirməsi...”
05 Fevral 2026 12:25
“Öz niyyətlərinə çatmaq istəyən qaranlıq qüvvələr qəm dəryasına batıblar...”
05 Fevral 2026 11:49
Türkiyə-Ermənistan sərhədləri bu tarixdə açılacaq - Politoloq
05 Fevral 2026 10:54


Bakı -°C

