Yer üzündə həddən artıq insan var
Bəşəriyyətin sayı artıq Yer kürəsinin mövcud resurslardan istifadə şəraitində davamlı şəkildə təmin edə biləcəyi səviyyəni keçib.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, bu nəticəyə iki əsrlik məlumatları təhlil edən tədqiqatçılar gəliblər. Nəticələr "Environmental Research Letters" jurnalında dərc edilib.
Alimlər təbii resurslar tükənmədən Yer üzündə neçə insan yaşayaya biləcəyini açıqlayıblar. Onların fikrincə, hazırkı şəraitdə optimal əhali sayı təxminən 2,5 milyard nəfərdir. Halbuki Yer əhalisi artıq 8 milyardı keçib.
Tədqiqatda qeyd olunur ki, əhalinin sürətli artımı əsasən fosil yanacaqlar sayəsində mümkün olub. Bu resursların mövcudluğu müvəqqəti olaraq imkanları artırıb və yüksək istehlak səviyyəsini dəstəkləyib. Lakin bu effekt davamlı deyil: belə yanacaqlardan asılılıq iqlim dəyişikliyi də daxil olmaqla ekoloji problemləri daha da gücləndirir.
Alimlərin fikrincə, yaxın onilliklərdə əhali artımı yavaşlayacaq, amma tam dayanmayacaq. XXI əsrin ikinci yarısında əhali sayının 11-12 milyarda çatacağı ehtimal edilir.
Enerji, su, torpaq və qida istifadəsində ciddi dəyişikliklər olmazsa, təbiətə olan təzyiq daha da artacaq və bu da qlobal qeyri-sabitliyə səbəb olacaq.
Digər Xəbərlər
29 Aprel 2026 16:45
“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
28 Aprel 2026 17:48
İtlər insan danışığını anlayırlarmı?
28 Aprel 2026 17:45
Marketlərdə satılan sular...
26 Aprel 2026 23:46
7 yaşlı uşaq fitri istedadı ilə hər kəsi heyrətləndirdi - VİDEO
23 Aprel 2026 13:18
Mir Şahin Ağayev: QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDIR!
22 Aprel 2026 10:07
Marsda həyatın mövcudluğuna dair güclü dəlil tapıldı
21 Aprel 2026 12:09
Azərbaycanda kolbasanın içindən yad cisim çıxdı - VİDEO
20 Aprel 2026 17:29


Bakı -°C

