adalet.az header logo
  • Bakı -°C
27 Fevral 2026 12:02
77
MARAQLI
A- A+

24 yaşında beşəm dünyaya gətirdi

Çinin Sincan-Uyğur Muxtar Rayonundan olan 24 yaşlı qadın beşəm dünyaya gətirib.

Adalet.az xəbər verir ki, bu barədə "People’s Daily" qəzeti məlumat yayıb.

Məlumata görə, təbii yolla beşəm hamiləliyin baş vermə ehtimalı təxminən 60 milyon haldan biridir.

Körpələr hamiləliyin 28-ci həftəsində dünyaya gəlib. İlk olaraq 990 qram çəkidə oğlan uşağı doğulub, daha sonra isə çəkiləri müvafiq olaraq 1 020 qram, 970 qram, 1 030 qram və 870 qram olan dörd qız dünyaya gəlib.