Azərbaycan Respublikasının Baş Prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevə
Hörmətli Kamran müəllim,
Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 107 illiyi münasibətilə Sizi və rəhbərlik etdiyiniz prokurorluq orqanlarında çalışan bütün əməkdaşlarınızı “Ədalət” qəzetinin əməkdaşları adından təbrik edirəm.
Zəngin və şərəfli tarixə malik Azərbaycan Prokurorluğu, Sizin rəhbərliyiniz altında, bu gün öz fəaliyyətini cəmiyyətdə formalaşan yeni çağırışlara, müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun qurmaqla, xüsusilə, korrupsiyaya qarşı mübarizə sahəsində, dövlətçiliyimizə qarşı törədilən cinayətlərə qarşı mübarizədə dövlətimizin qüdrətlənməsinə və xalqımızın rifahına xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutaraq, qanunun aliliyinin təmin edilməsi, vərəndaşların hüquqlarının etibarlı müdafiəsi işində öz xidmətlərini göstərir.
Ölkə prezidentinin tələb və tapşırıqlarını, eləcə də müstəqil Azərbaycanın qanunlarına uyğun olaraq həyata keçirdiyiniz və vətəndaşlarımız tərəfindən sayğı ilə qarşılanan fəaliyyətiniz bir daha göstərir ki, Azərbaycan Prokurorluğunun rəhbərliyi və əməkdaşları öz vəzifə borclarını yerinə yetirməkdə, hətta öz sıralarındakı müəyyən qüsurları da aradan qaldırmaqda əzmkarlıq göstərirlər. Yəni prokurorluq orqanlarında əsas qayə qanunun aliliyidir. Bu yolda güvəncimiz olan prorkurorluq əməkdaşlarına Sizin rəhbərliyiniz altınada uğurlar diləyirik.
Bir daha peşə bayramınız mübarək!
Hörmətlə:
“Ədalət” qəzetinin kollektivi adından Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqil Abbas
Digər Xəbərlər
14 Sentyabr 2026 18:01
"Çevik" həbs edildi
14 Sentyabr 2026 10:22
Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ!
08 Sentyabr 2026 16:50
Anar Əsədli barəsində qərar verildi
08 Sentyabr 2026 15:08
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
28 Avqust 2026 13:32
Prokurorluqdan Ziya Muradovun ölümü ilə bağlı AÇIQLAMA
27 Avqust 2026 10:18
Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz
25 Avqust 2026 17:26
Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib
24 Avqust 2026 19:00


Bakı -°C

