15 Iyul 2025 18:08
133
ƏDƏBİYYAT

Azərbaycan Səfəvilər Dövlətinin orta əsrlərdə ilk dəfə olaraq XVI əsrin II yarısında İngiltərənin Moskva şirkəti ilə ticarət əlaqələri

Giriş
                                                 
Bu gün dünya birliyinin bərabərhüquqlu üzvü olan Azərbaycan Respublikası taleyinin həlledici dövrünü  yaşamış, beynəlxalq siyasi və iqtisadi aləmdə özünəməxsus yer qazanmışdır. Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Biz böyük qürurla qeyd edirik ki, Azərbaycan müasir dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biridir və Azərbaycan xalqı öz torpaqlarında zəngin və çoxşaxəli mədəniyyətlə bərabər qədim və şərəfli dövlətçilik ənənələri də yaratmışdır. Bu qədim dövlətçilik ənənələri və tarixi təcrübə müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində, uğurlu xarici siyasət xəttinin həyata keçirilməsində xüsusi rola malikdir. Ona görə də diplomatiya tariximizin, xüsusilə, bu gün dünyanın qüdrətli və respublikamızla   strateji partnyorluq münasibətində olan dövlətləri ilə əlaqələrimizin tarixini araşdırmaq, lazimi nəticələr çıxararaq dünyaya yaymaq olduqca zəruridir. Bu baxımdan yanaşdıqda orta əsrlər Azərbaycan ərazisində olan Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa dövlətləri ilə əlaqələri xüsusi əhəmiyyətə malikdir. Avropa Dövlətləri ilə əlaqələrimizin həm ümumilikdə, həm də ayrı –ayrı araşdırılmasının digər əhəmiyyəti də ondan ibarətdir ki, bununla biz Azərbaycanın nə qədər qədim və zəngin dövlətçilik ənənələrinə malik olduğunu və xalqımızın arasında tarixi dostluq əlaqələrinin mövcudluğunu təbliğ etmək imkanı qazanırıq.

Məqalədə orta əsrlərdə ilk dəfə olaraq 1561-ci ildə Azərbaycan Səfəvilər dövlətilə dünyanın ən qüdrətli dövlətlərindən biri olan İngiltərə arasında yaranmış əlaqələrdən bəhs edilir. Burada İngiltərənin Moskva şirkətinin XVI əsrin ikinci yarısında Səfəvilər  dövlətinə göndərdiyi altı ekspedisiya ardıcıllıqla araşdırılır və hər səfərin nəticələri haqqında konkret məlumat verilir.

İngiltərə ilə Səfəvilər dövlətinin dərindən araşdırılmasının aktuallığı həm də ona görə mühümdür ki, bu illərdə ölkəmizin tarixi İngiltərə tarixi ilə bağlıdır. Belə ki, bu əlaqələr orta əsrlərdə beynəlxalq münasibətlər sisteminin bir hissəsi olmuş və dünyada baş verən proseslərə uyğun inkişaf etmişdir. Aktuallıq həmçinin ondan ibarətdir ki, əlaqələrin araşdırılması nəticəsində Azərbaycanın orta əsrlər tarixi, ənənələri, şəhərləri və s. haqqında İngilis səyyahlarının fikirləri məqalədə mövcud imkanlar daxilində araşdırılır.          
                                                                   1
       Məqalənin yazılmasında ingilis dilində olan mənbələr və ədəbiyyatın əhəmiyyəti olduqca böyükdür. Hər şeydən öncə R.Haklült tərəfindən toplanmış və nəşr edilmiş “Hakluyt,s voyages. The Principall Navigations, Voyages, Traffiques and diskoveries of the English Nation,” 
(London: 1913, New-York: 1965)- “ Haklüitin səyahətləri .Dənizçiliyin əsasları, İngilis xalqının səyahətləri, yolları və kəşfləri” adlı sənədlər məcmuəsi üzərində dayanmaq lazımdır. Məcmuənin II cildinə kraliça I Yelizavetanın Rusiya çarına və Səfəvilər şahına məktubları , ekspedisiya iştirakçılarının məlumat, hesabat və məktubları Rusiya və Səfəvilər dövlətlərində ticarət üçün aldıqları imtiyazların mətni, idarə heyətinin hər bir ekspedisiya üçün tərtib etdiyi göstərişlər toplanmışdır. Bu məcmuədə Moskva şirkətinin xarakteri və quruluşu və bu ekspedisiyaların nəticələri, ümumiyyətlə, Rusiya və Səfəvilər dövlətlərində ingilis ticarətinin xarakteri haqqında çox qiymətli məlumatlar vardır. Eyni zamanda ingilis burjuaziyasının təcrübəli və işgüzar nümayəndələrinin göstərilən dövlətlərin iqtisadi və ictimai quruluşu, təbii sərvətləri , xalqın adət və ənənələri haqqında bu sənəddə XVI əsr Azərbaycan tarixilə məşğul olanlar üçün yararlı olan materiallar vardır. Lakin məcmuədə ticarət əməliyyatlarının həcminə və əldə edilən qazancın miqdarına dair hesabatlar öz əksini tapmamışdır. 
XVI əsrin II yarısında İngiltərənin ilk müstəmləkətçilik cəhdləri, Moskva şirkətilə İngiltərə hökuməti arasında olan münasibətlər haqqında Dövlət sənədləri məcmuələrində (Calendar of State Papers) bir sıra məlumatlara rast gəlmək olar.
XVI əsr İngiltərə iqtisadiyyatını öyrənmək üçün bir sıra ilk mənbələr ( Tudor Economic Dokumrnts, VII, Englis Economic Histroy, Select dokuments. Ed. By Bland. L., 1924) mövcuddur.
Moskva şirkətinin tarixinə dair ingilis dilində yazılmış tədqiqat əsərləri içərisində Gerson Voun və Vilanın əsərləri daha çox diqqəti cəlb edir. 
    Gerson öz əsərini 1 Moskva şirkətinin yaranması və erkən tarixinə dair həsr etmişdir. Əsərdə diqqəti daha çox cəlb edən cəhət müəllifin tarixi faktlara obyektiv münasibət bəsləməsidir. Müəllif İngiltərə burjuaziyasının Çinə və Hindistana yol açmaq cəhdlərini böyük coğrafi kəşflərlə, ticarətin genişlənməsi və Avropa ölkələrini əhatə edən ümumi pul hərisliyi ilə əlaqələndirir. Burada göstərilir ki, təşkil olunan hər bir ekspedisiya “düşmənə müqavimət göstərmək üçün “ silah  və döyüş sursatı ilə təmin olunurdu. 
     Gersonun faktlar əsasında yazılmış əsəri Moskva şirkətinin təşkil olunması, onun quruluşu, ictimai tərkibi və xarakteri məsələlərin öyrənilməsində xüsusi qiymətləndirilir. Əsərin sonunda müəllif şirkət təşkil olunan zaman onun üzvlərinin dəqiq siyahısını verir. 
                                                               2
      Gerson şirkətin rast  gəldiyi çətinliklər, bunların aradan qaldırılması tədbirləri, Moskva şirkətinin İngiltərə ilə Rusiya arasındakı diplomatik münasibətlərində rolu haqqında bizə məlum olan mənbələrdə öz əksini tapmayan bir sıra qiymətli məlumatlar verir. Məqalənin yazılmasında digər İngiltərə tarixçisi Vounun tədqiqat əsərindən 2gətirilən faktlar əhəmiyyətlidir. Vounun əsəri xüsusi olaraq Moskva şirkətinin Azərbaycan ekspedisiyalarına həsr edilmişdir. Müəllif burada Səfəvilər dövləti ilə ticarətin İngiltərə üçün əhəmiyyətini və üstünlüklərini göstərərək belə nəticəyə gəlir ki, bu ekspedisiyaların hər biri üzərində ayrıca dayanmaq lazımdır. Müəllifin fikirincə, məhz bu ekspedisiyalar o dövrdə İngiltərə ticarətinin fəallaşması səbəblərini və bu ticarətin xarakterini daha yaxşı izah edir.
         Voun öz tədqiqatı əsasında belə bir nəticəyə gəlir ki, şirkətin  İran ekspedisiyaları adı ilə məlum olan fəaliyyəti bilavasitə Azərbaycan rayonlarında cəmlənmişdir. Müəllif ayrı –ayrı ekspedisiyalar qarşısında duran vəzifələri fərqləndirmiş və göstərmişdir ki, birinci iki ekspedisiyanın əsas məqsədi Çin və Hindistana yol açmaq olmuş və bunlar kəşfiyyat xarakteri daşımışdılar. Lakin bu kəşfiyyat xarakterli ekspedisiyalar görünməmiş qazanc gətirdiyindən üçüncü ekspedisiyadan etibarən Çinə və Hindistana yol açmaq məqsədi olsa da , Səfəvilər dövləti ilə ticarətin genişləndirilməsi və möhkəmləndirilməsi ingilis ticarətinin əsas məqsədinə çevrilmişdir. 
       Vounun əsərində şirkətin Azərbaycanda ticarət əməliyyatına, bu ticarətdə rast gəlinən çətinliklərə və çətin vaxtlarda İngiltərə hökumətinin şirkətə kömək etməsinə dair dəqiq və ətraflı məlumat verilir.
       İngiltərənin Səfəvilər dövləti ilə ticarət əlaqələrinin kəsilməsi səbəblərini Voun Forbişerin Şimal – Qərb istiqamətində təşəbbüslərini Türkiyə ilə Səfəvilər dövləti arasında gedən müharibələrin, əcnəbilərin və fərdi tacirlərin rəqabətini və s. rolunu qeyd etməklə bərabər göstərir ki, bu ticarətin davam etdirilməsi hər şeydən əvvəl Rusiya çarının İngilis tacirlərinə münasibətindən asılı idi.
1Gerson A.J.The Organization and Early History of the Moscow Company.( Studies in the History of English Commerce Tudor Period).N-Y.1912
2Vaughn E.V. Englis trading Expeditions into Asia  under the authority of the Moscovy.Company.(Studies in the History of Englis Commerce in the Tudor Period) N-J.,1912.
        Vounun fikirincə , XVI əsrin sonları XVII əsrin əvvəllərində İran   yol açmaq cəhdlərinin göstərilməsi xam ipək ticarətinin nə qədər əhəmiyyətli olduğunu sübut edirdi. Hətta 1697-ci ildə İngiltərə ticarət və müstəmləkə komitəsi bu ticarəti bərpa 
                                                               3
etməyə çalışırdı . Müəllif sübut etməyə çalışırdı ki, şirkəti yalnız ticarət mənafeyi maraqlandırırdı.
      İngiltərə ilə Səfəvilər arasındakı ticarət münasibətlərinin öyrənilməsində İngiltərə tarixçisi Villanın3 xidməti də xüsusi qeyd edilməlidir. 
    Villanın əsərində Azərbaycan ekspedisiyalarının təsviri ilə yanaşı İngiltərə iqtisadiyatının , xüsusilə mahud sənayesinə, Moskva şirkətinin təşkili və xarakterinə dair qiymətli faktlar verilir. İngiltərə və Səfəvilər dövləti ticarət əlaqələrinə dair məlumatlara bir sıra başqa əsərlərdə də rast gəlmək mümkündür.
      Mövzu barədə ingilis tarixçisi Skottun4 fikirləri olduqca maraqlıdır. Bir sıra hesablaşmalar nəticəsində Skott belə nəticəyə gəlir ki, Moskva şirkətinin Səfəvilər dövlətinə etdiyi ekspedisiyalar çox mənfəətli olmuş, bəzən 300-400 faiz qazanc vermişdir. XVI əsrin 60-80-ci illərində şirkətin kapitalının sürətlə artmasını Skott məhz Azərbaycana göndərilən ekspedisyalarla əlaqələndirir.
     Məqalədə XVI əsrdə İngiltərənin iqtisadi inkişafı və monarxiyanın bu inkişafda olan rolu və maraqları haqqında ilk dəfə olaraq Londonda nəşr olunmuş ən müasir ədəbiyyatlardan istifadə edilmişdir.5
       Rus dilində olan və ya rus müəllifləri tərəfindən edilmiş mənbələr haqqında bəhs edərkən bunlar içərisində Y.Qotye tərəfindən tərcümə edilmiş «Aнглтйские путешесвенники в московском государсве 
в XVI в» adlı məcmuə daha əhəmiyyətlidir. 
3Willan T.S.The Early History of Russia Company .( 1555-1603).Manchestr, 1956. 4Scott W.R.The Constitution and finance of English, Scottish and Irish joint-sock companies to 1720 v.1-2; N-y 1951.
5Christoher Haigh.The Cambridge hictorical encyclopedia of Great Britain and Ireland, Cambridge University Press,2000; Jhon Cannon & Ralph Griffıths.The Oxford Illustrated History of The British Monarchy. Oxford University Press 2000

                                                               4
Burada Haklült tərəfindən nəşr olunmuş məcmuənin bir sıra sənədləri   tərcümə edilmişdir. Bu məcmuədə Moskva şirkətinin Şimal-Şərq istiqamətində ilk ekspedisiyaların təsviri verilmişdir. Həmin sənədlər Rusiyanın  şimal rayonlarının oyrənilməsi, şirkətin ilk məqsədləri, İngiltərə  ilə Rusiya ticarət və diplomatik münasibətlər məsələsini öyrənmək üçün xeyli əhəmiyyətlidir. Burada eyni zamanda şirkətin Buxara və Azərbaycan    ekspedisiyalarına aid sənədlər də tərcümə edilmişdir.
     İngiltərə arxivlərində İ.Qamel və İ. Lyubimenko tərəfindən toplanmış sənədlər toplularında da Moskva şirkətinin fəaliyyətinin bütün sahələrinə aid materiallara rast gəlmək olar.6 Lyubimenko Biritaniya muzeyi və London arxivində çalışmış, Bodlen kitabxanası arxivinin materialları ilə tanış olmuşdur. 
     Mövzu ilə əlaqədar Y.V.Tolstoyun araşdırmaları7 da xüsusi əhəmiyyətə malikdir.Tolstoy Biritaniya muzeyi və London kral arxivinin materialları ilə tanış olmuş, XVI əsr İngiltərə Rusiya münasibətlərinə aid 82 sənədin surətini çıxartmışdır.
    Qeyd etmək lazımdır ki, bir sıra məcmuə, jurnal və aktlar külliyyatlarında əcnəbi səyyahların təsvirlərindən, xarici səfirlərin məlumatlarından, rus səlnamələrindən parçalar verilmişdir. Bu sənədlərdə Rusiya ilə İngiltərə arasında siyasi  münasibətlərdən bəhs edilsə də, Rusiyanin şərq ölkələri ilə, o cümlədən Səfəvilər dövləti ilə iqtisadi və siyasi əlaqələrinə dair maraqlı məlumatlara rast gəlmək olar.
6Любименко И.И Истории торговых соншений России с Англией, Юрыев,1912; Любименко И.И.Английская торговая кампания в России в XVI в «Историческое обозени» Т. 16.
7Толстой Т.Ю.Первъе 40 лет сношений  Англии с Россией(1553-1593),Спб.1876
    

     
                                                  5
       Rusiya tarixçilərindən bəhs etdiyimiz mövzu ilə əlaqədar N.Tumanoviçn « Европейские державъ в Персидском заливе в 16-19 вв.» əsəri8 və N.P.Çerkaşinanın Moskva şirkəti haqqında qiymətli disertasiyası9 bir maraq doğurur. Lakin burada Moskva şirkəti tarixində mühüm yer tutan Azərbaycan ekspedisiyalarına az yer verilməsini (cəmi 6 səhifə ) əsərin zəif cəhəti hesab etmək lazımdır. Qeyd etmək lazımdır ki, XVI əsrin II yarısında Moskva şirkətinin Səfəvilər dövləti ilə olan əlaqələrin araşdırılması sahəsində Azərbaycanlı tarixçilər tərəfindən də fundamental tədqiqatlar aparılmışdır. 
     XVI əsrin II yarısında İngiltərə ilə Azərbaycan münasibətlərinin ayrı-ayrı cəhətlərinin tədqiq edilməsində prof.Ə.İ.Şahmalıyevin xidmətlərini də qeyd etmək lazımdır. 

« Из историн тороговой политики Европейских держав иа Передном Востоке в XVI в» ( Баку, 1957, докторская диссертаций, на правах рукописи) adlı əsərində10 və bir sıra məqalələrində11 müəllif XVI əsrin II yarısında Azərbaycan ticarətinin xarakteri, Ön Şərqdə, o cümlədən Azərbaycanda İngiltərə- Rusiya və İngiltərə - Venesiya ziddiyətləri və digər məsələləri işıqlandırmışdır. Eyni zamanda müəllif bu mövzuya aid ingilis, fransız, alman və italyan dillərində çoxlu ilk mənbələrdən istifadə etmişdir. Öz tədqiqat əsərində müəllif  belə bir nəticəyə gəlmişdir ki, XVI əsrdə İngiltərə ticarət kapitalının Azərbaycandakı fəaliyyəti, Volqa- Xəzər yolu ilə xam ipək tranzit ticarətini inhisara almaq təşəbbüsündən ibarət idi.
8Тумановиг Н.Н.Европейские держфвъı в Персидском заливе в 16-19 вв.М.1982
9Черкашинко Н.П.История Московской торговой компании в XVI-XVII вв (диссертация), М., 1953.
10Шфхмалиев. Э.М Из истории торговой политики Европейских держав на передном Востоке в XVI в.Автореферат докторской диссертации.Баку: 1958.
11Англо-Венецианские торговъıе противореция на Передном Востоке второй пол.XVI в «Ученъе заптски» АГУ им.С.М.Кирова, №12,1957; Об ангол-испанских противорециях на Передном Востоке в 80-90 гг.XVI и первой червой XVI вв. «Ученъıе записки» АГУ им. С.М.Кирова, №1, 1958; Об ангол- русских торговъıх противорециях на Переднлм Востоке второй пол.XVI в «Ученъе записки» АГУ им.
С.М.Кирова, №15,1958 və s.


                                                           6

          XVI əsrin ikinci yarısında İngiltərə Azərbaycan əlaqələrindən bəhs edərkən Z.İ.Yampolski tərəfindən toplanmış və Ə.M.Şahmalıyevin redaktəsi ilə nəşr olunmuş «Путешественники об Азербайджана» əsəri12 mühüm əhəmiyyət kəsb edir. Bu əsərdə Y.Qotye tərəfindən tərcümə edilmiş «Английиские путешественнки в Московсом государстве в XVI  B» adlı məcmuədən Azərbaycanla bağlı olan bölmələr ardıcıllıqla toplanmış və əsərin əvvəlində Azərbaycana səhayət etmiş ingilis səyyahları haqqında məlumatlar verilmişdir.
      Mövzuya dair konkret materialların araşdırılmasında Y.M.Mahmudov və B.Ə.Əhmədovun xüsusi xidmətləri olmuşdur.
Y.Mahmudov Ağqoyunlu və Səfəvi dövlətlərinin XV əsrin II yarısı və XVI əsrdə Qərbi Avropa dövlətləri ilə qarşılıqlı əlaqələrinə dair xüsusi əsərlərində bu əlaqələri Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq beynəlxalq aspektdə elmi problem kimi tədqiq etmiş, Avropa dövlətlərinin Azərbaycandakı məqsədlərini və maraqlarının xarici mənbələr əsasında aydın təsvirini vermişdir.13

12 «Путешественники об Азербайджана» сосавителъı З.Ямполыский.(под редакцией  Э. М. Шахмалыиева ) том  Баку 1961.

13Mahmudov Y.M.Azərbaycan diplomatiyası. Bakı 1996; Махмудов Я.М.Вазимоотношения государств Аккойунлу и Сефевидов сзападноевропейскими странами ( II половина XV – начала XVII вв.). Автореферат докторской диссертации. Баку 1989. Вазимоотношения государств Аккойунлу и Сефевидов с западноевропейскими странами (II полавина XV – насала XVII вв.). Баку: 1991; Mahmudov Y. M.Odlar  yurduna səyahət. Bakı 1980; Mahmudov Y.M. Səyyahlar Azərbaycana gəlir. Bakı: 1977; Mahmudov Y.M. Səyyahlar, kəşflər, Azərbaycan. Bakı: 1985.

                                                                   7


   Səfəvilər dövləti İngiltərə ilə əlaqələrinin müstəqil, ayrıca götürülmüş mövzu kimi araşdırılmasında B. Ə.Əhmədovun xidmətlərini qeyd etmək lazımdır. Onun araşdırmalarında iki dövlət arasındakı ticarət əlaqələrinə dair geniş mateirallar öz əksini tapsa da, bir cəhət – İngiltərənin Səfəvilər dövlətinə müstəmləkəçilik məqsədilə gəlmələri və hətta bu planların XX əsrin 20-ci illərinə qədər davam etdirməsi fikri əsas məqam kimi diqqəti cəlb edir ki, bu da reallıqdan çox uzaq idi.14 
    Səfəvilər dövlətinin Avropa ölkələri, o cümlədən İngiltərə ilə əlaqələrinin araşdırılmasında, mənbələrin işıqlandırılmasında S.S.Əliyarlı, F.R.Mahmudov və b.tərəfindən tərtib edilən «Azərbaycan  tarixi üzrə qaynaqlar» xüsusi əhəmiyyət kəsb edir.15

     Bəhs edilən mövzuya O.Ə.Əfəndiyev də Səfəvilər dövləti haqqında olan fundamental əsərində bu və ya digər dərəcədə ilkin mənbəələr əsasında toxunmuşdur.16
     İngilis səyyahlarının Azərbaycan şəhərləri, xüsusilə Təbriz şəhəri haqqında təsvirləri Onullahi S.M. konkret araşdırılmalarında da öz əksini tapmışdır.17

14Ахмедов Б.А. Третъя эекспедиция англичан в государство Сефевидов  (1561-1572 гг.) « Ученъе записки» Азервайджанского Государственного Университета, Серия истории и философии. Баку 1966. № 8.Ахмедов Б.А.Экспедиция 1579 -1581 гг. и причины прекрашиния торговых сношнений между Аиглиеу и Азервайджаном. « Ученъе записки» » Азервайджанского Государственного Университета, Серия истории и философии. Баку 1967. № 3.Ахмедов Б.А.Из Истории торговых сошений Англии с государством Сефевидов ( II половина XVI века) Автореферат кандидатской диссертации. Баку 1967.
   15Azərbaycan tarixi üzrə qaynaqlar. Tərtibçilər: S.S.Əliyarov, F.R.Mahmudov və b.Bakı 1988
   16 Əfəndiyev O.A.Azərbaycan – Səfəvilər dövləti. Bakı 1993. Эфендиев О.А. Азериайджанское государство Сефевидов. Баку 1981.  Эфендиев О.А. Из истории социалъной и политическоу боръбы в Азербайджане на рубаже XV –XVI вв.карткие сообшения Института Востоковедения. Т  38.Москва 1960. 

                                                          8


Qeyd etmək lazımdır ki, digər Azərbaycan tarixçiləri S.A.Aşurbəyli, M.H.Heydərov. D.Q.Həsənzadə, R.A.Muğanlinski də bəhs etdiyimiz mövzu ilə bağlı elmi araşdırmalar aparmışdırlar.18
          Mövzunun işlənməsində həmçinin Biritaniya kitabxanasının, www. resource.gov.uk saytlarında olan məlumatlardan istifadə edilmişdir.


17Onullahi S.M.XVII əsirlərdə Təbriz şəhəri tarixi.Bakı 1982.
18Ашурбейли С.Б.Государство Ширваншахов. Баку 1983. Ашнрбейли С.Б.История города Баку.Период средновековъя.-Баку 1992.Гейдаров М.Х. Города и городское ремесло Азербайджана XIII-XVII вв.Баку 1982. Гасанзаде Д.Г.Англо-Сефевидские отношения в конце XVI-начале XVII вв. (По материалам английских тсточников)-Баку 1991; Мугалнийской Р.А.Азербайдажансие государства XV-вв.  вАнглийской историграфии.(Автореферат кандидатский диссертации). Баку 1997.
                    I Fəsil
    XVI əsrdə İngiltərənin iqtisadi inkişafı və Səfəvilər dövləti ilə ticarət əlaqələrinin yaranması.
a). XVI əsrdə İngiltərə iqtisadi inkişafı və Moskva şirkətinin qısa tarixi.

    


   
                                                           9
  İngiltərədə  XV-XVI əsrlərdə «çəpərləmələr » ilə əlaqədar olaraq qoyunçuluq təsərrüfatının daha da inkişaf etməsi mövcud istehsalın genişlənməsinə zəmin hazırladı. Mahud istehsalı İngiltərənin zənginliyinin əsasını təşkil edirdi.Təsadüfi deyildi ki, İngiltərənin simvolu kimi yunla doldurulmuş olan kisə indi də parlamentin lordlar palatasında saxlanılır və lord  kanslerin oturacağını təşkil edir.Yun ixracı əvvəldən İngiltərə ixracının əsasını təşkil edirdi. Lakin XVI əsrin sonlarında yun ixracı, yun parçaların  ixracı ilə əvəz olunmağa başladı. İngiltərə yun sənayesinin başlıca xüsusiyyətləri ondan ibarətdir ki, bu sənaye kapitalist  istehsalı əsasında, həm də böyük sürətlə inkişaf edirdi. Yeni sənayə sahələri olmaq etibarilə mahudçuluq sənayesi, əsasən, istehsalı sıxışdıran və rəqabəti məhdudlaşdıran sex qaydalarının  olmadığı kənd yerlərində yaranırdı. Sex məhdudiyytlərinin olmasının nəticəsində mahudçuluqla əmlak bərabərsizliyi və kapitalın ayrı-ayrı şəxslərin əlində toplanması prosesi sürətlə gedirdi. Eyni zamanda həm ölkə daxilində, həm də xaricində İngiltərə mahuduna olan təlabatın artması xırda istehsaldan iri istehsala -manufaktura istehsalına keçilməsini zəruri edirdi. Bundan əlavə aqrar cevriliş nəticəsində kənddə çoxlu işçi qüvvəsinin olması da kənd yerlərində manufakturanın meydana çıxmasına kömək edirdi. 
    XV əsrin sonu və XVI əsrin əvvəllərində İngiltərənin mahud sənayesində pərakəndə manufakturalar üstünlük təşkil edirdi.
    İngiltərə mahud sənayesinin inkişafında Niderland burjuaziya  inqilabı dövründə İspan qəsbkarlarının zülmündən qaçan və böyük kütlələrlə İngiltərəyə köçən filament toxucularının da böyük rolu olmuşdur.
     XVI əsrin əvvəlləri üçün İngiltərədə yun ixrac edən ölkələrdən mahud ixrac edən ölkəyə çevrilmişdir. Əgər 1354-cü ildə İngiltərədə 32000 kisə yun ixrac edilmişdirsə, XVI əsrin əvvələrində ildə 5-6 min kisə yun ixrac edilirdi, eyni zamanda həmin dövrdə mahud ixracı sürətlə artırdı. Əgər 1354-cü ildə cəmi 500 ton mahud ixrac edilmişdirsə, XVI əsrin əvvəllərində 80000-ə, XVI əsrin ortalarında isə 122000-ə çatmışdır ki, bu da ixracatın 19%-i təşkil edirdi.19
1564-1565-ci illərdə İngiltərə ixracatının miqdarı 1097037 funt- sterlinq təşkil edirdi ki, onun  92000 funtsterlinqni yun və dəri təşkil etdiyi halda 896079 funt sterlinq mahudun payına düşürdü.21
      Moskva şirkətinin tarixinə dair qısa icmalın verilməsində məqsəd Səfəvilər  dövləti ilə İngiltərə arasında ticarət əlaqələrinin yaranması və davam etdirilməsində həlledici rol oynamış həmin təşkilatın xarakter və məqsədlərin izah etməkdən ibarətdir. 
      

                                                         10
XVI əsrdə İngiltərənin xarici ticarətin inkişafında əhəmiyyətli rol oynayan Moskva şirkətinin tarixi çox səciyyəvidir. Bu şirkət XVI-XVIII əsrlərdə İngiltərənin ticarət ekspansiyasının əsas orqanı kimi çıxış edən böyük ticarət və təşkilatlardan biri idi. Gersonun fikirincə, bu şirkət ilk dəfə olaraq səhmdar pirinsipi üzərində qurulmaqla öz quruluşunu gələcək fəaliyyət meydanının tələblərinə uyğunlaşdırmışdır. Bu şirkəti sonrakı daha nəhəng inhisarçı təşkilatın ilk nümunəsi hesab etmək olar, bunlar özlərini XVI əsrdəki « böyük sələflərin» üsullarından daha müvəffəqiyyətlə istifadə edirdilər. İngiltərə tarixi üçün şirkətin ən başlıca xidmətlərindən biri onun gələcək dünya imperiyasının diplomatik və siyasi dünyagörüşünün genişlənməsində oynadığı böyük rolundan ibarətdir.21
      Böyük coğrafi kəşflər ümumdünya ticarətini sürətlə inkişaf etməsinə səbəb oldu.Ticarətin geniş vüsət alması nəticəsində ayrı-ayrı Avropa ölkələrində ticarətlə məşğul olan kapitalist xarakterli şirkətlər meydana gəlir. İqtisadi cəhətdən Avropada ən qabaqcıl ölkələrdən biri olan İngiltərədə hələ XVI-XV əsrlərdə bir çox şirkətlər fəaliyyət göstərirdi. Belə şirkətlərdən biri İngiltərədə Fillandiyaya yun ixrac etməklə məşğul olan mahud ticarətləri şirkəti - merchant adventures (« səyyah tacirlər»)idi. 
XVI əsrdə belə  şirkətlərin sayı daha da artır. Luns Robertsin 1638-ci  ildə Londonda nəşr olunmuş «Tacirin ticarət xəritəsi» adlı əsərində Levant, Ost-Hind, Fransa və s. şirkərlərin adları çəkilir.22
           XVI əsrin əvvəllərində «səyyar tacirlər» şirkəti inhisarçı hüquqlara malik xüsusi şirkət kimi formalaşaraq tezliklə İngiltərənin bütün xarici ticarətini ələ aldı. Lakin bu ticarət əsasən İngiltərəyə yaxın olan Avropa ölkələri ilə aparılırdı. Dəniz ticarət yolları vasitəsilə Şərq ölkələri ilə ticarət İspaniya və Portiqaliyanın  inhisarında idi. XVI əsrin ortalarında İspaniyanın hərbi dəniz qüdrəti qarşısında aciz olan İngiltərə tacirləri aramsız dəniz quldurluğu ilə məşğul olmuş və bu əməliyyatlardan olduqca böyük qazanc əldə edirdilər.
  
  19Christopher Haigh. The Cambridge historical encyclopedia of Great Biritain and Ireland, Canbirige Univerisity Press, 2000, p, 155
    20 Deardorff R.İnglish trasr in the Baltic Durinc the Reign of Elizabeth . H-y-1912.
p.230.
    21Gerson A. J. The Oranization and Early History of the Moscow Company.(Studies in the History of Englist Commerce in the Tudor Period).N-Y.192
     22 Yenə orada.


                                                       11

XVI əsrin 30-cu illərində İngiltərə zəngin Şərq ölkələrinə Şimal-Şərq dəniz yolu vasitəsilə keçid tapmağa dəfələrlə uğursuz cəhd etdikdən sonra öz diqqətini Şimal-Şərq yoluna yönəldir.
     Şimal- Şərq yolu ilə Qərbi Avropadan Hindistana dəniz yolu açılması ideyası İngiltərədə XVI əsrin ortalarında meydana çıxmışdır. 
    1525 -ci ildə London taciri Robert Zsorn bu haqda öz qeydlərini kral VIII Henrixə (1509-1547) təqdim etmişdir.  «Hindistan və imperator və Portuqaliya Kralı tərəfindən kəşf və tabe olmuş torpaqlar, həm də kəşf edilməli olan hörmətli London taciri Robert Zsonun kral VIII Henrix öz əlinə keçirməyə çalışdığı torpaqlar haqqında qeyd» adlı sənəddə deyilirdi: « İspaniya kralları Hindistan və Qərbdəki dənizləri, Portuqaliya kralı isə Hindistan və Şərqdəki dənizləri kəşf etmişlər... İndi yalnız dünyanın şimal hissəsi açılmamış qalır və mənə belə gəlir ki, onun kəşf edilməsi yalnız  Sizin  vəzifə borcunuzdur, çünki bunun üçün Sizin krallığın yerləşməsi başqalarından daha əlverişli və yaxındır. Kiçik miqdarda gəmilərlə müxtəlif yeni torpaqlar və krallıqlar kəşf oluna bilər ki, bu da, şübhəsiz, Siz əlahəzrətə əbədi şöhrət, Sizin tələbələrinizə isə saysız mənfəət gətirər»23 
     Onun fikrincə, indiyə qədər məlum olmayan şimal-şərq yolu Şimal Buzlu okean vasitəsilə düz Şərqi Çin və Moluk adaları ölkəsinə gətirib çıxarır. Bu fikir 1553 cü ildə məşhur səyyah Sebastian Kobot tərəfindən yenidən irəli sürülmüşdür. Həmin  ideya digər Avropa ölkələrində daha əvvəl meydana çıxsa da, lakin həyata keçirilməmiş, lahiyə olaraq qalmışdır. Bu sahədə İngiltərənin təşəbbüsü daha maraqlı idi. Bu məqsəd ilə Sebastian  Kobot «Məlum olmayan və hətta bu vaxta qədər dəniz yolu ilə gedilməmiş ölkə, torpaq, ada, dövlət və mülklərin kəşfi üçün «tacir sahibkarlar cəmiyyəti» təşkil etmək təşəbbüsünü irəli sürmüşdür. Başda London meri Lord Barın və şerif Uilyam Qorret olmaqla və 6000 funt sterlinq kapitalı olan cəmiyyət təşkil etdilər24.»1555-ci ildə fevralın 16 – da Kral Plipp və Kraliça Mariya ( 1553-1558) xüsusi fərman ilə yeni cəmiyyətin nizamnaməsini təsdiq etdilər. Sonra bir qayda olaraq Moskva sirləri adlanan bu cəmiyyətin müxtəlif adları olmuşdur. Belə ki, 1555-ci ildə Venesiya səfiri Cavinni Mikel Doja və senata yazdığı məktubunda «bu yeni Moskva şirkətini» «This new Muscovite navihaton ( company)» kimi xatırladır.25
        1558-ci ildə Kraliça Mariya Polşa kralı Sigizmunda « Rusiya ilə ticarət edən London tacirləri şirkəti» yazırdı.26
       1566-cı ildə şirkət «Səyyar tacirlərin Moskva şirkəti» adlanıb.27
     Şirkətin tərkibində tacirlərlə yanaşı İngiltərənin yuxarı dairələrinin nümayəndələri də iştirak edirdilər. Belə ki, şirkətin ilk təşkilatçıları içərisində xəzinədar –Lord  Markiz Vinçesterin, lordsaray qrafı Pemborkun, baş admiral qraf Effingemli Nouvardın adlarına rast gəlirik.28
                                                                   12
 1555-ci il fərmanına görə şirkətin üzvlərinin sayı 191 nəfər olmuşdur. On il keçdikdən sonra, yəni, 1565-ci ildə şirkətin üzvlərinin sayı 400-ə çatmışdır,29 sonra getdikcə azalmışdır. 

 24Gerson A.J. The Orqanization and Early History of the Moscow Company.(Studies in the History of English in the Tudor Period).p.4.
    25Любименко И.И. История торговых спошений России с Англией. Вып. I.,Юръев, 1912,с.10.
    26Gerson A.J.The Orqanization and Early History of the Moscow company.(Studies in the History of Engilish Commerse in the Tudor).p..24.
    27 Yenə orda, s.280
    28 Toлстой Ю.В.Англия и ее виды на Россию в XVI в.  «Вестник Европы»,  1875№8, Петербург, с.480.
    29 Лювименко И.И.История торговых спошений России с Англей.ы.59
    

  


                                                         13

    Bəzi tarixçilər şirkətin üzvlərinin sayının belə sürətlə artmasını və azalmasını təsadüfi hal deyil , əsasən, Səfəvilər dövləti ilə ticarətlə və bir sıra digər səbəblərlə əlaqədə olduğunu qeyd edir.30
       Moskva şirkətinin səhmdar tipli olması ona bazarlar və ticarət yolları uğrunda mübarizə öz rəqibləri qarşısında üstünlük verirdi. Bu cəhətdən İngilis tarixçisi Villiamsionun fikri maraqlıdır. Onun fikrincə, şirkət səhmdar kapital əsasında işləyən ilk  ictimai xarakterli şirkət idi.31
         Şirkətin bütün vəzifəli şəxsləri şirkət üzvlərinin ümumi yığıncağında bir il müddətində seçilirdi. Burada yalnız Sebastian Kabot istisna təşkil edirdi. O, şirkətin ömürlük qubernatoru seçilmişdi. Onun ölümündən sonra (1557) eyni vaxta adətən iki qubernator seçilirdi. Məsələn,1564- cü ilin noyabr 20-də gizli şuraya şirkətin « qubernatorları, konsulları və başqaları» adından ərizə verilmişdi.32
    Moskva şirkətinin qubernatorları, əsasən, o dövr şəhər həyatında mühüm mövqe tutan şəxslərdən seçilirdi. Hökümətdə hakim mövqeyə malik olan şəxslər isə şirkətin adi üzvü olmaqla kifayətlənirdilər.
    Şirkətdə yüksək vəzifədə olan şəxslərdən Vilyamçester 1554-cü ildə şerif, 1560-cı ildə isə mayor, T.Los 1559-cu ildə şerif, 1562-ci ildə mayor, R.Hovard 1563-cü ildə şerif, 1570-ci ildə mayor, C.Barn 1576-cı ildə şerif, 1586-cı ildə mayor olmuşdur.33
Adətən qubernatorlar müəyyən müddət konsul və assisent olmuş şəxslərdən seçilirdi.
Məsələn, qubernatorlarda Tomas Los (Thomos loge 1561-1567), Roulant Hadvart (Rawland Haydward 1580-1584), və Corc Barn ( George Barne – 1580) şirkətin yarandığı 1555-ci ildə assisent və konsul olmuşlar.34  Qubernatorlar, konsullar və assisentlər cəmiyyətin geniş hüquqlarına malik olan idarə heyətini təşkil edirdilər. İdarə heyəti 30 nəfərdən ibarət idi. Buraya iki nəfər qubernator, dörd konsul, iyirmi dörd assisent daxil olurdu.35 İdarə heyəti yeni qanunlar işləyib hazırlayır, onun yerinə yetirilməsinə nəzarət edir, yeni üzvlər qəbul edir və günahkarları cəzalandırırdı. Qərarların qəbul edilməsi üçün idarə heyəti üzvlərindən ən azı 15 nəfərin iştirakı zəruri idi.36 
    İcraedici hakimiyyət serjantlara ( sergants) məxsus idi. Onlar cəmiyyətin göstəriş və qərarlarını həyata keçirirdilər və idarə heyətinin köməkçiləri hesab olunurdular. Serjantlar haqq və cərimələri toplayır, günahkarları həbs edir və əmlakların müsadirə edirdi.
   İdarə heyətinin iclaslarında başqa cəmiyyətin bütün üzvlərinin illik iclasları keçirilirdi. İllik yığıncaqlar adətən yazın və yayın əvvələrində yəni, şirkət ilə Moskva dövləti ilə və Moskva  dövləti vastəsilə, Səfəvilər dövləti ilə ticarət əməliyyatlarının başlandığı vaxta təyin olunurdu.37 İdarə heyətinin iclasları və yığıncaqlar İngiltərənin özündə, şirkətin Sitidə yerləşən ofisi- Moskva evində keçirilirdi.38 
                                                              14
 Şirkətin əsas işləri Rusiyada aparıldığı üçün cəmiyyət bu işləri həyata keçirmək üçün « agentlər» adlanan ( agents) xüsusi muzlu şəxslər təyin edirdilər. Agentlər ticarət əməliyyatları ilə yaxından tanış olan, kifayət qədər savadlı və tacirlər içərisindən çıxmış şəxslərdən seçilirdi. 
34 Любименко И.И.История торговых спошений России с Англией.С11
35Gerson A.J. Orqanization and Early History of  the Moscow Conpany .( Studies in the History of English Commerce in the Tudor Period ) . p . 32.
36Любименко И.И.История торговых спошений России с Англией., с.12.
37Английские путешественники в Московском государсве в в- 
Пер.с.Англ.Ю.Л., .В.Готъе 1937,с.15
38 Gerson A.J.The Organization and Early History of the Moscow Company.(Studies in the History of English Commarce in Tudor Period).P.33

                                                               15
   Bunlar adətən şirkətin üzvü olmaq üçün kifayət qədər mülkiyyəti olmayan şəxslər idi. Lakin müəyyən vəsait əldə etdikdən sonra onlar asanlıqla şirkətin üzvü ola bilərdilər. Şirkət adətən özünə iki yaxud, üç agent seçirdi. Bunların yanında isə köməkçiləri, assisentləri olurdu. Agentlərin vəzifəsi əslində idarə heyətinin göstərişlərini yerinə yetirməkdən ibarət idi. Lakin idarə heyətinin Rusiyaya aid olan məsələlərdən az xəbardar olması və agentlərin idarə heyətindən uzaq olması elə bir vəziyyət yaradırdı ki, əslində cəmiyətin taleyi onların əlinə keçirdi və onlardan bir çoxu cəmiyyətin mənafeyini öz mənafelərinə qurban verməkdən çəkinmirdilər.39
Tədricən şirkətin ticarət işlərinin idarə olunması, onun mənafeyi  Rus dövləti qarşısında müdafiə edilməsi, faktorlara və usta köməkçilərinə nəzarət olunması agentlərin əlinə keçdi. İdarə heyəti ticarətin aparılması və xidmətçilərin davranışı haqqında qaydalar tərtib etməyi və bunlar rəhbərlik üçün Rusiyanın müxtəlif şəhərlərinə göndərməyi, tabe olmayanları cəzalandırmaq və İngiltərəyə geri göndərmək, layiqli adamları seçib özlərinə müavinlər hazırlamağı onlara tapşırırdı.
             İngiltərədə yerləşən İdarə heyəti Rusiyadakı işlərə yalnız agentlərin hesabatları üzrə tanış idilər və agentlərə şübhə ilə yanaşmağa onun tam əsası var idi. Buna görə də İdarə heyəti Rusiyada geniş qarşılıqlı cəsusluq sistemi yaratmışdı. Hələ 1556-ci ildə Cəmiyyət öz xidmətçilərinə, o cümlədən bir – birinə nəzarət etmək, bütün sui-istifadə hallarını xəbər vermək haqqında göstəriş vermişdir.40
39Любименко И.И.История торговых сопшений России с Англией., с.20
40 Любименко И.И.История торговых сопшений России с Англией., с.5
       Agentlərin təyin edilməsi üsuluna girdikdə isə belə bir fakt məlumdur ki, 1555-ci ildə təyin olunmuş agentlər öz səlahiyyətlərini həmin ilin mayın 1-də toplanmış ümumi iclasda qubernatorlardan, konsullardan, assisentlərdən və bütün şirkətdən almışdılar.41
        Agentlərdən sonrakı  pilləni bilavasitə agentə tabe olan xidmətçilər təşkil edirdilər. Bunlar iki kateqoriyaya ayrılırdılar: Stipendiatlar (stipendarries) və usta köməkçiləri apprentices). Stipendiatlar usta köməkçilərini cəzalandırdıqları halda stipentiatdları yalnız geriyə-İngiltərəyə qaytara bilərdilər.
Agentlər öz müqavilələrini stipendiatlar içərisindən seçib hazırlamalı idilər.
    Xidmətçilərə və usta köməkçilərinə şəxsi ticarət qadağan olunurdu. Onlara ümumi hesabdan əmək haqqı verilirdi.
   Şirkətin tərkibinə daxil olan daha aşağı xidmətçilər kateqoriyası haqqında da məlumat vardır. Bunlar «İnferrion ministers» - in aşağı xidmətçilər adlanır və şirkətin nizamnaməsinə əsasən iki kateqoriyaya bölünürdülər: clerks ( ticarət xidmətçisi) və young merxhants ( gənc tacirlər) .42
    
                                                            16

 Xidmətçilərə nalayiq sözlər danışmaq, qumar oynamaq, mübahisə etmək və s.qadağan olunurdu. Xəstələrə hamı himayə göstərməli, ölən şəxslərin əmlakı siyahıya alınmalı və kapitalın sərəncamında saxlanılmalı idi. Kapitanın və onun köməkçilərinin razılığı olmadan heç bir tacir ticarətlə məşğul ola bilməzdi, bütün alınan və satılan mallar xüsusi tacir kitabında qeydə alınmalı idi.43
    Şirkətin təşkili parlamentdə müzakirə olunmuş, kral hakimiyyəti tərəfindən xüsusi fərmanla təsdiq olunmuş özünün bütün fəaliyyəti ərzində şirkət Gizli Şura ilə əlaqə saxlamış və ona tabe olmuşdur.
Moskva şirkətinin yaranması və xarakteri haqqında Kraliça I Yelizavetanın 1568-ci il sentyabrın 16 da Rus çarı IV İravana göndərdiyi məktubda aydın təsəvvür yaradılır. Məktubda deyilir. « Parlamentin müzakirəsinə Moskva ilə ticarət təşkil olunması haqqında məsələ verilmişdir. Parlamentdə qərara alınmışdır ki, bu ticarət təkcə tacirlərdən deyil heç bir ingilisi istisina etməməklə göstərilən məlum şərtlər və müəyyən olunmuş qaydalar əsasında cəmiyyətin işləyəcək başqa şəxslərdən də təşkil edilmiş bir məşhur cəmiyyət tərəfindən aparılsın. Məlumdur ki, bu başlanan ticarətdə bütün işçilər, xərclər , əmək» haqqında sərf olunan pullar və gəlir hamı üçün ümumi olmalıdır. Cəmiyyətdə öz təcrübəsi, biliyi və hakimiyyətlə başqalarından üstün olanlar var , başqa cür ola bilməz. Lakin başqa münasibətlərdə həm rəy verilməsində, həm də gəlirin bölüşdürülməsində hamı bərabər hüquqludur. Bu məhşur cəmiyyət parlamentin ali hakimiyyəti altında həmin əsaslarda əvvəldən belə yaranmışdır.»44
41 Yenə orada, s. 20
42 Hahluyt s voyages. The Principall Navigations, Voyages, Traffiques and discoveries of the English Nation, p. 301. 
43Английские путешественники в Московском государсве в XVI в, c.32-33
    


  

                                                     17
                                                       
   Moskva şirkətinin şimal-şərq istiqamətində ilk ekspedisiyası Hyu Uillobu və Riçard Çenslorun başçılığı ilə 1553-cü ildə təşkil olunurdu. 1553-cü ilin mayın 11 –də səhər Qriniç yaxınlığında Temza çayının sahilində qeyri –adı canlanma vardı. Gündüz saat 2-də tamaşaçıların şən qışqırtıları altında böyük olmayan gəmi göründü45. Bu səyahət nəticəsində böyük çətinliklərdən sonra Riçard Çenslor Moskvaya gəlib çatdı. Beləliklə, Rusiya ilə İngiltərə arasında Şimal yolu vasitəsilə ticarət əlaqələri yarandı.
     Azərbaycanla münasibətlər dövrü ( XVI əsrin 80-90-cı illəri nəzərdə tutulur) Moskva şirkətinin tarixində ən mühüm dövrü təşkil edir.Təsadüfü deyil ki, şirkət üzvləri sayının və onun kapitalının ən çox artması məhz həmin illərə təsadüf edir. 
    Yuxarıda göstərdiyimiz  kimi şirkət üzvlərinin sayı 1555-ci ildə 191, 1565-ci ildə 400, XVII əsrin əvvəllərində cəmi 160, XVIII əsrin ortalarında isə az- cəmi 55 nəfər olmuşdur. Şirkətin kapitalı isə 1553-cü ildə 6000 funt sterlinq, 1564-cü ildə 40.000 funt sterlinq, 1583-cü ildə 80.000 funt sterlinq olmuşdur.46
44 Любименко И.И.История торговых спошений России с Англией.28-29.
45Толстой В. Первые 40 лет сношения Аиглии с Россией ( 1553-1593), с.398.
46Кашин В. Н.Торговля и торгрый капитал в московском государстве.Л.,1926.с 69.
   b).İngiltərənin şimal-qərb dəniz yolu ilə Hindistana və Çinə yol açmaq cəhdləri.İngiltərə ilə Səfəvilər dövləti arasında əlaqələrin yaranması.
   

    
                                                       18
    İngiltərə şimal-qərb dəniz yolu ilə Hindistana və Çinə yol açmaq təşəbbüslərinin Moskva Şirkəti həyata keçirirdi. Onu da qeyd etmək lazımdır ki, Moskva Şirkətinin şimal-qərb istiqamətində yol açmaq cəhdləri və Rusiya ilə ilk ticarət əlaqələri bu işin əsas məqsədi deyildi. Lakin Səfəvilər dövləti ilə İngiltərə arasında ticarət əlaqələri yaranması bunun nəticəsi kimi meydana gəldiyindən və ümumiyyətlə bu əlaqələr mərkəzləşdirilmiş rus dövləti vasitəsilə həyata keçirildiyindən həmin cəhdlər üzərində qısaca dayanmaq zəruridir. 
        Bu dövrdə İngiltərənin xarici ticarətinin zəifləməsi ilə əlaqədar olaraq « İngilis tacirləri ticarət düşkünlüyünün qarşısını almaq vasitələrini müzakirə etdilər və bu fikrə gəldilər ki, onlar ispan və portuqallar kimi yeni ölkələr açmaq və yeni mənbələrini axtarmalıdılar». 
    Rusiya ilə ticarət münasibətləri yaratdıqdan sonra ingilis tacirləri şimal-qərb və şimal-şərq istiqamətlərində Hindistana dəniz yolu kəşf etmək təşəbbüslərini davam etdirirdilər. Bu məqsədlə Rusiya və Orta Asiya vasitəsilə Hindistan və Çinə yol açmaq məsələsi Moskva şirkətinin üzvlərinin diqqətini cəlb etmişdi. Elə buna görə də 1558-ci ildə Antoni Cenkinson Buxaraya yola düşdü. 1558-ci il avqustun 10-da İngilislərdən ilk dəfə olaraq Cenkinson Xəzər sularında üzərində Müqəddəs Georgun qırmızı xaçı olan bayraq qaldırdı.48 Bu ilk səyahətində Cenkinsonu yalnız iki nəfər ingilis taciri müşayiət edirdi.49Lakin özü ilə o qədər yük götürmüşdü ki, sonra bunları qaldırmaq üçün minə qədər dəvə lazım olmuşdur.49
48 Толустой В.Первые 40 лет сношения Аиглии с Россиеи (1553-1593) , с.12.
49   Толустой В.Первые 40 лет сношения Аиглии с Россиеи (1553-1593) , с.12
   


    
                                                         19
     Bu  səyahətdən sonra Cenkinson belə nəticəyə gəldi ki, burada ticarət faydasızdır, Orta Asiya vasitəsilə Çinə çatmaq çətin və qorxuludur, hətta mövcud şəraitdə tamamilə qeyri mümkündür. Qeyd etmək lazımdır ki, 1558-1560-cı illərdə həyata keçirilmiş bu səyahətin Moskva şirkətinin sonrakı fəaliyyəti üçün çox böyük əhəmiyyəti olmuşdur.
İngilis tarixçisi Vounun qeyd etdiyi kimi R.Censlorun səyahəti Rusiya ilə İngiltərə ticarətinin əsasını qoyduğu kimi Cenkinsonun bu səyahəti də Rusiyadan qabaq  Asiya ölkələrinə səyahətin yolunu göstərirdi və bu səyahət Moskva şirkətinin bütün sonrakı səylərinin istiqamətini müəyyən etdi.50 Məlum olduğu kimi Cenkinson bu səyahəti müddətində Səfəvilər dövlətilə ticarət haqqında məlumatlar toplamış və ehtimal ki, həm Həştərxanda , həm də Buxarada olarkən o bu ölkənin tacirləri ilə bilavasitə əlaqəyə girmiş, öyrənə bildiyi məlumatları geri qayıdarkən şirkətin İdarə heyətinə təqdim etmişdir. Cenkinson Həştərxanda  olarkən xəbər verirdi ki, tatarlar buraya pambıq, yun və ipəkdən hazırlanmış müxtəlif mallar gətirdilər; İranda, məhz Şamaxıdan Rusiyada ən çox işlənən ipək saplar, kəmər üçün bəzəkli ipək və.s bəzən taxıl və qoz gətirirlər.51
Əvvəllər Cenkinson belə fikirdə idi ki,  Xəzər dənizi vasitəsilə Səfəvilər dövlətilə ticarət etmək ümidsizdir, çünki ölkənin yolları çətin keçilən, əhalisi isə yoxsul idi, onlara lazım olan Avropa mallarını isə Türkiyədən gətirmək olardı.52
     O, yazırdı: «...Şamaxı ( Midiya ) və İran ticarətinə gəldikdə mən o haqda kəşfiyyat apardım və öyrəndim ki, o da tatar ticarətinə bənzəyir, yəni satış az, qazanc cüzidir, əsas İran ticarəti isə Suriya Livan dənizinə doğru gedir. Həştərxanda Şamaxıdan tacirlər vardı. Mən həmin tacirlərə onların malları əvəzində karazeya təklif etdim, lakin onlar razı olmadılar; çünki bunu onların ölkəsində belə ucuz almaq olardı»53 
    Lakin Buxara səyahətini sona çatdırdıqdan və bu ölkələrlə ticarət imkanları haqqında tam məlumatlar əldə etdikdən sonra Cenkinson belə nəticəyə gəldi ki, burada ticarət üçün xeyli əlverişli imkanlar vardır və şirkətin idarə heyəti bu imkanlara laqeyd qalmayacaqdır.
    Buxaradan qayıtdıqdan sonra hələ Moskvada olarkən Cenkinson açıqca bildirdi ki, Xəzər dənizi sahillərindəki əyalətlər şirkət üçün gözəl fəaliyyyət meydanı ola bilər.54Onun bu mülahizəsi belə bir fakta əsaslanırdı ki, İslam dininin şiə məzhəbinə etiqad edən Səfəvilər dovləti, bu dinin sünni məzhəbinə etiqad edən türklərə nifrət edir. Ona görə də bu iki ölkə arasında tez tez  müharibələr baş verir və bunun nəticəsində bu ölkələr arasında uzun müddət tənəzzülə uğrayır.55 Bu fikrə münasibət yerinə düşərdi ki, Səfəvi- Osmanlı müharibələri təkcə dini ziddiyyətlərin nəticəsi kimi deyil, daha çox Avropa dövlətlərinin bu iki müsəlman, yaxın dövlətləri biri birinə qarşı qışqırtmaq, müharibəyə cəlb etmək bununla da, xüsusilə, Osmanlı dövlətinin Qərbə genişlənməsinin qarşısını almaq, onu Səfəvilərin əli ilə məğlub etmək siyasətinin nəticəsi idi.56 Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Səfəvi –Osmanlı müharibələrində Türkiyənin Şərqdə, xüsusilə, Qafqazda möhkəmlənmək təşəbbüslərinin nəticəsi kimi də meydana çıxırdı. 
                                                         20

50 Göstərilən əsəri. Vaughn E.W.p.142
51 Английские путешественники в Московском государсве в XVI в, с.186
52 Foster W. England s quest of Eastern Trade, London, 1933, p. 22


                                                         21
  Cenkinsonun fikrincə, hər hansı bir Asiya taciri həmin malları  gətirib İngilis malları ilə dəyişə bilər, yaxud daha yaxşısı, həmin şirkətin İran ərazisi vasitəsilə keçirərək özləri üçün həmin malları əldə edə bilərlər.58 
    Beləliklə, Cenkinsonun Buxaraya etdiyi səyahət nəticəsində Moskva şirkətinin İdarə heyəti 1561-ci ildə Səfəvilər dövləti ilə ticarət əlaqələri yaratmağı qərara aldı və həmin vəzifənin yerinə yetirilməsini Cenkinsona həvalə etdi.59 Professor İ.A. Lyubimenko qeyd edirdi ki, bu səyahətin (Buxara səyahətinin) ən qiymətli nəticəsi ondan ibarət oldu ki, şirkət «İran» la ticarət aparmaq üçün lazım olan məlumatları əldə etdi və bundan sonra həmin ticarət şirkətinin əsas vəzifələrindən birinə çevrildi.60
     1561-ci ilin may ayında Anyoni Cenkinson Londonu tərk etdi61 və bu səyahət nəticəsində İngiltərə ilə Səfəvilər dövləti arasında XVI-cı əsrin 60-80- ci illərində davam edən canlı ticarət əlaqələrinin əsası qoyuldu. Səyahət haqqında bəhs etməmişdən öncə Moskva şirkətinin fəaliyyətində Azərbaycanın yeri, Azərbaycanla ticarətin üstünlükləri və ticarətdə İngilis tacirlərinin məqsədləri böyük əhəmiyyət kəsb edirdi.
      Belə ki, hələ Rusiya ilə ticarət əlaqələrini davam etdirərkən İngilis tacirləri ümid edirdilər ki, Rusiya vasitəsilə Səfəvilər dövlətilə olduqca gəlirli və faydalı ticarət təşkil etmək olar və ümid edirdilər ki, Xəzər dənizi vasitəsilə Volqa çayı ilə yuxarı, Divina çayı ilə aşağı, Ağ dənizə doğru daim, kütləvi surətdə İran İpəyi və ehtimal ki, Hindistandan ədviyyat və digər zinət şeyləri gətirmək olar.62 Cenkinsonun səyahətindən sonra Cenkinson özü istərsə də davamçıları, əvvəllər Rusiya olduğu kimi indi də Azərbaycanı Şərqə doğru sonrakı irəliləyişlər üçün dayaq məntəqəsinə çevirməyə çalışırdılar. 
53 Английские путешественники в Московском государсве в XVI в, с.189
54 Göstərilən əsəri. Vaughn. E.W.
55 Foster W. England s quest of Eastern Trade, p.23
56 Yaqub Mahmudlu. Azərbaycan diplomatiyası, Bakı 1996, s,181

                                                            22
Doğrudan da, Moskva Şirkətinin tacirləri Şamaxıda möhkəmlənə bildilər və əvvəllər Xolmoqur şəhəri olduğu kimi indi də Şamaxı ölkənin içərilərinə doğru irəliləmək üçün dayaq məntəqəsinə çevrildi.62
İngilis tarixçisi Vaunun fikrincə, Səfəvilər dövləti ilə ticarət əlaqələrinin yaradılması və inkişaf etdirilməsinin İngilis tacirləri üçün əvvəldən ona görə əhəmiyyətli idi ki, yaxşı ipək istehsal edən əyalətlər-Şirvan, Gilan və Mazandaran ölkənin şimalında, Xəzər dənizinin bilavasitə yaxınlığında idi və beləliklə, Rusiyadan bura asanlıqla gəlmək olardı. Bu hal portuqallara nisbətən İngilis tacirlərinə xeyli üstünlüklər vəd edirdi, çünki portuqalların limanları qiymətli şərq malların mənbəyindən bir neçə mil uzaqlıqda idi. İkincisi Tükiyə ilə Səfəvilər dövləti arasında daimi müharibə ehtimalı və beləliklə, Səfəvilər dövlətinin Aralıq dənizi ticarət yolu vasitəsilə Avropa ölkələrindən mal alınmasının kəsilməsi ehtimalı həmin ticarətin üstünlüklərini daha da artırırdı. Nəhayət, üçüncüsü İngilis tacirləri ümid edirdilər ki, Səfəvilər dövlətindən bir əməliyyat bazası kimi istifadə etməklə İran körfəzinə və Hindistana doğru irəliləmək və çox arzu edilən şərq mallarının Portuqaliya ilə toqquşmadan Volqa Xəzər yolu və şimal vasitəsilə İngiltərəyə gətirmək olar. Beləliklə, Səfəvilər dövləti ilə əlaqələr yaratmaq üçün tərtib olunan planların əvvəlki planlara nisbətən üstünlükləri tamamilə aşkar idi.63
58FosterW.England‘s quest of Eastern Trade,p.23
59 Толстой В.Первые 40 лет сношеня Англии с Россиеи (1553-1593), с. 13
60 Любименко. И. И Истории торговых сиошений России с Англией, с.40
61Аиглийские путешественники в Московском государсве в XVI в, с. 200
62Anderson M.S.Birtain s. discovery of Rusia 1553-1815, London, 1958, p. 6
    

                                                            23

  Moskva şirkətinin üzvü, şirkətin Moskvadakı agenti Mixail Lokk Azərbaycanla ticarətinin üstünlükləri barədə danışarkən yazırdı: «Rusiya vastəsilə İngiltərəyə gedən «İran» ticarətinin İngiltərə üçün fövqalədə əhəmiyyəti olardı, belə ki, zinət şeyləri, ədviyyat, ipək, rəngsazlıq malları və s. mallar orada özünün ilk mənbəyindən alına bilərdi. Bütün bunlar Türklər tərəfindən qorxu olmadan İtaliyanın, İspaniyanın xəbəri olmadan və Portuqaliyanın hər hansı icazəsi olmadan asanlıqla danışa bilərdi; həm də Rusiya və İranın bütün bu məhsulları şimal dənizləri vasitəsilə çoxlu miqdarda İngiltərəyə gedər və həmin malların daşınması üçün hökmdara ədalətli gömrük haqqı verməklə yenidən İngiltərə tacirləri vasitəsilə Finlandiyaya, Almaniyaya, Fransaya, İsapaniyaya və İtaliyaya ixrac oluna bilərdi.»65
 M.Lokk daha sonra yazırdı ki, İran ticarətinə (Səfəvilər dövlətilə -T.B.) gəldikdə onun  zənginliyi ölçülməzdir, çünki uzun illər ərzində Venesiya, Ankona, Messina, Raquza, Genuya və digər İtaliya şəhərləri onların var dövlətinin çox hissəsini gətirirdi. Bu da İtaliya onun nəticəsi idi ki, Teinson və Həlləb vasitəsilə Suriyaya xam ipək, ədviyyat, pambıq və yun  parçalar və s. mallarla ticarət edirdilər.
  Buxara səyahətindən sonra Cenkinson belə bir nəticəyə gəlmişdir ki, Moskva şirkəti bilavasitə Səfəvilər dövləti ilə ticarət etməkdən əlavə eyni zamanda həmin şirkətin faktorları «İran» ərazisi vastəsilə şərqdən gətirilən malların bilavasitə mənbəyinə çata bilərdilər.67 Şirkət Cenkinsonun gətirdiyi dəlilləri kifayət qədər əsaslı edib Səfəvilər dövlətinə təşkil edilən I ekspedisiyaya başçılığı ona həvalə etdi.68 Onun mənşəyi və anadan olması tarixi haqqında etibarlı mənbələri olmamasına baxmayaraq ( bəzi tarixçilərin fikrincə, Cenkinson Uorkşir qrafları əyan nəslindən idi, başqaları onu Oksfordşir əyalətində Şerlbyuri yaxınlığında Uelkot adlı yerdə məskən salmış Cenkinsonlar familiyasının banisi hesab edirdilər)68 heç şübhə yoxdur ki , Cenkinson mənşəcə Britaniya cəmiyyətinin burjua dairələrinə yaxın olan əyan nəslindən idi və İngiltərə ticarət kapitalının mənafeyini ifadə edirdi.
62Vaughu E.W.Göstərilən əsəri.
63Yenə orada, p.142
66 Yenə orada 
67 Foser W. England`s quest of Eastern Trade,p.23
68 Willan T.S. The Eaely History of the Russia Company.1553-1603.p.57
69Шахмалиев Е.М.Иэ истории торговой политики Европейских держава на Переднем Востоке в XVI в. ( докторская лиссертасия на правах рукописи. Ваку 1967, с. 251,
İstinad: E.Delmar Morqan and C. H.Coote Early Voyages and travels to Russia and Pesia by Anthony Jenkinson and other Englishmen, v.I, London 1886, p.87
                                                
                                                             24
Hələ gənc ikən Cenkinson 1546-ci ildə ticarət məqsədilə Şərq ölkələrinə səyahət etmişdi. Sonrakı illərdə Cenkinson İspaniya, İtaliya, Yunanıstan və Türkiyəyə  yola düşmüş İngiltərə təbəələri üçün ticarət imtiyazları almışdır.69
    Antoni Cenkinsonun səyahəti 1561-ci il mayın 14-də, kraliça I Yelizavetanın (1558-1603) hakimiyyətinin üçüncü ilində başlamışdır. O, həmin ilin iyulun 14-də Rusiyadakı Müqəddəs Nikolay buxtasına çatmış və iyulun 26-da Moskva şirkətinin oradakı nümayəndələri ilə müşavirədən sonra buxtanı tərk etmiş, avqustun 8-də Bolqadıya, avqustun 20-də isə Moskvaya çatmışdır.70 Burada Cenkinsonun Rus çarı ilə görüşü uzun müddət baş tutmur. Çarın ona kraliçanın xahişinə  əsasən öz mülklərindən keçərək Səfəvilər dövlətinin ərazisinə keçməyə icazə verib və ya verməyəcəyini bilmək üçün çarın katibinə müraciət edir. Ona cavab verilir ki, o tərəflərə- çərkəzlərin torpaqlarına qoşun göndərməyə hazırlaşdığından güman etmək olar ki, oraya getməyə icazə verilməyəcəkdir. Bu cavabdan sonra Cenkinson geriyə, İngiltərəyə qayıtmağa hazırlaşdığı zaman çarın katibi, Osip Nensye adlı şəxs ona bildirir ki, onun İrana getməsi barədə şəxsən çara hesabat verilməyənə qədər yola çıxmasın. Bundan üç gün sonra katib Cenkinsona bildirmişdir ki,  çar nəinki ona mülklərindən İrana getməyə icazə verir həm də, xarici dövlətlərə məsləhətçi fəxri fərmanlar verərək özünün bəzi işlərini ona tapşırır. « Bundan sonra mən səfər hazırlığına başladım və 15 may 1662-ci ildə əlahəzrət çarın və İran səfirinin iştirakı ilə nahar etdim.»71
      Qeyd etmək lazımdır ki, 1566- 1572-ci illərdə Antoni Cenkinson daha bu tədqiqat iki dəfə Moskvada olmuşdur. Axırıncı dəfə o, İngiltərə kraliçası I Yelizavetanın Moskva çarı IV İrəvanın yanında səfir kimi olmuşdur.72Cenkinson bu səfərlərində, xüsusilə, Qafqaza və orta Asiyaya etdiyi səfərlərində Səfəvilər dövlətinin şəhərləri adət-ənənələri, iqtisadi durumu, regionun geopolitik vəziyyəti haqqında aydın təsvirlər vermişdir. Ardıcıl olaraq həm Cenkinsonun, həm də digər İngilis səyyahlarının Səfəvilər dövləti haqqında verdikləri təsvirlərdən də bəhs edəcəkdir.73
    Antoni Cenkinson 1561-ci il avqustun 3-də Dərbəndə gəlmiş avqustun 12-nə qədər orada qalmışdır. O, qeydlərində Dərbənd şəhərinin qədimliyindən və möhtəşəm qala divarları haqqında bəhs etdikdən sonra yazırdı: «Dərbənd şəhəri hazırda İran Sufilərinin (Səfəvilər dövlətinin- T.B.) hakimiyyəti altındadır və sahildən dənizə 41 dərəcə enlikdə yerləşir. Buradan biz cənub-şərqə və cənub-qərbə doğru təqribən 80 mil hərəkət edərək avqustun 6-da Şabrana çatdıq.»74 O, avqustun 18-də Şirvan ölkəsindəki Şamaxı (Svamaky) şəhərinə çatmış, ertəsi gün Şirvan bəylərbəyi Abdulla xanla (Obdolowcan) görüşmüşdür.75 Abdulla xan Cenkinsonu əsl təmtaraqla qarşılamış və nahara dəvət etmişdir. O, öz təsvirlərində Abdulla xanın yerləşdiyi çadırı nahar zamanı verilmiş yeməklər haqqında bəhs etdikdən sonra görüş haqqında yazır:  «naharın sonunda kral mənə kuş geldi ( quosh quelde) yəni xoş gəldin dedi.   
69 Yenə orada
70 Английские путешественники в Московском государсме в XVI в, с.200
71 Английские путешественники в Московском государсме в XVI в, с.200
                                                             25

  ... Bundan sonra o, mənə din və bizim ölkələrimizin vəziyyəti ilə əlaqədar suallar verdi. Məndən soruşdu ki, Alman imperatoru, Rus çarı, yoxsa türk sultanı güclüdür? Bütün suallara mən lazım bildiyim tərzdə cavab verdim. Sonra o, mənim gəlişimin səbəbləri və səfərimin davam edib-etdirməyəcəyim barədə soruşdu. Cavab verdim ki, mən kraliça tərəfindən böyük Sufidən dostluq və sərbəst hərəkət etmək barədə xahiş etmək həmçinin ona mülklərində İngilis tacirlərinə ticarət üçün mühafizə vərəqləri verilməsi barədə müaciət etdim . Bildirdim ki, bu cür vərəqlər onun təbəələrinə də bizim ölkəmizə gəldiyi zaman veriləcəkdir. Bu ölkələrimizin şərəf və rifahına xidmət edəcəkdir. Kral mənim sözlərimi təqdir etdi və bildirdi ki, məni müşayiət və Fars körfəzindəki Qəzvin qalasına qədər olan 30 gün ərzində mühafizə etmək üçün dəstə verəcəkdir.»76
    Bu göstərişdən bəhs edərkən Azərbaycan ipəyini ələ keçirmək üstündə İngiltərə, Venesiya respublikası və Türkiyə arasında nə qədər kəskin rəqabət olduğu aydın göstərilir.77Cenkinson yazır: Şirvan kralının yanında və onun qəbulunda olduğum zaman müxtəlif məsələlər barəsində apardığımız danışıqlar zamanı...Abdulla xan məndən soruşdu ki, biz -ingilislər türklərlə dostuq, ya yox? Mən cavab verdim ki, biz heç vaxt dost olmamışıq. Çünki  onlar bizə heç zaman öz ölkələrindən keçib Sufinin torpaqlarına gəlməyə icazə verməmişlər. Lakin bizim yaxınlığımızda venesiyalılar adlı bir millət var. Onlar türklərlə böyük razılıq şəraitində yaşayır, onların torpaqlarında bizim mallarımızla ticarət edirlər. Onlar bizim mallarımızı başlıca olaraq xam ipəyə dəyişirlər. Xam ipək isə oraya, bizim bildiyimizə  görə İrandan aparılır... Əgər türklər venesiyalılara icazə verdikləri kimi Sufi də bizə öz torpaqlarında ticarət etməyə ixtiyar versə, bizə pasport və toxunuzmazlıq vərəqələri versə, mən şübhə  etmirəm ki, burada ticarət heç bir dövrdə müqayisə olunmayacaq dərəcədə genişlənəcək. Kral məni başa düşərək özünün tam həmrəyliyini ifadə etdi və dedi ki, bu barədə Sufiyə yazacaqdır..."79
76Azərbaycan tarixi üzrə qaynaqlar, tərtibçilər :S.S.Əliyarov ,F.R.Mahmudov və b., Bakı, 1989, s. 218
77Yaqub Mahmudlu. Azərbaycan dimlomatiyası, s, 185
79Yaqub Mahmudlu. Azərbaycan dimlomatiyası, s, 185
    

                                                                         26
 Cenkinson avqustun 24- də Abdulla xanla ikinci dəfə görüşdükdən və ondan Sufinin qəbuluna getmək üçün icazə aldıqdan  sonra yenidən Şamaxıya qayıtmış, oktyabrın 6-na qədər orada qalmışdır.
80Qeyd etmək lazımdır ki, Abdulla xan Cenkinsona Qəzvinə getmək üçün bütün təhcizatı olan at bağışlamış və bütün mallarını rüsumlardan azad etmişdir. Cenkinson öz gündəliyində Şamaxıdan getməmişdən öncə  Şirvan bəylərbəyliyi haqqında qiymətli təsvir vermişdir."...Lakin getməmişdən öncə nəinki adı Şirvan olan Hirkan ölkəsi, onun şəhərləri və orada istehsal olunan mallar haqqında bəzi qeydlər etmək istəyirəm. Bu ölkənin kralları qədim zamanlarda çox qüdrətli olmuş və fars sufiləri ilə döyüşmək gücündə olmuşlar. Amma indi vəziyyət tamamilə dəyişmişdir: nəinki şəhərlər, qalalar və qəsrlər tənəzzülə uğramış , kral adı çəkilən Sufiyə tabedir (bütün hirkanlıların öz məxsusi  kralları olur) və onun  hakimiyyəti altındadır. Sufi Hirkanı müxtəlif din ayrılıqlarına görə neçə illər qabaq istila etmiş , bu ölkənin təkcə tanınmış və müdrik şəxslərini deyil, bundan əlavə sonradan üsyan olmaması üçün Şamaxıda ağ daşlardan qala tikdirmiş və edam edilmiş insanların başlarını bura vurmuşdur. Dənizdən Şamaxıya dəvə ilə yeddi günlük yoldur. Ölkənin ən əsas şəhəri Gürcüstanla sərhəddə yerləşən Ərş şəhəridir. Bundan əlavə şəhərin ətrafında xam ipək istehsal edilir; oraya ticarət məqsədilə türklər, suriyalılar və digər əcnəbilər gəlirlər. Bu ölkədə müxtəlif çeşidli, keyfiyyətli və zəruri mallar tapmaq da olar. Bunlara təbii şəkildə ölkədə yetişdirilən məhsullar qırış və hamar qabıqlı qoz, kətan, xam ipək, ədviyyatın bütün növlərini və  Şərqi Hindistandan az miqdarda gətirilən digər malları əldə etmək olar. Lakin burada bol olan əsas məhsul bütün növ xam ipəkdir. Şamaxıdan bir qədər aralıda indi Sufi tərəfindən dağıdılmış qədim Gülüstan (Gullistone) qalası yerləşir. O, dünyanın ən möhtəşəm qalalarından biri hesab olunur: Böyük Aleksandr onu fəth etməmişdən əvvəl uzun müddət mühasirədə saxlamışdır. Bu qalanın yaxınlığında möhtəşəm bir monastr yerləşir. Bu monastrda kralın qızı atasının onu zorla tatar hökmdarlarından birinə vermək istədiyinə görə özünü öldürmüş Amelek Xanna (Amelek Channa)dəfn olunmuşdur. O gedibmiş ki, heç vaxt bakirəliyinin pozulmasına imkan verməyəcəkdir. Ona görə də ölkənin qızları hər il onun qəbri üstündə göz yaşı axıdırlar.
80  «Путешественники щб Азербацжана»;Баку 1961,с.99


                                                                  27


 Bu ölkədə ən yüksək hissədə Arpoest adlı iki böyük buynuzlu , tək gözlü , quyruğu inək quyruğuna , qulaqları və gözü atınkına oxşar nəhəngin yaşadığı , yerli əhalinin arasında Kuifis (Quiqfs)adlı dağ yerləşir. Deyilənlərə görə, bu əcaib  Xokorxamş (Houcoir Hamshe) adlı müqəddəs kişi gələnə qədər yaxına heç kəsi buraxmırmış. Sufilərin qohumlarından biri dağa çıxaraq bu nəhəngə qalib gəlmiş, onun Lamsiaq adlı arvadını və oğlu  Aftrri  zəncirləmişdir. Bu qələbəyə görə ölkənin əhalisi onun xatirəsini əziz tutur. Şayələrə görə bu gün də heç kəsin  yaxınlaşa bilmədiyi bu dağ olduqca pis qoxu verir."80
  1562-ci il oktyabrın 6-da Şamaxıdan çıxan Cenkinson oktyabrın 16- da  Ərdəbilə , noyabrın 2-də isə Qəzvin Şəhərinə çatır. Qeyd etmək lazımdır ki, 1559-cu ilin sonunda türk sultanı Süleymanın oğlu Bəyazid atasına qarşı üsyan edərək məğlub olmuş və ailəsi ilə birlikdə Qəzvin şəhərinə I Şah  Təhmasibin sarayına pənah gətirmişdir.81Təqribən Cenkinson Qəzvinə gəlməmişdən bir müddət əvvəl  əsas vəzifəsi Şahın Bəyazidi türk Sultanına qaytarmasına nail olmaq olan nümayəndə heyəti də buraya gəlmişdi.
80Английские путешественники в Московском государсве в XVIв,с.205
81Oqtay Əfəndiyev.Azərbaycan Səfəvilər dövləti ,Bakı ,1993,s.95.

                                                                        28
Cenkinson qeyd edir ki , bu heyət onun Qəzvinə gəlişindən dörd gün öncə ,82 Oqtay Əfəndiyev isə Qazi Əhməd  Qaffarrinin "Traix –i –cahan-ara"əsərinə istinad edərək 1562-ci ilin iyulunda 83gəldiyini qeyd edir.
    Bu nümayəndə heyətinin səfərinə və Səfəvilər ilə Osmanlı dövləti arasında imzalanmış sülh müqaviləsindən bəhs edən səyyah yazır:"...hər iki tərəf ƏL –Quran (Alcaron )qanununa görə möhkəm andlaşmalarla sülh bağlamışdır. Hər bir tərəf sülhə riayət etməyi öhdəlik  götürmüş, hökmdarlardan birinin digər hökmdarlara qarşı müharibəyə başlayacağı təqdirdə qarşılıqlı yardım edəcəklərinə and içmişlər. Sülh müqaviləsi imzalandıqdan sonra Sufi atasının yanından qaçaraq onun yanına gələn və dörd il sarayda yaşayan Bəyazid sultanın qətli barədə əmr vermişdir.   ...Müqavilə imzalandıqdan sonra  Qəzvindəki türk tacirləri səfirə bəyan etdilər ki, mənim gəlişim onların ticarətini pozacaq. Onlar səfirə dedilər ki, Sufiyə çatdırsın ki, əgər o, böyük sultanla dostluq və müttəfiqliyə əməl etmək istəyirsə mənə xoş münasibət bəsləməsin. Türk tacirlərinin bu xahişi barədə səfir Sufiyə ciddi təqdimat verdi."84 
  Şah Təhmasib noyabrın 20-də Cenkinsonu qəbul etmişdir. Qəbulda ingilis taciri şaha gəlişinin məram və məqsədi barədə məlumat verərək hədiyyələr və İngiltərə kraliçası I Yelizavetanın fərmanını təqdim etmişdir.
  Bu görüş zamanı şah Cenkinsonla bir sıra məsələlər beynəlxalq vəziyyət, din və s. haqqında fikir mübadiləsi aparmış, İngiltərə tacirinin səfərinə ehtiyatla yanaşaraq ona qeyri-müəyyən münasibət göstərmişdir. Şahın belə müvqe tutmasını isə Cenkinson şahın türk sultanı ilə olan ittifaq və dostluğu ilə bağlayırdı. "Sufi mənimlə əlaqədar müşavirləri  və yaxın adamları ilə məsləhətləşmişdir. 
82Английские путешественники в Московском государсве в XVI в, с. 207
83Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti, s. 97
84Английские путешественники в Московском государсве в XVI с. 209
85Английские путешественники в Московском государсве в XVI в, с. 209


                                                                 29

Onlar onu inandırdılar ki, mənim  qəbulumu yaxşı  təşkil etməsi və mənim bir firəng olaraq qardaşı, Böyük sultana düşmən olan xalqa məxsus olduğum üçün ona fərman və hədiyyələr verməsin. Onlar deyirdilər ki, bu xəbərin sultana çatacağı təqdirdə yeni ittifaq və dostluq pozula bilər. Onlar həm də hökmdarın kafirlər ilə dostluq etməyə lüzum olmadığını deyir, məni gətirdiyim fərmanla birgə sultanın yanına göndərməyi təklif edirdilər. "86 Qeyd etmək lazımdır ki, Şirvan bəylərbəyi Abdulla xanın məsləhəti ilə şah öz qərarını dəyişmiş və 1563-cü il martın 20-də (bu tarixdə Cenkinson tərəfindən anlaşılmazlığa yol verilmişdir. Çünki o, Qəzvinə 1562-ci il noyabrın 2-də gəlmişdir) səyyaha qızıl parçadan olan zəngin paltar bağışlamışdır.   
Cenkinson Abdulla xanın bu təklifi və bunun  şaha necə əsaslandırılması barədə yazır:
"...O, (Abdulla xan)şaha məsləhət görürdü ki, onun torpağına öz istəyimlə gəldiyimi nəzərə alaraq mənə qarşı münasibətini dəyişsin. Əgər mənimlə pis davransa, az sayda əcnəbi onun ölkəsini ziyarət edəcək və ona ziyan verəcəkdir."87Qeyd etmək lazımdır   ki, səyyah bu məsələ barədə Qəzvindən geriyə qayıdarkən aprelin 15-də Abdulla xanla növbəti görüşündə də bəhs etmişdir.  ...Abdulla xan bilirdi ki , əgər o, olmasa idi mən tamamilə məğlubiyyətə uğrayar və qeyri-qanuni müşavirlərin məsləhətləri, xüsusən, bu işin sifarişçiləri və məsləhətçiləri olan seyidlərin (Zieties)və ruhanilərin inandırılması nəticəsində mən məhv ola və sufidən türk sultanına hədiyyə göndərə bilərdim. Sufi özü əvvəlcə mənə yaxşılıq etməyi çox arzulasa da və məni yaxşı qəbul təşkil etmək istəsə də Böyük türk sultanı ilə sülh və dostluq müqaviləsini imzalaması buna mane olmuşdur. Kral( Abdulla xan)dedi ki, bütün bunlara baxmayaraq Sufi mənə yazmışdır ki, sən mənim ölkəmin arzu edilən qonağı olduğundan sənə yaxşı qəbul təşkil etdim.
86Английске путешественники в Московском государсве в XVI в,
87Английские путешественники в Московском государсве в XVI в,с.210.

                                                                     30


O, məni çox lütfkarlıqla  qarşıladı.    
Həmin mənbəyə istinadən prof.  S .Əliyarov və F.R. Mahmudovun və b.,tərəfindən tərtib edilmiş ,"Azərbaycan tarixi haqqında qaynaqlarda ",s.222-də  diqqətdən yayınmışdır. Lakin ingilis dilində orginala 89istinad edən Oqtay Əfəndiyevin Azərbaycan Səfəvilər dövləti kitabında 90tarix göstərilməmişdir.
Cenkinson bu imtiyaz fərmanını Azərbaycana ekspedisiyaya gəlmiş Moskva şirkətinin nümayəndələri Tomas Olkok və Corc Renniyə vermişdir.9
       İngiltərəyə qayıdan Cenkinson aprelin 21-də Şamaxını tərk edərək , 21-də  Xəzərin sahilinə , 30 may 1563 –cü Həştərxan şəhərinə , iyunun 15 –dək orada qaldıqdan sonra avqustun 20-də Moskvaya qayıtmışdır.
   Səfəvilər dövlətindən gətirilmiş bütün mallar imperiya xəzinəsinə daşındı. Cenkinson çarın ailəsi və şirkətə hesabat üçün götürdüyü müxtəlif rəng və növbənöv   işlənmiş ipək və qiymətli daşları çara təqdim etdi. 
92Şirkət özünə məxsus olan kobud kətan , rənglənmiş və xam ipək və s. mallar Şirkətin Moskvadakı anbarına yığıldı və 1564 –cü ildə İngiltərəyə göndərildi. İngiltərəyə göndərilmiş xam ipək burada olduqca böyük təsir buraxdı. Belə ki, İngiltərinin  Fransadakı səfiri Tomas Simit 1564-cü ilin noyabrın  22-də Uilyam Sesilə yazırdı:"Eşitmişəm ki, Rusiya vasitəsilə İngiltərəyə gətirilən Midiya ipəyi heyratamizdir."94Qeyd etmək lazımdır ki, yalnız kəşfiyyat xarakteri daşıyan birinci ekspedisiya nəticəsində şirkət Azərbaycandan 40 min livr dəyəri olan mal aparmışdır.95
  89E.Delmar Morqan and C.H.Coote /Early Voyages and Travels to Russia and Persia by Anthony Jenkinson and other Englishmen ,v.I,London 1886,p.157
90 Oqtay Əfəndiyev .Azərbaycan Səfəvilər Dövləti ,Bakı ,1993,s.219
91Английские путешесвеннки в московском  государском в XVI в,с.217
 92Yenə orada 
93Willian T.S.The Early History of the Russia Company.(1553-1603)p.58
94Yenə orada.
   

                                                                   31

   İngiltərəyə yola düşməzdən qabaq 1564-cü ildə  Cenkinson Çardan şirkət üçün yeni imtiyazlar almış və Moskva şirkətinin nümayəndəsi  Tomas Qolverə vermişdi. O, bir müddət  Moskvada qaldıqdan sonra  , iyunun 28 –də Londona çatmışdır.96İngiltərə tarixçisi Villianın fikrincə , bu imtiyazların rusca variantına İran adı çəkilməsə də , şübhəsiz ki, Cenkinson yola düşməzdən əvvəl İngiltərənin  İrana yeni ticarət ekspedisiyalarını razılaşdırmışdır.
97Sonralar Azərbaycana göndərilən ekspedisiyalarda iştirak etməsə də , Cenkinson bu səyahətlərə çox böyük əhəmiyyət verirdi və Azərbaycana göndərilən II ekspedisiya məhz onun təşəbbüsü ilə təşkil olunmuşdur.98 
 1563-cü ildə Moskva şirkətinin əllərində Abdulla xanın fərmanı olan (Antoni Cenkinsonun  onlara verdiyi)növbəti nümayəndə heyəti Səfəvilər dövlətinə  gəlmiş99 və onların bu səyahəti   1565- ci ilə qədər davam etmişdir. Bu heyətə səyahət zamanı öldürülən  Tomas Olkok , Corc Penn və Ricard Çini daxil idi. Bu ekspedisiya şirkətin xidmətçisi Riçard Çini tərəfindən təsvir edilmişdir. Moskva şirkətinin bu ekspedisiyası onlara verilmiş imtiyaz məktubundan istifadə edərək Səfəvilər dövləti ilə əlaqələri daha da genişləndirmək məqsədi daşıyırdı. Ekspedisiya üzvləri 1563-cü il avqustun 4-də Xəzər sahillərinə çatmış və 21 - də Şamaxıya gəlmişdir.
Riçard Çinin "...Saraya gəldikdən sonra biz kralın yanına çağırıldıq. Bütün əyanlar kralın ətrafında oturmuş və yerə xalça döşənmişdi. Kral hamıya , o cümlədən bizə harada oturmağı göstərdi"təsvirlərdən göründüyü kimi Abdulla xanın Moskva şirkətinin nümayəndələrini mehribanlıq və təmtəraqla qarşılanması bir daha onun bu əlaqələrinin inkişaf  etdirilməsinə olan razılığını və eyni zamanda marağını ifadə edir ki, bu haqda sonra bəhs edəcəyik.
95Любименко И.И.Истории торговых сношений России с Англией ,с 125.
96Yenə orada
97Willian T.S.The Early History of the Russia Company.(1553-1604)p.59
98Williamson J.A short History of British expanision ,L.,1943,p.116
99Oqtay Əfəndiyev .Azərbaycan Səfəvilər dövləti,s. 220

                                                                  32
   Bir müddət Şamaxıda ticarət etdikdən sonra ekspedisiyanın başçısı Tomas Olkok oktyabrın 22-də Qəzvinə yola düşdü. Çinni isə Şamaxıda qalaraq Şamaxı əyanları tərəfindən alınmış malların pulunu toplamalı idi. Lakin borcları toplamaq oduqca çətin idi. Qəzvindən qayıtdıqdan sonra Olkok birbaşa Şamaxı  yaxınlığındakı "Lyuvanta"adlı şəhərdə olan Abdulla xanın yanına getmiş və əyanların öz borclarını qaytarmasını xahiş etmişdir. Lakin bu zaman rus tacirlərindən biri Qəzvinə gedərkən toqquşma zamanı yerli adamlardan birini öldürmüş və Abdula xan bundan xəbər tutduğuna görə o, dərhal öz mallarını yola salmışdır.100
Bu səyahət zamanı ekspedisiyanın rəisi təyin edilmiş Tomas Olkok Qəzvindən Şamaxıya gələrkən yolda öldürülür. Onun öldürülməsi ekspedisiyanın işlərinin demək olar ki, dayanmasına səbəb olur. Bundan sonra şirkətin yalnız bir xidmətçisi Riçard Çini Şirvanda demək olar ki, yeganə əcnəbi tacir idi. O yazır: "Tomas Olkonun ölümündən sonra məndən başqa bu ölkədə heç bir başqa dinli insan qalmamışdı. "Rusların təcili olaraq tabelərində olan malları  dənizlə göndərdiyini görən Çini əlində çoxlu miqdarda malların məhv ola biləcəyindən qorxaraq Rusiyaya göndərir.
Sonrakı III ekspedisiyada Tomas Olkonun ölüm səbəblərindən bəhs edən Eduards yazır:...Tomas Olkokun ölümü ilə bağlı bütün həqiqətlər məlum deyil. Bəziləri hesab edir ki , qətl borclarını ödəmədikləri üçün Olkokun təzyiqinə məruz qalan yerli əyanlar tərəfindən törədilib. Digərləri isə hesab edir ki , əyanlar tərəfindən törədilib. Digərləri isə hesab edir ki, əsl həqiqətdə Olkok hökmdarın hüzurundan gedərkən özü ilə çoxlu pul apardığını fikirləşən fırıldaqçılar onu pusaraq öldürmüşlər.101
100 Английские путашественники в Московском государсве в XVI в,с.217


                                                                        33
Çinninin məlumatına görə ekspedisiya öz fəaliyyəti zamanı müxtəlif  çətinliklərə məruz qalmışdır. Əvvəl o, malları yola saldıqdan sonra  6 həftə  Şamaxıda qalmış və   böyük çətinliklərlə 1500 manat məbləğində borcları toplaya bilmiş , lakin bu pulu və aldığı malları Moskvaya gətirə bilmiş və Qolverə təqdim etmişdi. Bundan əlavə Çinni fərdi ticarət və bunun nəticəsində şirkətə dəyən zərərdən ciddi şikayət edirdi. Çinni öz hesabatında yazırdı ki, bu səyahət nəticəsində Qolver 100 manat , Riçard Conson adlı bir nəfər 20 manat, Tomas Pet adlı bir nəfər 50 manat , İvan Çeremisen adlı bir nəfər 70 manat qazanc götürmüşdür.102Bundan əlavə Çinninin fikrincə,  bu səyahətdə Rus çarı da maraqlı idi və çox güman ki , qoyduğu məbləğdən iki və hətta üç dəfə artıq qazanmışdır.103Həm də Çinnin fikrincə, başqa fərdi tacirlər kimi qarşıda ekspedisiyanın xərclərinin xeyli hissəsini ödəməmiş, deməli, çarın və fərdi ticarətçilərin xərci əlavə yük kimi şirkətin üzərinə düşmüşdür. Beləliklə, Çinni göstərirdi ki , onların çəkdiyi zəhmətin bəhrəsini başqaları götürdü və ona görə də fərdi ticarətə və möhtəkərliyə son qoymasını tələb edirdi.104İngilis tarixçisi  Villam yazır ki, bu səyahət nəticəsində ingilis tacirlərinin xeyli xam ipək gətirməsinə baxmayaraq bu səyahətin şirkət üçün nə dərəcədə gəlirli olduğunu demək çətindir.105Lakin o, burada qeyd edir ki , bütün göstərilən çətinliklərə baxmayaraq Çinni həmin ticarəti davam etdirməyi və onu "bütün ədviyyatın gətirildiyi"Gilan əyalətini genişləndirməyi tövsiyyə edirdi (Cheinie recommended a continuance of Persian trade and its 106extension to the province Gihlan ,"All spices be brought").  
101Английские путешственники в Московском  государсве в XVI в225
102Yenə orada 
103Vaughn    E.V.English trading  Expeditions into Asia Under the Authirity of the  Muscovy  Compony .155
104Yenə orada
105Willian T.S.The Early History of Russia Company,


                                                                       34
Çinni sonralar tərtib etdiyi gündəliyində yazırdı ki, mənim şəxsi fikrimcə, belə səyahətləri davam etdirmək lazımdır , həmçinin bunu  indiyə qədər ticarət etmədiyimiz Gilan Krallığı ilə ticarəti davam etdirmək lazımdır. Qəzvin və Hörmüzə yaxın olan Gilanda hər cür ədviyyat mallar tapmaq olar.107Çinni burada ticarət təşkil etməyi lazım bilirdi, eyni zamanda xəbərdarlıq edirdi ki, buraya R.Censon kimi pozğun və sərxoşluqla məşğul olan adamlar göndərilməsin, çünki bu, bir tərəfdən ingilis tacirlərinin nüfuz və şöhrətini azaldır, ikinci tərəfdən isə belə adamlar göndərilsə  şirkət heç vaxt öz gəlirinin miqdarını müəyyən edə bilməyəcəkdir.108
106Willan T.S. The Early History of the Russia Company ,p.59.
107Английские путешественники в Московском Государсве в XVI в,129
108Yenə orada
                                         


                                            
                                                               35
                                                            II Fəsil
      İngiltərənin Səfəvilər dövləti ilə əlaqələrinin genişlənməsi
    a). Moskva Şirkətinin Azərbaycana üçüncü  və dördüncü ekspedisiyaları
 Artıq qeyd etdiyimiz kimi Azərbaycana göndərilən ilk ekspedisiyalar ingilis tacirləri üçün çox əhəmiyyətli oldu. Təkcə I ekspedisiya nəticəsində  40.000 livr dəyəri olan mal  aparılmış , lakin bunun bir hissəsi yolda kazaklar tərəfindən qarət edilmişdi. İngilis tarixçisi, professor Skott belə hesab edir ki , Rusiyaya ilk səyahət şirkətə xeyli ziyan vermişdir  ki, bu da İran ekspedisiyalarının gəlirləri hesabına ödənilmişdir.109
  Moskva şirkəti yaxşı başa düşürdü ki, Səfəvilər dövləti ilə ticarəti davam etdirməyə layiqdir.110
 İngilis tacirləri üçün cənub okean yoluna nisbətən Volqa-Xəzər ticarət yolunun üstünlükləri ondan ibarət idi ki, əvvəldən ingilislər bu yol vasitəsilə türklər , venesiyalılar, portuqaliyalılar , isveçlər , polyaklar, danimarkalılar və s. tərəfindən onlar  üçün qorxulu olan rəqabətə rast gəlmədən maneəsiz surətdə Rusiya və bir  sıra Şərq ölkələrinin zəngin bazarlarına daxil ola bilirdilər. İkincisi, bu yoldan istifadə etməklə , ingilislər özlərinə lazım olan şərq mallarını bilavasitə şərq tacirlərindən və yerli əhalidən daha ucuz qiymətə ala bilərdilər. Üçüncüsü, şimal yolu nisbətən daha qısa və daha təhlükəsiz idi.
109 Историе торговых сношений Росси  с Англией,с.125.
110Willan T.S.The Early History of the Russia Company,p.59.


                                                                        36
Nəhayət, dördüncüsü , bu, cənub okean yoluna nisbətən 2-3 dəfə ucuz başa gəlirdi.111.
    1565 –ci ilin yazında üçüncü ekspedisiyanın təşkili üçün hazırlığa başlandı. Bu işə şirkətin Moskvadakı agenti T.Qolver başçılıq edirdi. Bu ekspedisiyanın təşkili şirkətin fəaliyyətində yeni mərhələni təşkil edir. İndi şirkətin başlıca məqsədi  Səfəvilər dövləti ilə ticarət əlaqələrini genişləndirmək və müntəzəm qaydaya salmaq, bu ölkədə öz mövqelərini  möhkəmləndirmək idi.
 Əvvəlcə ekspedisiyaya başçılıq etmək Səfəvilər dövlətində agent vəzifəsinə təyin olunmuş Eduard Klarka tapşırlımışdır.112
Lakin Klark yola düşməzdən əvvəl qəflətn vəfat etdi və onu Riçard Conson əvəz etdi.113
A.Kitçin və şirkətin üzvü  A.Eduards bu ekspedisiyada şirkətin assistentləri kimi iştirak edirdilər.114
 Ekspedisiyanın iştirakçıları xüsusi olaraq Azərbaycan səyyahları üçün düzəldilmiş 30 tonluq kiçik gəmidə 1565-ci ilin may ayında Yaroslova gəldilər.115
Hələ III ekspedisiya yola düşməzdən əvvəl şirkətin idarə heyəti Volqa-Xəzər yolu ilə yük daşımaq üçün xüsusi gəmi qayrılması haqqında düşünürdü. Ekspedisiya iştirakçıarından biri olan A.Eduards 1565- ci ilin mayın 15-də Yaroslavda şirkətin idarə heyətinin katibi Tomas Nikolsun ünvanına göndərdiyi məktubda qeyd edirdi ki, şirkətin malını və yükünü daşımaq üçün qayrılmış 30 ton tutumu olan gəmi olduqca kiçikdir. Buna görə də Eduards 60 ton və daha çox tutumu olan gəmilər hazırlanması üçün Yaroslava gəmiqayırma ustaları göndərilməsini təklif edirdi.116
   111Шахмалиев Е.М.Об Англо-русских торговых противоречиях на Переднем Востоке II пол. XVI века ,"Учение записки",Аг,1958,№5,с.105
112Willian T.S.The Early History of the Russia Company,p.59.
113Vaughn E.V.English trading Expeditions Asia Under the Authority of the Musevy Company .p.156.
114Willian T.S. The Early History of the Russia Company ,p.60
115Английские путешественники в Московском государсве в XVI в,с.223.

                                                                       37
Onun fikrincə, beş gəminin hazırlanması çox faydalı olardı. Çünki Şirkətin öz malı az olduqca gəmi yerli tacirlərə xidmət edə bilərdi, yerli tacirlər onların yükünü daşımaq əvəzində fraxt verməyə həvəslə razılaşırdılar.117
  Eduards belə hesab edirdi ki, əgər gəmi qayrılardısa, şirkətin yol xərcləri xeyli azalar , xidmətçiləri və daşınan yükün təhlükəsizliyi xeyli təmin olunardı. Çünki  Eduardsın fikrncə , yerli gəmilər Xəzər dənizində üzmək üçün çox təhlükəsiz idilər.118 
Yaroslava yola düşərkən gəmidə ekspedisiya başçılarından əlavə 4 ingilis dənizçisi və 32 yük karzeya vardır.119 
 Beləliklə , 1565-ci ildə Səfəvilər dövlətinə Moskva şirkətinin növbəti , üçüncü ekspedisiyası başlamışdır. Bu, Artur Eduards və Aleksandr Kitçen daxil idi. Səyahət zamanı , oktyabrın 23-də xidmətçi Riçard Conson və dənizçi Riçard Devis həlak olmuşdur. Bu ekspedisiya əsasən, Artur Eduardsın şirkətin katibi Tomas Nikolsa 1565-ci il iyulun 26-da və 1566-cı il avqustun 8-də  ünvanladığı məktublarda ətraflı təsvir edilmişdir.
Bu ekspedisiyanın məqsədi artıq əsası qoyulmuş  İngiltərə -Səfəvi əlaqələrini genişləndirmək və ingilis tacirləri  üçün yeni imtiyaz fərmanları almaqla təhlükəsiz , güzəştli  ticarət mühiti  yaratmaqdan ibarət idi. Artur  Eduards bu haqda yazır:" ... Allahın köməkliyi ilə biz şahdan (Şah I Təhmasib – T.B) arzu olunan imtiyazları və fərmanları alacağıq.  ...Mən şübhə etmirəm ki , imtiyaz əldə olunarsa, biz rahatlıq əldə edəcək və tezliklə xam ipək və ipək məhsulları, hər növ ədviyyat ilə bərabər digər yerli mallar alıb –satan böyük firmaya çevriləcəyik."120
116Principal navigations.P.34
117Ynə orada
118 Yenə orada
119Willan T.S.The Eraly History of the Russia Company,p 60.


                                                                  38
Onlar həmçinin bu şəraitdə Səfəvilər dövlətinin sərhədləri hüdudunda ipəyin və digər şərq mallarının daha ucuz və keyfiyyətli olduğu yerlərə xüsusilə Gilan və Hörmüzlə ticarətə can atırdılar. Bunu Eduardsın məktubundan götürülmüş fikirlər "...Həştərxandan Gilan adlı vilayətə dənizlə 7-8 günə getmək olar. Zənnimcə, gələcəkdə ora getmək bizim xeyrimizə olacaq." Bir daha təsdiq edir. Sonra o, Gilanla ticarətin üstünlüklərindən bəhs edərək yazır: "...Orada kavasi çox ucuzdur. Şamaxıya onu Gilandan gətirib satırlar ki, burada bizim pulla 5 pens edir. ...Gilanda şirkətin mal ehtiyacını ödəmək üçün kifayət qədər xam ipək var. ...Oradan Qəzvinə dörd günlük yoldur."
   Sentyabrın 11-də Şamaxı şəhərinə gələn ingilis tacirlərini 17-də Şirvan hakimi Abdulla xan təmtəraqla qəbul etmişdir. Bu görüşlə Abdulla xan Şirvanda ingilis tacirlərinə işləmək üçün hər cür şərait yaradacağını, "...bizə ziyan vuran bir adam görsə, digərlərinə dərs olsun deyə onu cəzalandıracaq. Beləliklə, biz sakit yaşayacaq və şikayətlənməyə heç bir şey olmayacağını" bəyan etmişdir. O həmçinin tacirlərə ölkəsi ilə bağlı istəklərini və problemlərini yazılı şəkildə qeyd edərək ona verməyi tapşırmışdır. Fikrimizcə, bu təklifin reallaşacığı təqdirdə Abdulla xan İngilis tacirləri vasitəsilə onlara verdiyi imtiyaz fərmanlarına yerli məmurların necə riayət etməsini öyrənəcək, yaranacaq problemləri həll edəcək, həmçinin  ingilis tacirlərinə olan borcların yığılmasına da dəstək verə bilərdi. Eduards daha sonra yazır: "...Biz onu etməyə hazırlaşan zaman keçən oktyabrın 2-də Allah dostumuz kralın yer üzündə sürdüyü həyata son qoydu. Onun olmaması nəticəsində biz hələ də o vaxtdan bəri borclarımızı ala bilməmişik."121
120Английские путешственники в Московском государсве в в, с.224
   

   
                                                                  39
     Qeyd etmək lazımdır ki, 1549-cu ildən Şirvan bəylərbəyi olan Abdulla xan Ustaclı hakimiyyətə gəldikdən sonra özündən  qabaqkı bəylərbəyi Əlqas Mirzənin (I Təhməsibin qardaşı, Şah İsmayılın ikinci oğlu) tərəfindən qaldırılmış üsyanı yatırıldıqdan sonra Şimali Azərbaycanda qayda-qanun yaradıb mərkəzi hökumətlə əlaqəni gücləndirmişdir. Bununla yanaşı nüfuz qazanaraq ölkəni demək olar ki, müstəqil idarə etməyə başlamışdır. Onun İngiltərə dövlətinin ticarət şikətinə "öz adından" imtiyazlı fərman verməsi, Rusiya çarı İvan Qroznının yanına yenə öz adından elçilər göndərməsi və başqa faktlar bunu göstərir. Professor Süleyman Əliyarlı qeyd edir ki, ola bilsin bu faktların arxasında Abdulla xanın Şirvanı tam müstəqil dövlətə çevirmək istəməsi dururdu. Hər halda İngiltərə təbəəsi, inanılmış Antoni Cenkinsona "ən gizli ürək sirlərin" Moskva çarına bildirməyi tapşırması və oraya özünün yeni elçisini göndərməsi təsadüfi deyildi.122 Abdulla xan sözün əsl mənasında İngiltərə tacirlərinin Azərbaycanda fəaliyyət göstərməsi və bu əlaqələrin yaranmasında ən mühüm simalardan biri idi. Moskva şirkətinin xidmətçiləri onu özlərinə ən yaxın himayədar hesab edirdilər. Təsadüfi deyil ki, II ekspedisiya zamanı öldürülmüş Tomas Olkokun borclarından bəhs edən Artur Eduards yazır: "Tomas Olkokun borclarına gəlincə onları almağa heç bir ümidi yoxdur. Lakin onlar itirilməyə bilərdi, əlbəttə, əgər hökmdar sağ olsaydı. İnanırıq ki, onun yerinə Allah bizə onun qədər rəhmdil hökmdar göndərəcək.
121Yenə orada
122Azərbaycan tarixi üzrə qaynaqlar, tərtibçilər: S.S. Əliyarov, F. R. Mahmudov və b., s.223
  


    
                                                                    40
Deyilənlərə görə, etibarlı mənbədən verilən məlumata görə hökmdarın  Mirzə adlı oğlu olacaq.123
1566-cı il aprelin 29-da Moskva şirkətinin Səfəvilər dövlətinə gəlmiş III ekspedisiyanın üzvlərindən Artur Eduards Şah Təhmasib tərəfindən qəbul olunmuşdur. Bu görüşdə Şah tacirlərə imtiyaz fərmanlarını verəcəyini vəd etmiş, onlara İngiltərə, İngiltərə-Rusiya əlaqələri və beynəlxalq vəziyyət haqqında fikir mübadiləsi aparmışdır. Görüşün sonunda Şah öz katibinə tapşırmışdır ki, ona lazım olan malların, xüsusilə yaxşı tikilmiş London mahudunun hər növündən bir top gətirmək üçün siyahı hazırlasın. 
   Qeyd etmək lazımdır ki, həmin il iyunun 29-da Şah Təhmasib Artur Eduardsı yenidən qəbul etmiş və Moskva şirkətinə ünvanladığı yeni imtiyazlar fərmanını ona təqdim etmişdir. Artur Eduards bu görüş haqqında bəhs edərək yazır: "...Həmin gün mən arzu etdiyim kimi sizin üçün imtiyaz fərmanı aldım. Fərman möhürlü idi və Şahın imzası ilə təsdiqlənmişdi. ...Şah mənə dedi ki, aldığım fərmanda nə isə xoş gəlməsə, onları dəyişdirmək mümkün olacaq. Cavabımda mən ona təzim etdim və əlahəzrətə ən səmimi və xoş arzularımı yetirərək dedim ki, çox tez bir zamanda Ülyahəzrət kraliçamız bizə göstərdiyiniz xeyirxahlıq barədə biləcək."124
   Şah Təhmasibin yuxarıda göstərilən fərmanına əsasən ingilis tacirləri- ser Uliyam Harrard, ser Uliyam Çester, ser Tomas Lodc, cənab Antoni Cenkinson, cənab Tomas Nikols və Artur Eduardsa Səfəvilər dövləti ərazisində, o cümlədən Azərbaycan torpaqlarında aşağıdakı ticarət imtiyazları verildi:" 
123Англиские путешественники в Московском  государсве в ,XVI в,с.225
124Англиские путешественники в Московском государсве в XVI в,с.228
    


                                                                        41
  1. Onlara "şahın hakimiyyəti dövründə və gələcəkdə onun  varislərinin zamanında hər cür gömrük və rüsumlardan azad olunmaq hüququ bəxş edilir", ingilislər "ticarət məqsədilə , sərbəst surətdə , istədikləri adamların müşayəti ilə məmləkətin bütün şəhərlərinə , şahın bütün mülklərinə gedə bilər, istədikləri malları alıb –sata bilərlər."
  2. "İngilis tacirlərinin gedəcəyi və qalacağı bütün şəhərlərin baş canişinləri , yerli hakimləri və məhkəmə hakimləri onları himayə etməli , hər cür kömək göstərməli , arzuolunmaz adamlardan qorumalı, onlara hər hansı zərər vuran şəxsləri cəzalandırmalıdırlar."
   3. İngilislərdən "hər hansı məbləğdə pul almış şəxslər , kimliyindən asılı olmayaraq borcunu vaxtında ödəyə bilmədikdə məhkəməyə cəlb olunmalı və elə həmin gün də borcunu ödəməlidir."
   4.    "Kompaniya üzvlərinin icazəsi və razılığı olmadan heç bir kəs , mövqeyindən  və ad –sanından asılı olmayaraq  haqqını ödəmədən ingilislərdən hər hansı mal və hədiyyə almağa cəsarət göstərə bilməz."
  5. " İngilis tacirləridən və ya kompaniyanın xidmətçilərindən biri, hər hansı təsadüf üzündən , şahın tələblərindən kimsəni öldürərsə , bu işə görə şirkətin mallarına toxunulmamalı , təqsirkardan başqa heç kəs məsuliyyət daşımamalıdır; təqsirkar üzərində ədalət məhkəməsi qurulmalı , həm də hökmdarın xəbəri və icazəsi olmadan cəzalandırılmamalıdır."
   6. "Kompaniya üzvlərinin verdikləri və gələcəkdə verəcəkləri 
borc onlardan hər hansı birinə digərinin iştirakı olmadan , həm də sonuncunun sağ olub –olmamasından  asılı olmayaraq  ödənilməlidir."
    7."Heç kimin alınmış və satılmış hər hansı bir malı geri qaytarmağa haqqı yoxdur."
   8.    Kompaniyanın malları "dəniz sahilinə çıxarıldıqda  şahın təbəələri bu malların quru yolla daşınmasına kömək göstərməlidilər."125
        Artur  Eduards qeyd edir ki,"bu fərman dörd nüsxədə , ikisi isə mənim xahişim ilə sizə göndərmək üçün  türk dilində yazılmışdır. Nüsxələrdən birinin arxasında əlahəzrətin almaq istədiyi malların siyahısı verilib.126  Qəzvindən  Şamaxıya gələn Eduards  burada hökmdarın olmamasından , " ... hökmdarın yaxud rəhbərin olmaması ilə bağlı olaraq bu ölkədə işlər möhkəm deyil "ifadəsini işlədərək, buna görə də yaranmış qeyri –müəyyənlikdən şikayətlənir. " ... Rəhbər isə zənnimizcə,  Mirzə olacaq. Beş-altı gündən sonra biz bunu biləcəyik. Artıq vaxtdır, çünki adamlar talanmaq qorxusuna görə səfərə çıxmaq istəmirlər."    Belə şəraitdə onu daha çox narahat edən isə borclarını geri ala bilməməsi idi. Səyyah yazır : 
                                                             42


 "Əgər bura  rəhbər təyin olunsaydı, mən tezliklə sizin borclarınızı alardım , çünki onlar şah tərəfindən verilən imtiyaz fərmanına sayqısız yanaşmağa cürət etməzdilər." 127
       1568-1569-cu illərdə tərkibində Artur  Eduards  (artıq ikinci dəfə), Con Spark , Lorens Çepmen, Xristofor Fouset və Riçard  Pinqlın daxil olduğu ingilis tacirlər dəstəsi dördüncü dəfə  Azərbaycana gəldi. 
     Lorens Çeminin  1569-cu il aprelin 28-də Londona yazdığı məktubda yazır :" . . . 1568-ci ilin iyununda Yaroslavldan çıxaraq avqustun 14-də Sizin "Allahın mərhəməti 
125 Yaqub Mahmudlu. Azərbaycan diplomatiyası, s , 187
126Английские путешественники в Московском государсве в XVI в, с. 235
127Yenə orada, s.231

                                                                      43
  (Grace of God) gəmisində limana çıxdıq. ...Sentyabrın 1-də Şamaxıya çatdıq."128 Bir müddət sonra Artur Eduards, Con Çepmen malların böyük bir hissəsini götürərək Qəzvinə gedirlər. Xiristof Fouset və Riçard Pinql isə bir qisim malla "350 top karaze ilə" Şamaxıda qalır və belə hesab edirlər ki, ya orada ya da Ərşdə satmaq mümkün olacaqdır. 
   Qeyd etmək lazımdır ki, bu səfər zamanı Artur Eduards yenidən Şah Təhmasib tərəfindən qəbul edilmişdir. Görüşdə Şah ingilis tacirilə bir çox məsələlər, o cümlədən İngiltərə dövləti, onun adətləri, kraliçası və Rusiya ilə ticarət münasibətləri haqqında fikir mübadiləsi aparmışdır. Eduardsın onun ölkəsinə gəlməsinin əsas səbəbinin ticarət əlaqələri qurulması əmin olan Şah ondan Səfəvilər dövlətinə hansı malları gətirəcəklərini soruşmuşdur. Eduards isə cavabında "...venesiyalıların gətirdiyi mallardan" söyləmiş və venesiyalıların öz mallarını Londondan Venesiyaya, oradan isə Türkiyəyə, Suriyaya, Hələbə və Tripoliyə gətirdiklərini əlavə etmişdir. O, bununla da Şaha bildirmişdir ki, mallar yuxarıda sadalanan ölkələrdən, ikinci,  üçüncü əllərdən keçərək bir neçə dəfə gömrük rüsumuna mərəz qalır və nəhayət Səfəvilər dövlətinə daha baha qiymətə gətirilir. Artur Eduardsın peşəkarlıqlıqla aydın və məntiqli məlumatları Şah Təhmasibi maraqlandırmış və bu malların nədən ibarət olması barədə Eduardsa müraciət  etmiş , səyyah isə bu malların "...böyuk miqdarda karazendən , müxtəlif rəngli –qırmızı , bənövşəyi zərif    gətirilmələrini və öz yunları ilə qarışdıraraq zərif mahud istehsal etmələri haqqında geniş məlumat vermışdir. O, Şaha bildirmişdir ki, bu yolla İngiltərədən 200 min topdan çox mahud və karaze gətirilir. İngitərə tacirləri ilə ticarətin onun ölkəsi üçün üstünlükləri haqqında kifayət qədər məlumatlanan Şahın bu malları İngiltərədən Səfəvilər dövlətinə hansı vasitələrlə gətirməyin  mümkünlüyü barədə sualına Eduads "...Moskva ərazisindən , özü də Venesiya oradan isə Türkiyə vasitəsilə İrana (Səfəvilər dövlətinə T.B) gətirən venesiyalılara nisbətən çox təhlükəsiz və qısa müddət ərzində gətirmək olar. "Onlara bütün  bu işləri həyata keçirmək üçün Şahın imtiyaz fərmanına ehtiyac olduğunu əsaslandırmağa çalışan səyyah daha sonra demişdir: Məhz buna görə də əgər zati-ailələriniz bizə sizin məmləkətinizdə sərbəst gediş-gəliş üçün imtiyaz versə, həyatımızın , əmlak və mallarımızın təhlükəsizliyi təmin olunarsa, biz sizin ölkəyə bu və ya digər malları daha tez və ucuz gətirərik nəinki türklər”129    
128 Английские путешественники в Московском государсве в XVI в, с. 239 

                                                                   44                                                         


   Beləliklə, yenidən Eduardsın fəallığı sayəsində şah Təhmasib şirkətin nümayəndəsi Lorens Çepmenə ingilis tacirləri üçün yeni ticarət imtiyazları bağışladı.                                                                                       
Artur Eduardsın xəbər verdiyi kimi Lorens Çepmenə verilmiş imtiyazlarda belə bir maraqlı bənd də var imiş ki, əgər şirkətin qulluqçularından xristian olan kimsə öz etiqadını dəyişmək və islamı qəbul etmək istəsə, o, şirkət tərəfindən cəzalandırıla bilər. Eduardsın sözlərinə görə Səfəvilər dövlətində ingilislərin vəziyyəti o vaxtadək narahat və təhlükəli idi. Məsələn, əgər yadelli bir təsadüf üzündən "yerlini" öldürərdisə , öldürülənin əvəzinə iki nəfərin həyatı tələb edilirdi. Yadellinin borcu əvəzinə həmin millətdən olan bir adamı əmlakını mənimsəmək və digər sərbəstliklərə yol vermək olardı. Fərmanın əhəmiyyətindən bəhs edən səyyah daha qeyd edir ki, Sufi bizə müaliyim münasibət göstərməyənə və imtiyazlar verməyənə qədər yerli sakinlər ingilislərə pis rəftar edir və nifrət edərək əl belə toxunmurdular, onları kafir yaxud gavur-dinsiz , imansız adlandırırdılar.
129Английские путешесвенники в Московском государсве в XVI в,с.245
130 Yenə orada, c.245-247
b).Beşinci ekspedisiya; Səfəvilər dövlətində Moskva şirkətinin fəaliyyətində ən yüksək nöqtə.
       


                                                                   45
      Moskva şirkətinin Səfəvilər dövlətində öz mövqelərini getdikcə möhkəmləndiridiyi bir zamanda Rusiya ilə əlaqələri xeyli pisləşmiş, şirkətin əmlakı və hüquqları təhlükə qarşısında qalmışdı. Bir tərəfdən Narvada şirkətin öz xidmətçilərindən olan Rütter və Qloverin şəxsində ciddi rəqibləri meydana gəlmişdi. Bunlar şirkətin başqa xidmətçisi Çappelin vasitəsilə İngiltənin Almaniyada və Lübekdə ticarət ilə məşğul olan digər bir şirkətə mənsub olan  tacirlərlə bilavasitə əlaqəyə girmişdilər ki, bu da Moskva şirkətinin mövqeyini sarsıdırdı. Digər tərəfdən isə kraliça I Yelizavetanın açıq-aşkar siyasi ittifaq bağlamaqdan çəkinməyə çalışmasından narazı qalan çar IV İvan şirkətin rəqiblərinə himayəçilik göstərir və şirkətin bütün imtiyaz və üstünlüklərini əlindən almağa meyl edirdi. Rusiya ilə ticarətdən əldə etdiyi gəliri itirməkdən qorxuya düşən şirkət kraliçanın kömək göstərməsini xahiş edirdi. Bundan əlavə şirkətin Səfəvilər dövləti ilə əlaqələrini davam etdirməsi də bilavasitə Rusiya çarından İngiltərə tacirləri üçün çox əlverişli imtiyazlar ala bilmişdir, çünki hələ IV İvan İngiltərə ilə ittifaq bağlamaq ümidlərini itirməmişdi. 1569-cu ildə alınan bu imtiyazlar şirkətin Rusiyada ən yüksək nailiyyəti hesab edilir. Bu müqavilə şirkət üçün iki cəhətdən əhəmiyyətli idi: birincisi, ingilis tacirlərinə  bir sıra iqtisadi üstünlükləri , hüquqları və Rusiya dövlət orqanlarına münsibəti məsələləri həll olunurdu.
131любименко И.И.Исеории тоговых сношений Росси с Англией ,Юръев ,1912,
132Yenə orada
133Toлстой В.Первые  40 лет сношения Англии с Россиеи (1553- 1593),с.48
        

      
                                                                46
     Ekspedisiya 1569-cu ilin mayında yola düşməyə hazırlaşırdı, lakin onlar Randolf yeni imtiyazlarına qədər Rusiyada qaldılar. İngilislərin Tomas Benister və Ceffir Deketin başçılığı ilə 1569-cu ildən 1574cü ilə qədər Səfəvilər dövlətinə təşkil olunmuş beşinci ekspedisiya istər zaman, istərsə də ticarətin həcmi etibarı ilə Moskva şirkətinin fəaliyyətində ən əhəmiyyətlıi və ən yüksək nöqtə idi. Əgər o vaxta qədər ingilis tacirlərinin fəaliyyəti Azərbaycanın və İranın qonşu vilayətinin ərazisi ilə məhdudlaşırdısa, bu dəfə ekspedisiya üzvləri Cefir İran şəhəri Kaşana ticarət səfəri etdi. Bu ekspedisiya nəticəsində bir tərəfdən isə bu ticarətlə əlaqədar olan çətinliklər daha qabarıq şəkildə aşkara çıxdı. Belə ki, Həştərxana yaxınlaşarkən ekspedisiya Noqayların hücumuna məruz qaldı, xeyli vuruşmadan sonra ekspedisiya iştirakçıları təhlükədən qurtula bildilər. Daha sonra ekspedisiya iştirakçıları  Həştərxanda  xeyli ləngiməli oldu. Səfəri təsvir edən Layonel Plemtrinin məlumatına görə bu zaman 70 minə qədər türk və tatar qoşunları Həştərxanı mühasirə etmiş və yalnız 1569 –cu ilin oktyabrında geri çəkilmişdilər. Yalnız bundan sonra ekspedisiyanı davam etdirən ingilis tacirləri oktyabrın sonunda Bilbilə (indiki Bilgəh) çatdılar və oradan Şirvana yola düşdülər. Qışı Şamaxıda keçirən tacirlər oradan Ərdəbilə yollandı. Ərdəbildə beş –altı ay yaşayan tacirlər burada bir çox
134Английские путешественники в Московском государсве в в,с .250

                                                                     47
          Sövdələşmələr və alqı –satqı edirlər. Lakin onlar bu şəhərdə artıq qalmağı faydasız hesab edir, şəhərdə olan ticarət imkanlarından razı deyildilər. Onlar bunu şəhərdə tacirlərdən daha çox zadəganların yaşamasında , həmçinin şəhərdə olduqları zaman baş verən qanlı hadisələrlə əsaslandırırdılar.  135
Şah Təhmasib Ərdəbilə çapar göndərərək ingilis tacirlərini Qəzvinə dəvət etmişdir.    Ekspedisiya üzvü Cefri Deketin xəstə yatmağına baxmayaraq bu dəvətdən dərhal sonra Tomas Benister şahın qəbuluna gəlmişdir.  Layonel Plemtrinin  məlumatına görə Benisteri böyük ehtiram və xüsusi nəvazişlə qəbul edən şah onun bütün arzularını , biri istisna olmaqla yerinə yetirdi. Benster şahdan Səfəvilər dövlətinin ərazisindən Hindistana bir neçə at aparmağa icazə verməyi xahiş edəndə şah ona o qədər də izin vermək istəmişdir. Ancaq şah bunu  birbaşa rədd etməmiş , gələcəkdə müzakirə oluna biləcəyini söyləmişdir.137Lakin əslində Səfəvilər dövlətinin feodal və tacir  dairələri , istərsə də şah hökuməti şah İngiltərə tacirlərinin Hindistan və ticarəti ələ keçirmək təşəbbüsünə yol verə bilməzdi, çünki onlar özləri bu ticarətdə vasitəçilikdən böyük fayda götürürlər. Buna baxmayaraq ingilis tacirləri gizli şəkildə belə bir təşəbbüs etmək niyyətində idilər. Belə bir təşəbüsün baş tutması şirkətin ilk planlarının həyata keçirilməsi demək olardı. Bu vaxt Plemtri bir sıra Buxara tacirlərinin məsləhəti ilə səfər üçün hazırlıq görərək gizli surətdə Çinə yola düşən ekspedisiyaya qoşuldu. Lakin bundan xəbər tutan Şamaxı bəylərbəyi Araz bəy Sultan dərhal onun dalınca əlli nəfərdən ibarət atlı dəstə göndərmiş və geri qaytarmışdır.
135Аглийские путешественники московском государсве в в,с 250
136Yenə orada,c251
137Vaughn E.W.göstərilən əsəri ,p.177

                                                                       48
Qeyd etmək lazımdır ki, Plemtri bilavasitə şirkətin öz xidmətçisi Xemfri Qrinsell tərəfindən qaytarılmışdır, görünür, Qrinsell şahın narazılığından və bunun şirkət üçün verə biləcəyi nəticələrdən qorxurdu.
138Tomas Benstr Qəzvində altı ay qalandan sonra Təbrizə getmiş və burada xəstələndiyinə görə Ərdəbildə qalan Ceffri Deketlə görüşmüşdür. Qeyd etmək lazımdır ki , Deket Təbrizdə  iki il yarım yaşayaraq şirkətin gətirdiyi ingilis mallarını satmışdır.
Bundan sonra Tomas Benistr İngiltərə üçün aldığı malları göndərərək Təbrizdən Şamaxıya gəlmiş , malları yola saldıqdan sonra xam ipək almaq uçün Ərşə getmişdir. Lakin onlara bədbəxtlik baş verdi. Belə ki, Ərəşdə olan qeyri –sabit və isti hava, iylənmiş su və. s kimi səbəblərdən Tomas Benister, Loven Çepmen və onlarla birgə olan digər ingilislər vəfat etdilər.
139Bundan xəbər tutan Daket Təbrizdən Ərşə yollandı ki, gedib mallara yiyə dura bilsin, əks halda əgər mərhumun mallarına  sahib çıxacaq bir dostu və hər hansı bir tacir yoldaşı yoxdursa, o zaman əmlak Şahın ixtiyarına keçir. Deket Ərəşə gedənə qədər mallar əyyanlar tərəfindən qəsb edilmişdi və o şahın qəbulunda olaraq onların geri qaytarılması ilə bağlı fərman verilməsinə nail olmuşdu.
140 Sonra Deket Kaşana,"müstəsna şəkildə ticarətlə nəfəs alan"şəhərə getmək üçün Qəzvindən Şamaxıya qayıtmış və oradan özü ilə ticarət məqsədilə pul yükləmiş dörd qatır götürərək , yola düşmüşdü. Kaşanda ticarətin azlığından bəhs edən tacir bunun səbəbini ora Hind tacirlərinin gəlməsi ilə izah edərək buradan bir çox ipək parça növləri , o cümlədən müəyyən miqdarda ədviyyat aldıqlarını qeyd edir
138Vaughn E.W.göstərilən əsəri,p.122
139 Английские путкшесвенники В Московком государсве В XVI в,с 252
140Yenə orada


                                                                49
On gün Kaşanda qalandan sonra ingilis tacirləri Şamaxıya qayıtdılar və  bir sıra yerlərdə xam ipək və digər mallar almaq üçün dayandıqdan sonra, gəmilərinin dayandığı Şirvana (Sharavan) gəldilər. Onlar mallarını gəmilərinə yüklədikdən sonra, 1572 –ci il mayın 28 –də Həştərxana yola düşdülər.
Mayın 28-də dəniz küləkli olduğu üçün dayaz sularda lövbər salan ingilis tacirlərinin gəmisinə kazaklar tərəfindən təzyiqlər  edilir və gərgin döyüşdə qarətçilərin  onlara toxunmayacağına söz  verəndən sonra gəmini kazaklara təslim edirlər.   Kazaklar onlara iki gəmi qayığı verərək tələsik Həştərxana yola saldılar.  Həştərxana gələn Deket hökmdara müraciət edərək  onun kazaklara qarşı qüvvə göndərməsinə nail olur. Kazaklarla gərgin mübarizədən sonra tacirlər   mallarının bir hissəsini geri qaytarır , yaralı adamlarının sağalmasına görə iki ay Həştərxanda qalırlar141.
Bir qədər qüvvə topladıqdan sonra ingilis tacirlər kazaklardan geri qaytardıqları mallarla birlikdə İngiltərəyə getmək üçün Yaroslava doğru yola düşdülər.
Qeyd etmək lazımdır ki , bu vaxt Moskva şirkəti yenidən ciddi çətinlik qarşısında qalmışdı. Siyasi ittifaq bağlamaq ümidi ilə 1569 –cu ildə ingilislərə geniş imtiyazlar ləğv etmişdi. Məlum olduğu kimi 1571 –ci ilin iyun ayında şirkətin tacirləri öz mallarının bir hissəsini Həştərxana yola salmışdı. Həmin mallar burada çar məmurları tərəfindən saxlanılmış və bunlardan xeyli gömrük haqqı alınmışdı. Bundan əlavə çarın məmurları gəmilərin geri qayıdıb qalan malları gətirilməsinə icazə vermədilər. Buna cavab olaraq kraliça I Yelizaveta Antoni Cenkinsonu yenidən Rusiyaya göndərdi.
141Ангийские путешественники В Московском государсве В В,с.253
142    willan T.S.The Earlu Historu of the Russia Componu .1553-1603.,p.146

                                                                        50
I Yelizavetanın çara ünvanlanmış məktubunda göstərilirdi ki , ingilis tacirləri Həştərxanda çarın kapitanları tərəfindən ləngidilir ki, bu da həmin tacirlərə böyük ziyan verir. Daha sonra kraliça yazırdı ki, "...yaxınlarda bizim Şamaxıdan gəlmiş tacirlərə əlahəzrətin alıcıları pis münasibət göstərmiş , Qazanda, Həştərxanda və başqa yerlərdə öz malları üçün , onun bir hisəsini satmadıqları halda gömrük verməyə məcbur olmuşlar."
Qeyd etmək lazımdr ki, əvvəlcədən hazırlanmış plana görə 1571- ci ilin yazında Səfəvilər dövlətindən qayıtmalı idilər, lakin Rusiyada yaranmış vəziyyət 1571 və 1572 – ci illərdə buna imkan vermədi. Şirkətin tacirlərini qarşılamaq üçün göndərilən Vilyam Smit xəbər verirdi ki, şirkətə məxsus olan malları çarın məmurları özlərinə götürmüşlər.
143Willian  T.S. The Earlu Historu of the Russia Compani. 1553-1603.p.146
144Vaughn E.W.Göstərilən əsəriş. P. 178
                                      

                                                                 51
                                                           III Fəsil
1579-1581- ci ilər ekspedisiyası və İngiltərənin
Səfəvilər dövlətilə ticarət əlaqədar kəsilməsi
             Moskva şirkətinin nümayəndələrinin Səfəvilər dövlətinə beşinci ekspedisiyası 1568-1574 cü illəri əhatə edir. Bundan sonrakı beş il ərzində şirkət tərəfindən Azərbaycana ticarət ekspedisiyaları təşkil olunmurdu. Bunun əsas səbəbi isə hər iki ölkənin daxilində cərəyan edən siyasi proseslər idi.
Səfəvilər dövləti ilə Türkiyə arasında kiçik fasilələrlə davam edən müharibələr bir tərəfdən ölkəni var-yoxdan çıxarır, digər tərəfdən isə ölkə  daxilində qeyri sabit vəziyyət  yaradırdı. 1576-cı ildə şah Təhmasibin ölümü ölkədə siyasi vəziyyəti daha da mürəkkəbləşdirdi, feodal çəkişmələrini gücləndirirdi. 1576-1581-ci ildə Təhmasibin üç oğlu şahlıq taxtında bir-birini əvəz etmişdi. Bundan isdifadə edən Türkiyə  Zaqafqaziyanı və Qafqazın xeyli hissəsini ələ keçirdi. Əlbəttə, belə vəziyyət heç də ticarət əlaqələri üçün əlverişli deyildi. İngiltərənin özündə də siyasi vəziyyət pis idi, İspaniya ilə mübarizə getdikcə gərginləşirdi.
1576-1577 və 1578-  ci ildə Frobişerin şimal- qərb  istiqamətində yeni ticarət yolu açmaq təşəbbusü də diqqəti Səfəvilər dövləti ilə ticarətdən yayındırmamışdı. Lakin Moskva şirkəti Azərbaycanla ticarətdən əl çəkmək fikrində deyildi və bunun üçün əlverişli şərait gözləyirdi.
145Vauqhn E.V.Göstərilən əsəri ,p.186-187


                                                                 52


         Digər tərəfdən şimal-qərb istiqamətində Frobişerin təşəbbüslərinin uğursuzluğu Moskva şirkətini Səfəvilər dövləti ilə ticarəti bərpa etmək səylərini gücləndirdi.
1579-1581-ci ildə həyata keçirilmiş bu altıncı ekspedisiya bir tərəfdən Moskva şirkətinin İngiltərə hökuməti ilə sıx əlaqədə olduğunu, digər tərəfdən isə bu ticarətlə İngiltərənin təkcə   ticarət mənfəəti deyil , başqa ciddi niyyətlərinin də olduğunu göstərir. Bu ekspedisiyanın təşkilində kraliça I Yelizaveta fəal iştirak etdi.
Beşinci ekspediyadan keçən müddət ərzində Moskva şirkətinin maliyyə vəziyyətinin xeyli pisləşməsi ilə əlaqədar olaraq kraliça yanında İngiltərə gizli şurası şirkətin işlərini qaydaya salmaq üçün xüsusi komissiya təyin etmişdi.
1579-cu ildə başlanan ekspedisiya Artur Euardes, Ullyam Ternbul, Mətvey  Teylboys və Petr Harrarda tapşırılmışdı.  Ekspedisiya iştirakçıları
Səfəvilər Şahına kraliça Yelizavetanın məktubunu apardılar. Bu səfərdə
Boyaqçı Morqon Hubblethorn da iştirak edirdi. O, Səfəvilər dövlətində boyaqçılıq işini öyrənməli idi.
1579 -cu il iyunun  19 - da ekspedisiya iştirakçıları İngiltərəni tərk edib  həmin il iyulun 22-də Rusiyanın müqəddəs Nikolay limanına , oktyabrın 16-da isə Həştərxana çatdılar. Burada Həştərxan valisi V.F.Şelepin ekspedisiya başçılarını nahara dəvət etdi və Səfəvilər dövlətində baş verən hadisələr haqqında onlara məlumat verdi. Məlum oldu ki , Krım tatarlarının köməyi ilə türklər Azərbaycanın çox hissəsini ələ keçirmişlər və burada hərcmərclik hökm sürür. Bu məlumat və həm də qışın yaxınlaşması ilə əlaqədar olaraq ingilis tacirləri Həştərxana keçirmək və bu müddət ərzində Azərbaycanda  vəziyyəti daha dərindən öyrənməyi qərara aldılar.
146Yenə orada
147Английские путешественники В Московском  госудасве в xvı В,Пер-сан Ю.В.Гогъе. Л,1937,с. 262.


                                                              53

                                                                
  1580 –сı ilin aprel ayında ekspedisiya başçıları qərara gəldilər ki, Artur Eduards malların yarısı ilə Həştərxanda qalsın , qalan üç faktor isə malların digər yarısı ilə Xəzər dənizi vasitəsilə "Midiya "sahilinə səyahətə çıxsın. Şirvan əyalətində sərbəst ticarət mümkün olmadıqda faktorlar cənuba-Gilan əyalətinə hərəkət etməli idilər.
Eyni zamanda yaranmış vəziyyət haqqında İngiltərəyə məlumat vermək və Səfəvilər dövləti ilə ticarət üçün göndərilə biləcək mallar Rusiyada saxlanılma məqsədilə şirkətin xidmətçiləri Amos Rayyal və Antoni Marş geri-Yaroslavla göndərildi.
1580-ci il mayın 2-də ekspedisiya Həştərxandan yola düşdü və mayın 27-də Bildih (Bakı yaxınlığında-indiki Bilgəh kəndi) limanına çatdı. Burada ingilis tacirləri Şirvanı işğal etmiş Osman paşanın nümayəndələri tərəfindən qarşılandı. Paşa ilə şəxsən danışıqlar aparmaq məqsədilə faktorlar öz xidmətçilərdən birini-Robert Qoldinqi Bakıya göndərdilər. Bakı şəhərinin rəisi yaxşı qarşıladı və paşaya təqdim etmək üçün ona dostcasına yazılmış məktub verdi, eyni zamanda Dərbənd ingilis tacirlərini müşaiət etmək üçün xüsusi dəstə ayırdı. X.Berrounun verdiyi məlumata əsasən Osman paşa ingilisləri xoş qarşılamış və hətta Ternbulla 100 marka dəyərində gözəl at bağışlamışdı.
Paşa ilə aparılan danışıqlar zamanı ingilis tacirləri intiyazlar haqqında fərman verməyi xahiş etdilər. Osman paşa belə bir fərmana razılıq verdi, lakin bildirdi ki, ölkədə qarışıqlıq olduğundan, malların Dərbənddən gətirilməsi daha məqsədə uyğundur.
148Английски путешественникт в Москлвском государсве в XVI в, с. 262-263
149Yenə orada, 269
150Английские путешественники в Московском государсве в в, с. 277

                                                                  54

                                                                       
Paşanın ingilis tacirlərinə xeyirxah münasibəti ondan irəli gəlirdi ki, əvvəllər Dərbənddə əsas ticarət malı olan xam ipəyin çox hissəsini paşa ucuz qiymətə ələ keçirir, digər tərəfdən isə ölkədən tez-tez vergi şəklində xam ipək toplayırdı.
Bundan sonra şirkətin təmsilcisi Tomas Hedspn gəmini gətimək üçün Bakıya göndərildi. Gəmi Dərbəndə gəldikdən sonra onun yükü boşaldıldı və paşa hər 25 top parçadan gömrük haqqı olaraq 1 top özünə götürdü. Qalan malın bir hissəsi tez satılmaq üçün Bakıya göndərildi. Yerli qayıqla göndərilmiş bu malın qiyməti 1000 f. st. idi və onu satılması şirkətin xidmətlərindən Uilyam Uinkoll, Robert Qoldinq və Riçard Relfə tapşırılmışdı. Bakıda ticarət o qədər də yaxşı getmirdi. Ona görə də R. Qoldinq Şamaxıda vəziyyəti öyrənməyə təşəbbüs etdi, lakin bu təşəbbüs uğursuzluqla nəticələndi və geri qayıdarkən Qoldinq soyğunçuların hücumuna məruz qaldı.
İngilislərin öz gəmisi çürüdüyündən Həştərxana qayıtmaq üçün əlverişli deyildi və buna görə də bir erməni tacirlə ondan gəmi aldılar. Yola düşməyə hazırlaşarkən tufan nəticəsində həmin qayaya toxunub parçalandı. Gəmidə olan adamlar və malların bir hissəsi xilas edildi, lakin ticarətdən əldə edilən qızılın saxlandığı qutu suya düşdü . Bundan əlavə edilən satılmış  xeyli mahud da itirildi.
151Yenə orada
152willan P.S.The Early History of  the Russia Company.1553-1603.ManchManchestr 1956 p. 152
153Aнглийские путешественники В    Московском государсве В XVI в,с. 175
154Yenə orada


                                                       55

                                                            
Paşaya verilən mallar əvəzində 1000 batman ipək alınmışdı. Cəmi bu ekspedisiya nəticəsində 48 qab (yük)xam ipək alınmışdı ki, bu da 1495 batman təşkil edirdi155. 
1580-ci oktyabrın 3- də Dərbənddən   yola düşərkən ekspedisiya başçıları Bakıdakı xidmətçilərini orada  saxlamağı nəzərdə tutaraq himayəçilik göstərməyi Osman Paşadan Xahiş etdilər. Lakin bu vaxt gəminin fəlakətə uğraması xəbəri alındı və onlar Bakıya tərəf yola düşdülər. Nəhayət, fəlakətə uğrayanları da gəmilərinə götürüb oktyabrın 16-da Həştərxana hərəkət etdilər. Buzlaşma və noqayların basqınları ilə əlaqədar olaraq xeyli çətinliklərdən sonra ingilislər dekabrın 4-də Həştərxana
çatdılar. Qışı Həştərxanda  keçirdikdən sonra 1581 –ci il aprelin 9 –da ingilis tacirləri öz ölkələrinə yola düşdülər. Qalan malları satmaq üçün A.Rayyal, U.Uinkol və R.Relf Həştərxanda saxlandılar. Nəhayət ,1581-ci ilin sentyabrında İngiltərə tacirlərini Rusiya vasitəsilə Azərbaycana altıncı və eyni zamanda XVI əsrdə sonuncu səyahəti başa çatdı.
Ekspedisiyanın nəticələri haqqında rəylər olduqca müxtəlifdir. İngiltərə tarixçisi Skottun fikrincə, axırıncı ekspedisiya şirkət üzvlərinə 106 faiz qazanc gətirmişdi. Lakin Villanın Skott faktları düzgün başa düşməmiş və Bernardo de Mendoxanın məlumatlarını təhtif etmişdir. Mendoxaya görə bu ekspedisiya nəticəsində şirkət öz kapitalını bərpa etmiş və əlavə olaraq 6 faiz qazanc götürmüşdür.
Azərbaycanla ticarət Moskva şirkəti üçün olduqca mənfəətli idi və sonuncu ekspedisiya ərəfəsində də öz müasirləri arasında bu mövqe geniş yayılmışdı. İngiltərə hakim dairələrinin nümayəndəsi qraf Leyster 1574-cü il dekabrın 6-da qraf Şryusberiyə yazırdı: "Cənab çox təəsüf edirəm ki, mən səyyar tacir deyiləm.
155 Английские путешесетвенники в московском государсве в XVI в,р. 276
156willan P.S.The Early History of the Russia Company. 1553- 1603.p. 155


                                                              56

                                                         
Mənim lordum , mən qəti əminəm ki, bu sahədə Drayk və başqaları tərəfindən edilən səyahətlərdən daha yaxşı səyahət təşkil etmək olar... Sizi inandırıram ki , əgər mənim kisəmdə
10 000 f.st olsaydı , onu hər qəpiyini bu işə qoyardım. "Ümumiyyətlə, Azərbaycanla ticarətin mənfəətli olduğunu belə bir fakt sübut edir ki, 1581 – ci ildən sonra İngiltərə dəfələrlə bu ticarəti yenidən bərpa etməyə təşəbbüs göstərmişdi.
1588-ci ildə kraliça I Yelizaveta tərəfindən Rusiyaya göndərilmiş Cils Feletçerin əsas  tələblərindən biri ondan ibarət idi ki , çar IV İvan "İrana"şirkət üzvlərindən və dövlət səfirlərindən başqa heç kimin getməsinə icazə verməsin. 1591-ci ildə şirkətin idarə heyəti Xristofer Holma göstəriş vermişdi ki, gələcək  "İran" səyahətləri üçün lazım ola biləcək silahları qaydaya salsın , bu səyahətlər ya sonrakı il bərpa edilmədi, ya da "yaxşı zamanlara qədər" təxirə salınmalı idi.1581600, 1602, 1604-cü illərdə Rusiyaya göndərilən səfirliklərin də  əsas məqsədlərindən biri "İran" ticarətini bərpa etmək idi. 1613 –cü ildə Henri Hevill bu məsələ haqqında gizli şura ilə məsləhətləşmiş və xüsusi layihə irəli sürmüşdü. 159Maraqlıdır ki, hətta 1697 –ci ildə , yəni İngiltərə tacirləri Rusiyada öz imtiyazlarını   bütünlüklə itirdikdən sonra da İngiltərə ticarət və müstəmləkə komitəsi həmin məsələni müzakirə etmiş və keçmiş zamanın ən mühüm imtiyazlarından biri kimi İranda azad ticarətin bərpa olunmasını arzu etmişdi.
157Английские путешественники в московском государсве в в,276
158Willan T.S.The Early History of the Russia Company.1553-1603.p.157
159Vaguhn E. V. Göstərilən əsəri , p.193
160  Yenə orada.

                                               


                                                57
                                                 Nəticə:
XVI əsrin ikinci yarısında İngiltərə ilə Səfəvilər dövləti arasında ticarət əlaqələrinin dayandırılmasının müxtəlif səbəbləri vardı. Biz bunlardan ən mühümləri haqqında bəhs edəcəyik.
Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında baş verən müharibələrdə Azərbaycan əsas döyüş meydanına çevrilmişdi.  Onun ərazisi dəfələrlə əldən -ələ keçir və var yoxdan çıxarılırdı. Xüsusilə, 1578-ci ildə Şamaxı , Bakı və Dərbəndin türklər tərəfindən işğal olunması vəziyyəti daha da ağırlaşdırdı. Moskva şirkətinin nümayəndəsi X.Berrou yazırdı ki, Şamaxı elə dağılmışdı ki, orada heç bir canlı və əmlak qalmamışdır, yollar əslində silahlı quldur dəstələrinin əlindədir və olduqca  qorxuludur.
161Türk işğalı Azərbaycan iqtisadiyyatına ağır zərbə vurmuşdur. Berronun yazdığına görə  burada xam ipəkdən başqa heç bir mal almaq mümkün deyildi, ipəyi də yalnız türk paşasından almaq olurdu.
162Bu da Şirkətin qazancını xeyli azaldırdı.
Türkiyə hakimiyyətinin Xəzər dənizi sahillərinə yayılması ingilis tacirlərini əməliyyat bazarlarından məhrum etdi,
1580- ci il ekspedisiyasına mane olurdu və İngiltərə ilə "İran "arasında əlaqələr xəttini  kəsdi,163doğrudan da, son  ekspedisiyada ingilis tacirləri hər vəclə bu səddi keçə bilmədilər.
164 Villanın yazdığı kimi "tezliklə İranla Türkiyə arasında başlanan müharibələr...londonluların bu tərifəlayiq işlərini dayandırdı".164
         1588-ci ildə "Məğlubedilməz Armadanın "ingilis donaması tərəfindən darmadağın edilməsindən sonra İngiltərənin İspaniya kimi ən qüdrətli rəqibi aradan çıxdı, dənizlərdə ağalıq İngiltərənin əlinə keçdi və beləliklə, XVI əsrin sonlarında  cənub- şərq və cənub –qərb istiqamətində fəaliyyət göstərmək üçün geniş imkanlar yarandı. Təsadüfi deyil ki, müstəmləkə imperiyasının əsasını qoymuş məhşur Ost –Hind şirkəti XVII əsrin başlanğıcında yaranmışdı. Ona görə də İngiltərə indi Hindistanla ticarətə daha çox fikir verirdi.
Moskva şirkətinin hüquq və imtiyazları çox vaxt onun üzvləri tərəfindən pozulurdu. Fərdi ticarətçilər, xüsusən,  Narva ticarətində böyük uğurlar qazanmışdılar. Çox hallarda şirkətə daxil olmayan İngiltərə tacirləri gizli olaraq Rusiya və Azərbaycanda ticarətlə məşğul olurdular. Bu rəqabətin qarşısını almaq məqsədilə şirkət dəfələrlə Gizli Şuraya müraciət etmişdi. 
                                                               58
1563- cü il ekspedisiyasının iştirakçısı P.Çininin məlumatına görə o, Şamaxıdan qayıtdıqdan sonra pulları Moskvadakı baş agent T.Qloverə təhvil verərkən məlum olmuşdur ki, satılan malların xeyli hissəsi şirkətin deyil ayrı-ayrı şəxslərindir, həm də bu malların bütün daşınma və satılma xərcləri şirkətin üzərinə düşmüşdü.
İki ölkə arasındakı ticarət əlaqələrinin kəsilməsindən danışarkən burada şimal-şərq və Volqa –Xəzər ticarət yolunun çətinliklərini nəzərdə tutmaq lazımdır. İngiltərə ilə Azərbaycan arasında ticarət yolu olduqca uzun və təhlükəli idi. Demək olar ki, hər il gəmilərin fəlakətə uğraması halları baş verirdi.
161Англискайа  путашественники в Московском государсве в в, с.171
162 Yenə orada
163 Vaughn E.V.Göstərilən əsəri  ,p.105
            164Willan T.S.The Early History of the Russia Company.1553-1603.,p.153.
165Yenə orada

                                                             59

Gəmilərin fəlakətə uğraması halları baş verirdi. Volqa –Xəzər su yolunda isə ingilis tacirləri tez-tez basqınlara məruz qalırdılar. Səfəvilər dövləti daxilində də ticarətlə məşğul olmaq xeyli təhlükəli idi. Bəzən Şahın ingilis tacirlərinə verdiyi  imtiyazlar yerlərdə pozulurdu. Nəhayət, bu münasibətlərin kəsilməsinin ən əsas səbəbi mərkəzləşmiş Rus dövlətinin  İngiltərənin Şərqə irəliləməsinə qarşı yeritdiyi siyasət idi. İngiltərə ilə Rusiya arasında şimal-qərb vasitəsilə ticarət münasibətləri yarandığı  ilkin zamanlarda Rus dövləti bu yolla Avropa ölkələri ilə müntəzəm əlaqə saxlaya bilərdi. Digər tərəfdən isə Baltik sahili uğrunda mübarizədə Rusiya özünə müttəfiq axtarırdı.
                                                       Ədəbiyyat
1.Gerson A.J.The Orqanization and Early History of the Moskow Company.N-Y.1912.
2.Vauqhn E.V.English trading Expeditions into Asia under the authority of the Moscow Company.N-J.,1912
3.Willan T.S.The Early History of Russia Company.(1553-1603)Manchester,1956.
4.Scott  W.R.The Constitution and fiance of English ,Scottish and Irısh joint –sock  compaines to 1720.v.1-2 .N-y-1951
5.Christoper Haigh.The Cambridqe historikal encyclopedia  of Great Britain and Ireland.Cambidqe 2000.
6.Любименко И.И.История торговх сношений России с Англией,Юръев,1912.
7.Любименко И.И.Английслая Торговая компания в России в .XVI в.-"Историеское обозрение",т-16
8.Толстой Т-Ю.Первые 40 кет сношений Англии с Россией (1553-1593),Cпб,1876.
9.Туманович Н.Н.Европейские дерпсавы в Персидском заливе в XVI вв. М.,1982
10.Черкашино Н.П. История Московской Торговох компану  в XVI-XVII вв.М,,1953.

                                                                60
11.Шамхалиев Э-М.Из истори торговй политики Европейские дпсав на Аереднем Востоке в XVI в Афтор .докт-дис.Баку,1958
12.Шамхалиев Э-М.Англо –Венеуианские торговие противореуия на Переднем  Востокое во второй половине XVI в.-Учену записки АГУ им С.М.Кирова.№12,1957.
Ученые записки  АГУ им С.М.Кирова.№12,1957.
13.Шамхалиев Ə. M. Об ангол –испанских претивореуиях на Пердна востокое в 80-90гг XVI и первой четверки.
14.Шамхалиев Э-М.Об англо –русских торговых противореуиях на Передном  Востоке второй пол. XVI.-Ученые Записки АГУ им.С.М-КИРОВА,№15,1958.
15.Пнтешественники  об Азербайджане, Сост,З.И.Ямпольский.  Т-с.Баку.1961
16.Махмудов j.M. сяйяхлар Азербайчана кэлир.Баку .1977.
17.Махмудов  Ж.М. Одлар йурдуна сэйэхэет.Бакы.1980.
18.Махмудов Ж-М Сяйяхлар ,кэлирлэр Азэрбайджана.Баку,1985.
19Махмудов Ж-М Азербайджан дипломатиясы.Баку ,1996.
20.Махмудов  Я-М.Взамиеетпашэния государств Аккоюнлу и Сефевидов с западноевропайскии государстваии. ("половина XV – начало XVII вв). Баку, 1991
21.  Ахмэдов Б.А.Тэтъя Тэтъя Зэспэдисия англиган в государство  Сэфэвидов (1561-1572)-Ученые записки  АГУ.№8 Баку ,1966.
22.Ахмедов Б.А. Зкспедисия 1579-1581 гг ипричинъ прекрашения торговых  сношений мепсуд Англией и Азербайджаном Ученые  запски АГУ № 3, Баку, 1967.
23. Ахмедов Б. А. Из истории торговых сношении Англии с государсвом Сефевидов. (и пол – XVI века) Автор. Канл. Дис. Баку, 1967.
24. Азербайджан тарихи. С. С. Елийар ред. Алтында. Бакы, 1996.
25. Азербайджан тарихт. 7-чилдде. III ч. Бакы, 2000.
26. Азербайджан тарижт узре гайнаглар. Тертипчилер. С. С. Елийарлы, Ф.Р. Махмулов, Бакы, 1989.
27. Ефендийев. О. А. Азербайчан. Сефевилер довлети. Бакы, 1993.
28. Ефнндиев О. А. Азербайджанспос государство Сефевидов. Баку, 1981.
                                                                  61
29. Онуилахи С. М. XIII-XVII есрлерде Тебриз шехеринин тарихи. Бакы, 1982.
30. Ашурбейли С. Б. Государство Ширваншахов. Баку, 1983.
31. Ашубейли С. Б. История города Баку. – Баку, 1992.
32. Гейдеров  М.Х. Города  и городское ремесло Азербайджана XVI-XVII вв.Баку,1982.
33.Гасанзаде Д.Г.Англо-Сефевидске атношения в копйе XVI-начале XVII вв.Баку ,1991.
34.Мугалинский Р.А. Азербайджане государства XVI-XVII вв Английкой историографии (Авто Канд –дис.)Баку,1997.

                                                        
Novruzov Kərim,

BDU-nın məzunu, tarixçi