Əli Əsədov İƏT-in Baş katibi ilə görüşdü - FOTOLAR
Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Uld Şeyx Əhməd ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlər arasında dialoqun təşviqi, qarşılıqlı etimadın və anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, İƏT Baş katibinin tədbirdə iştirakı yüksək qiymətləndirilib.
Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Bakı Görüşü korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsi üçün mühüm platforma kimi dəyərləndirilib.
Azərbaycanın İƏT ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi vurğulanıb, təşkilata üzv olduğu 35 illik dövr ərzində ölkəmizin İƏT-in beynəlxalq nüfuzunun və institusional imkanlarının artırılmasına mühüm töhfələr verdiyi qeyd olunub.
İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə ardıcıl və prinsipial dəstəyi yüksək qiymətləndirilib.
Görüşdə Azərbaycanın 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına ev sahibliyi və İƏT-ə sədrliyi ilə bağlı məsələlərə toxunulub, ölkəmizlə təşkilat arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.
Digər Xəbərlər
27 Oktyabr 2026 15:08
Prezident Forumda çıxış etdi - FOTOLAR - VİDEO - YENİLƏNİB
27 Oktyabr 2026 14:42
“Türkiyə ilə qardaş münasibətəri korlayan mütəşəkkil qruplaşma tam tərkibdə aşkar edilməlidir”
27 Oktyabr 2026 14:40
"Sülhün təmin edilməsi üçün hərbi xərclərin yarım faizi kifayətdir" - ICESCO-nun Baş direktoru
27 Oktyabr 2026 14:04
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul etdi - FOTOLAR
27 Oktyabr 2026 14:00
Prezident qonaqlarla görüşdü - VİDEO
27 Oktyabr 2026 13:46
Kamran Əliyev Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşdü
27 Oktyabr 2026 13:21
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
27 Oktyabr 2026 12:53


Bakı -°C

