adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2025 12:53
55
ƏDƏBİYYAT
A- A+

MƏN GÖRMƏMİŞƏM

(Hekayə)

Qapı açıldı. İki cavan oğlan otağa daxil oldu. Onlardan biri dedi:

-Arayış almağa gəlmişik.

Xudayar soruşdu:

-Nə arayış?

-Əsəd müəllimin inəyin ilan çalıb.

Arayış istəyirik ki, daha ondan vergi tutulmasın.

Xudayar fikrə getdi. Onu bu vəzifəyə müvəqqəti təyin etmişdilər.

Qəbulda sədr demişdi:

Rayonumuzda ilan çoxalıb. Sizin tərəfdədə ilan var?

Xudayar demişdi:

-Bizim tərəfdə ilanın olduğunu görməmişəm.

-Lap yaxşı çalış ilan olmasın.

Xudayar rəhbərliyin otağından çıxmışdı. İndi Xudayar dörd kəndə rəhbərlik edəcəkdi. O, düşünürdü, “Yəqin ona minik maşını da verəcəklər”.

Böyük vəzifələrdə işləyən adamlar kimi maşının arxa hissəsində əyləşəcək.

Bu kəndlərdə mal-qaraları   qızlar yox, oğlanlar otarmağa aparırlar. Səməd müəllimin oğlu olmadığına görə növbə ilə mal-qaralarını otarmağa aparan cavan oğlanlar müəllimin inəyinidə aparırlar.

Xudayar bildirdi:

-Mən arayış verə bilmərəm.

-Niyə?

-Çünki, bizim otaqlıqda  ilanın olduğunu görməmişəm...

-Biz yalan deyirik?

-Dedim, mən ilan olduğunu görməmişəm.

Mübahisə eləmək yersiz idi. Cavanlar otaqdan çıxdılar.

...Aradan bir neçə gün keçmişdi. Xudayarı mərkəzə çağırmışdılar.

“Yəqin məni dayimi işlə təmin edəcəklər”

Rəhbərliyin otağında çoxlu adam vardı. Sədr əsəbi idi. O, tərs-tərs Xudayara baxdı. Əli ilə otaqdakılardan bir neçəsini göstərdi.

-Komissiyanın üzvləridir. Sizin otlaqlıqda yoxlama aparıblar. Sən deyirdin ki, bizim otlaqlıqda ilan yoxdur. Amma belə deyil. Səməd müəllimin inəyini ilan çaldığına görə burada basdırılıb. İndi sənin yalanına inanaq, yoxsa bunların doğru sözünə?

Xudayarın rəngi ağardı.

-Səni müvəqqəti işə götürdük ki, özünü yaxşı işçi kimi göstərəsən.

Sən isə...

Rəhbərlik bir müddət susdu.

-Görünür, səhv etmişik. İşdən azadsan. Bizə yalançı danışan adam lazım deyil.Xudayar nə deyəcəyini bilmədi. Otaqda o, artıq adam idi. Otaqdan çıxdı.

Həyat yoldaşı  tərs-tərs ona baxdı.

-İndiyə kimi harda idin? Bəs deyirdin otaqda ilan yoxdur. İlan inəyimizi çalıb. Yalan ayaq tutar yeriməz. Xudayar deməyə söz tapmadı.

ZAKİR BAĞIR