Hesablama Palatasından mühüm TƏKLİF
Azərbaycanda dövlət satınalmaları sahəsində təchizatçıların vahid reyestri yaradılmalıdır.
Adalet.az xəbər verir ki, bu təkliflə Hesablama Palatası 2025-ci ildəki fəaliyyətinə dair hesabatda çıxış edib.
Mövcud təcrübədə əsasən etibarsız təchizatçıların reyestri formalaşdırılır. Lakin bu yanaşma bazarın tam mənzərəsini əks etdirmir və satınalma proseslərinin effektivliyini məhdudlaşdırır.
Bu səbəbdən Hesablama Palatası yalnız etibarsız deyil, mümkün bütün təchizatçıları əhatə edən vahid reyestrin yaradılmasını təklif edir.
Qeyd olunur ki, belə bir reyestr potensial iştirakçıların daha operativ müəyyənləşdirilməsinə, rəqabət mühitinin genişlənməsinə və satınalma proseslərinin şəffaflığının artırılmasına xidmət edə bilər.
Palata hesab edir ki, vahid təchizatçı bazasının formalaşdırılması dövlət satınalmalarında planlaşdırmanın keyfiyyətini artıracaq və prosedurların daha səmərəli həyata keçirilməsinə imkan verəcək.
Digər Xəbərlər
29 Aprel 2026 20:00
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
29 Aprel 2026 19:53
Şahin Mustafayevin korteji Ağverəni belə TƏRK ETDİ - VİDEO
29 Aprel 2026 17:49
Bakı metrosu WUF13 iştirakçılarına müraciət etdi
29 Aprel 2026 17:33
Kamran Əliyev Mərakeşdə - FOTO
29 Aprel 2026 16:34
Hərbi prokuror Daxili Qoşunların hərbi hissəsində görüş keçirdi - FOTO
29 Aprel 2026 14:59
Azərbaycan-İran sərhəddində yeni keçid məntəqəsi istifadəyə veriləcək
29 Aprel 2026 12:54
Səhiyyə Nazirliyində BƏƏ-nin nümayəndə heyəti ilə görüş keçirildi
29 Aprel 2026 12:40


Bakı -°C

