“Ermənistanın və İranın havadan müdafiə məsələsində ciddi problemləri mövcuddur...”
“Ermənistanda hərbi paradda nümayiş olunan sürpriz silahlardan biri dəAD-08 "Məcid" zenit raket kompleksləridir. Bu İran müdafiə sənayesi personalı tərəfindən plagiat versiya olaraq dizayn edilən və inkişaf etdirilən qısa mənzilli, aşağı hündürlükdə fəaliyyət göstərən "yer-hava" tipli raket kompleksidir. İstehsalçının şişirdilmiş məlumatına görə raket, PUA-ları (pilotsuz uçuş aparatları), qanadlı raketlərini, helikopterləri və aşağı hündürlükdə ucan hava hədəflərini ələm keçirmək və məhv etmək üçün nəzərdə tutulub”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, AD-08 istənilən hava şəraitində istifadə edilə bilər və eyni zamanda dörd hava hədəfini nəqliyyat vasitəsinə quraşdırılmış dörd raketlə vura bilir:
“Yeni AD-08 variantı, ön tərəfində heyət kabinəsi, arxa tərəfində isə düz platforması olan, dörd buraxılış relsindən və elektro-optik sistemdən ibarət buraxılış qurğusu ilə təchiz olunmuş "Iveco Daily" 4x4 yüngül yük maşınının bazasında yerləşdirilib. Elektron-optik sistem hədəfin əldə edilməsi və raketin idarə olunmasını təmin etmək üçün istifadə olunur. AD-08 "yer-hava" raket sistemində istifadə edilən raket, passiv infraqırmızı g0örüntüləmə və termal görüntüləmə başlığını özündə birləşdirir. O, 700 m-dən 8 km-ə qədər məsafələrdə və 20 m-dən 6 km-ə qədər hündürlüklərdə hədəfləri vura bilir. Raketin kalibri 156 mm, uzunluğu 2670 mm və ümumi çəkisi 75 kq-dır.Kompleks modifikasiya edilmiş ARAS-2 4x4 hərbi nəqliyyat vasitəsinin şassisinə də quraşdırıla bilir.İranın bu komplekslərini Ermənistandan başqa heç bir ölkə əldə etməyib. Əslində bu komplekslərin alınması, İrana tətbiq edilən sanksiyaların pozulması deməkdir”.
Onun sözlərinə görə, İranın ABŞ və İsrailə qarşı apardığı döyüş əməliyyatları zamanı İranın hava hücumundan müdafiə sisteminin bərbad vəziyyətdə olduğu ortaya çıxdı:
“Əməliyyatların ilk günündə, İranın HHM sistemi tam komplekt olduğu vəziyyətdə belə, düşmənin hava hücumlarına adekvat cavab verilmədi. Ölkənin hava məkanını qorumaq üçün nəzərdə tutulan sistem, heç özünü qoruya bilmədi. Vətən Muharibəsində Ernənistan ordusunun darmadağın edilməsi prosesi ilə İranın havadan müdafiəsi təxminən eyni acı taleyi yaşayıb. Sadəcə fərq ondan ibarətdir ki, İranın HHM sistemini ABŞ, Ermənistanın müdafiə sistemini Azərbaycan darmadağın edib. Odur ki, həm Ermənistanın, həm də İranın havadan müdafiə məsələsində ciddi problemləri mövcuddur. Bu problemlərin həlli məqsədilə hər iki olkə havadan müdafiə sahəsində əməkdaşlıq etməyə məcburdur. Bu gün İran Ermənistana, sabah isə Ermənistan İrana əlində olan və ya digər ölkələrdən əldə etdiyi texnologiyanı ötürə bilər. Amma burada bir məsələ var ki, Iranın özünü, onun digər ölkələrdə, xüsusilə də Livanda olan HİZBULLAH qruplaşmasını havadan qoruya bilməyən plagiat HHM sistemlərinin Ermənistan səmasını neçə qoruyacağıq böyük sual altındadır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
29 May 2026 15:01
“Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır”
29 May 2026 13:25
Maldiv Prezidenti İlham Əliyevi təbrik etdi
29 May 2026 12:45
Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edildi
29 May 2026 10:04
“Bu iqtisadi və diplomatik uğurlar xalqımızın birliyinin nəticəsidir”
28 May 2026 21:00
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
28 May 2026 17:47
Cümhuriyyət dövrünün geosiyasəti ilə bu günün müqayisəsi - Səxavət Məmməd yazır
28 May 2026 17:15
"Heydər Əliyev hakimiyyətə gəlməsəydi, dövlətimizin taleyi necə olacaqdı!?"
28 May 2026 16:36


Bakı -°C

