adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2025 13:45
76
DÜNYA
A- A+

Türkiyədən təyyarə qəzası ilə bağlı AÇIQLAMA

Noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində C-130 hərbi yük təyyarəsinin qəzaya uğradığı yerdə tədqiqatlar başa çatıb. 

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb. 

Qeyd olunub ki, araşdırmanı aparan komanda ölkəyə qayıdıb: "Qrupumuz noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C-130 hərbi yük təyyarəmizin qalıqları ilə bağlı araşdırmalarını tamamladıqdan sonra Türkiyəyə qayıdıb. Qalıqların Kayseridəki 2-ci Əsas Baxım Zavod Müdirliyimizə daşınması davam edir".