adalet.az header logo
  • Bakı -°C
06 Noyabr 2026 10:33
72
DÜNYA
A- A+

Ölüm hökmlərini ömürlük həbslə əvəz etdi

ABŞ-nin Kaliforniya ştatında ölüm hökmünə məhkum edilmiş şəxslərin cəzası vaxtından əvvəl azad edilmə imkanı olmadan ömürlük həbs cəzası ilə əvəz ediləcək. 

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Kaliforniya qubernatoru Qevin Nyusom bununla bağlı qərar qəbul edib. 

“Konstitusiyanın mənə verdiyi səlahiyyətlərdən istifadə edərək Kaliforniyada bütün ölüm hökmlərini şərti - vaxtından əvvəl azad edilmə hüququ olmadan ömürlük həbs cəzası ilə əvəz etmək qərarına gəldim”, - qubernatorun bununla bağlı bəyanatında deyilir. 

Nyusomun sözlərinə görə, bu gün qəbul edilmiş qərar onun ölüm cəzasına qarşı bütün siyasi karyerası boyu apardığı təxminən 30 illik mübarizənin nəticəsidir.

Qubernator Kaliforniyada ölüm cəzasına məhkum edilmiş 548 nəfərin olduğunu bildirib. Bu, ölüm hökmünün icrasını gözləyən məhkumların sayına görə, Qərb yarımkürəsinin bütün ölkələri arasında ən yüksək göstəricidir.