İlham Əliyevin 8 yaşında çəkdiyi rəsm
Prezident İlham Əliyevin 8 yaşında çəkdiyi rəsm yenidən sosial şəbəkələrdə gündəm olub.
Adalet.az xəbər verir ki, bir neçə il əvvəl AzPost hərbi mövzuda çəkilmiş rəsmin SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Semyon Sviqunun həyat yoldaşı Rozalina Sviquna hədiyyə edildiyini yazıbmış.
Həmin şəkildə qırmızı mürəkkəblə “Əziz və çox qiymətli Roza xalaya İlhamdan. 1969-cu il” sözləri qeyd edilib.
Bildirilib ki, rəsm barədə illər sonra general Sviqunun nəvəsi Violetta Niçkova paylaşım edib. V.Niçkova nənəsinin Bakıda keçirdikləri illərlə bağlı generaltsvigun.ru saytında yayımlanan xatirələrində Əliyevlər ailəsi ilə dostluq münasibətlərindən bəhs edib.
O qeyd edib ki, ailəsi Heydər Əliyevin həmin illərdə göndərdiyi təbrik məktublarını qoruyub saxlayıb: “Ailə arxivimizdə Əliyevlərin babama yazdıqları məktublar, teleqramlar bu gün də qalıb. Nənəmin Bakıda yaşadığı illərdə yazdığı gündəlikdə həmin dostluq münasibətləri barədə çoxlu maraqlı xatirələr var. Onlardan biri Heydər Əliyevin oğlu, 8 yaşlı İlhamın Sviqunlar ailəsinə göndərdiyi şəkildir”.
Digər Xəbərlər
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50
Bu ölkədə kişi qıtlığına belə çarə tapdılar - "Saatlıq ər" xidməti
12 Dekabr 2025 14:35
Tuvalılar – türkün qədim şamanları (II yazı)
11 Dekabr 2025 09:10


Bakı -°C

