Bu mənim ustadım Firuz müəllimdi
İdmanla ucaldır bayrağı göyə,
Bayraq qarşısında baş əyə-əyə.
Sevinci sığmayır kiçik ürəyə,
Bu mənim ustadım Firuz müəllimdi.
******
Can-başla öyrədir gələn hər kəsi,
İdmana həvəsi olan hər kəsi.
Yayılıb hər yana ustadın səsi,
Bu mənim ustadım Firuz müəllimdi.
******
Neçə yetirməsi ad qazanıbdı,
Yanar bir ocaqdan od qazanıbdı.
O,öz ustadını doğma sanıbdı,
Bu mənim ustadım Firuz müəllimdi.
******
Gününün mənası idmandı onun,
İdmansız həyatın görməyir sonun.
Dərmanı idmandı,inan ki, onun,
Bu mənim ustadım Firuz müəllimdi.
******
Öyrədir fəndləri yetirməsinə,
Yaxşılıq öyrədir, gətirir dinə.
İdmanla yüksəlir,çəkilir önə,
Bu mənim ustadım Firuz müəllimdi.
******
Boks üzrə ustadım Firuz müəllimə həsr edirəm.
Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.


Bakı -°C

