“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiqləndi
“Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiqlənib.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamın imzalanmasında məqsəd Azərbaycanda süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanlarında (qurumlarında) süni intellektin tətbiq edildiyi sahələrdə informasiya təhlükəsizliyi risklərinin təhlilini həyata keçirsin, o cümlədən dövlət orqanlarında (qurumlarında) süni intellektlə bağlı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görəcək.
Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Digər Xəbərlər
25 Sentyabr 2026 12:20
Prezident Oqunlesi də QƏBUL ETDİ
25 Sentyabr 2026 12:08
İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB
25 Sentyabr 2026 12:07
Hərbçilərin sosial təminatında qeyri-bərabərlik aradan qaldırılacaq
25 Sentyabr 2026 12:04
Prezident Kobaxidzeyə zəng etdi
25 Sentyabr 2026 11:55
Prezident daha bir QƏBUL KEÇİRDİ
25 Sentyabr 2026 11:28
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25 Sentyabr 2026 10:00
"Sülh quruculuğunun genişlənməsi də Trampın xarici siyasətdə uğurlarındandır"
25 Sentyabr 2026 09:11


Bakı -°C

