“Kremlin Trampın planına münasibət bildirməməsi Kiyevin işinə yarayacaq...”
“Vaşinqtonun hazırladığı 28 maddəlik sülh planını qəbul etdirmək üçün Ukraynaya təzyiqi artırdığı xəbəri yayılıb. Ukrayna Prezidenti Volodimir Zelenski yenə çətin vəziyyətdədir. Plan Ukraynanın maraqlarını nəzərə almır, Ağ Ev Kiyevi faktiki Rusiya qarşısında ağ bayraq qaldırmağa sürükləmək istəyir. Zelenski bu plana “hə” deyə bilməz. Ancaq Zelenski ABŞ Prezidenti Donald Trampa qəti şəkildə “yox” deməyi də lazım bilməyəcək”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, əks halda iki lider arasında yenidən münasibətlər gərginləşəcək, bu isə Ukrayna Prezidentinə lazım deyil. Zelenski məsələni uzatmağa çalışacaq, uzaqbaşı “təkliflər müzakirə ediləcək” şəklində ifadələr işlədəcək:
“Maraqlıdır ki, Kreml də Trampın planından məmnun deyil. Trampın planı Rusiyanın Ukrayna ilə bağlı istəklərinin tamamını ehtiva etmir. Misal üçün plandakı “dondurulmuş Rusiya aktivlərinin 100 milyard dolları ABŞ-nin rəhbərliyi ilə Ukraynanın yenidən qurulması və investisiya qoyuluşuna yatırılacaq” bəndi Kremli raza sala bilməz. Və ya digər bəndə görə, Rusiya beş bölgə xaricində nəzarət etdiyi digər razılaşdırılmış ərazilərdən imtina etməlidir. Kreml saxta referendumla Xerson və Zaporojyeni Rusiyaya birləşdirdiyini elan edib. Mövcud vəziyyət isə belədir ki, bu bölgələrin təxminən yarısı Ukrayna ordusunun nəzarəti altındadır. Trampın planına görə, Ukraynanın nəzarət etdiyi bu bölgələri Rusiyaya verməyəcək. Belə olan halda Kreml sahibi cəmiyyətinə və yaxın ətrafına Xersonun və Zaporojyenin yarısından imtinasını izah etməli olacaq. Kremlin Trampın planına münasibət bildirməməsi Kiyevin işinə yarayacaq. Avropa İttifaqı da Trampın planının reallığa çevrilməməsi üçün əlindən gələni edəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
06 Noyabr 2026 17:14
Dini təriqət liderinə 200 il həbs cəzası verildi
06 Noyabr 2026 15:31
Kiyevdə elektrik sutkada 16 saat kəsilir
06 Noyabr 2026 10:41
Trampdan Demokratlara mesaj
06 Noyabr 2026 10:33
Ölüm hökmlərini ömürlük həbslə əvəz etdi
06 Noyabr 2026 09:53
"Ermənistan KTMT-də səsvermə hüququnu itirə bilər" - Pankin
06 Noyabr 2026 09:27
İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
05 Noyabr 2026 23:46
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
05 Noyabr 2026 23:25


Bakı -°C

