Bu ölkə 10 dəqiqə tıxacda qalanlara pul ödəyəcək
İtaliya yay aylarından etibarən avtomobil yollarında görülən tikinti və təmir işləri səbəbindən yaranan tıxacları kompensasiya etmək üçün yeni ödəniş geri qaytarma sistemini işə salacaq.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qaydaya əsasən, sürücülər 50 kilometrlik marşrutun normal müddətinə əlavə olaraq cəmi 10 dəqiqəlik gecikmə yaşadıqları halda belə ödənişin bir hissəsini geri ala biləcəklər.
Qayda yalnız texniki səbəblər yəni tikinti və təmir nəticəsində yaranan tıxaclara şamil ediləcək. Qəza, pis hava şəraiti və fövqəladə hallar səbəbindən yol bağlanmaları isə sistemdən kənarda qalacaq.
Qeyd olunur ki, geri qaytarmanın həcmi gecikmənin uzunluğuna görə müəyyən ediləcək. Uzaq məsafələrdə 15 dəqiqəni aşan gecikmələr də sürücüyə kompensasiya hüququ verəcək. Əgər gecikmə 3 saata qədər uzanarsa, həmin marşrut üzrə ödənilən yol haqqı tam şəkildə geri qaytarılacaq.
Sürücülər ödənişin geri alınması üçün xüsusi mobil tətbiq vasitəsilə müraciət edəcəklər. Sistem Alman Dəmir Yollarının bilet kompensasiya modelinə bənzər şəkildə işləyəcək. Tətbiqin bütün yol operatorlarını əhatə etməsi nəzərdə tutulur və texniki detallar yaxın günlərdə dəqiqləşdiriləcək.
Digər Xəbərlər
01 Mart 2026 13:52
Dünən peraşki yeyirdi, bu gün qarğıdalı - VİDEO
27 Fevral 2026 12:02
24 yaşında beşəm dünyaya gətirdi
25 Fevral 2026 19:34
42 milyonluq səhifə bayrağımızı PAYLAŞDI - VİDEO
25 Fevral 2026 14:16
GƏNCƏ XİRNİYİ LAZIMSIZ MEYVƏYƏ ÇEVRİLİB…
25 Fevral 2026 10:43
Pul insanı korlamır...
24 Fevral 2026 09:08
Burda ildə 258 gün yağış yağır - Ən çox yağıntı düşən yerlər
23 Fevral 2026 13:14
Uzun iş saatları məhsuldarlığa mənfi təsir göstərir
23 Fevral 2026 12:19


Bakı -°C

