adalet.az header logo
  • Bakı -°C
15 Aprel 2026 10:31
80
SİYASƏT
A- A+

Niyə İraqa girən 50 ölkə İranda ABŞ-yə dəstək vermədi? – Politoloq

“Arxa planda anqlo-saksonlar dünya savaşı başladılar. Demək ki, dünyada ancaq İranla Amerika savaşmır. Bu müharibənin arxa planında ortamı fürsət bilib anqlo-sakslarla armageddon kimi qlobal klanlar da savaşa başlayıb. Təsəvvür edin ki, İraqa girən 50 ölkədən heç biri ABŞ-yə dəstək vermir. Orda bəhanə kimyəvi silahlar idisə, burda daha təhlükəli silahlar bəhanə edilir. Üstünə üstəlik Hörmuz boğazı kimi daha təhlükəli strateji “silah” da ortaya çıxıb”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

O, deyib ki, dünyadakı müharibələrin dövlətlər prizmasından əsasən heç bir məntiqi yoxdur:

“Çünki bütün aparat müharibə lokomotivinə oturur, resurslar sürətlə istismara məruz qalır və külli miqdarda borclanırlar. Qəribədir ki, dövlətlər adına qiymətləndirmə meyarı iqtisadi zərəri insan resursunun itkisi qədər əhəmiyyətsiz görmür. Yaxud da insan potensialının məhvinə sonrakı dövr adına bərpa edilən növ kimi baxılır. Təsəvvür edin ki, Səddam Körfəzə sahib olmaq adına inqilabdan çıxıb, zəif duruma düşmüş İrana hücum edib, xeyli ərazisini işğal etmiş, hər iki tərəfi dəstəkləyən mahiyyətcə eyni qlobal güclərin ucbatından heç bir nəticə əldə etməsə də, təxminən, 2 milyon nəfərin ölümünə səbəb olmuş, hikkəsindən kimyəvi silahlar tətbiq etmişdi. Sırf şəxsi ambisiyaları üzündən, ərəb dünyasının lideri olacaq deyə Küveyti işğal etmiş, Səhrada Tufan əməliyyatı ilə cəmi 100 saatda məğlubiyyətə uğramış və ərəb çölü başdan-başa İraq əsgərlərinin yanmış meyitləri ilə örtülmüşdü”. 

Onun sözlərinə görə, kommunist diktatorlar Stalin və Mao Tsedunun limitsiz hakim gücü 60-70 milyon insanın fiziki məhvinə səbəb olmuş və onlara eyni dövrdə yaşayan Hitlerlə birlikdə – savaşlarda ən ucuz xammal kimi baxılan insanlıq heç bir mahiyyət daşımayan psixoz hakim gücün qurbanına çevrilmişdilər:

“Sözügedən bütün savaşların aparıcı hərislik məqsədi sırf maddi sərvətlərin ələ keçirilməsi uğrunda idi.Çünki birinci və ikinci dünya müharibələrindən çox zaman keçib. Bəzi dövlətlər öz boyundan çox böyüyüb, yeni ideologiyalar doğulub, cəzalandırılmamış yeni nəsillər meydana gəlib. İkinci dünya müharibəsinin son sakinləri də dünyadan köçmək üzrədirlər. Qlobal sistem çürüyüb, yeni liderlər və yeni hikkələr doğulub. Yeni maraqların təminatı üçün yeni müharibələr qaçılmaz hala gəlib.Bu mərhələdə həmin klanlar hərəkətə keçir – Transmilli Şirkətlər dövlətləri növbəti raunda hazırlayırlar.Bir sözlə, İran savaşı klassik anqlo-sakson imperiyasının keysidir”.

Vasif ƏLİHÜSEYN