“Vətəni sevmək, güclü liderin ətrafında birləşmək öhdəliyi dayanır”
“Qlobal böhranlar və diplomatik qarşıdurmalar fonunda Azərbaycanın yeni dünya nizamında möhkəmlənən strateji mövqeyi.Dünyada müharibələr, diplomatik böhranlar, hakimiyyət dəyişiklikləri, iqtisadi sarsıntılar, ardıcıl siyasi bəyanatlar insanlarda təkcə siyasi narahatlıq yaratmır. Bunlar insanların gələcəyə münasibətinə, təhlükəsizlik hissinə, düşüncə tərzinə, qərarlarına, davranış qaydalarına təsir edir. Bu siyasi şoklar cəmiyyətləri dəyişir. Bu dəyişikliklərin istiqamətini əvvəlcədən müəyyənləşdirmək çətin olur, çünki fərqli savada, fərqli ağıla, fərqli elmi biliklərə və fərqli baxışlara malik insanların fərqli mövqeləri ortaya çıxır. Ümumilikdə, insanlar daha çox sabitlik istəyir. Bəzən islahat istəyir, bəzən qeyri-müəyyənlikdən yorularaq güclü lider istəyir”.
Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, bizim ölkəmizdə artıq güclü liderimiz var və bu lider ən çətin məqamlarda, kritik situasiyalarda doğru qərarları verə bildiyi üçün birmənalı qəbul olundu:
“İnsanlara da sabitlik, sülh, əmin-amanlıq, qələbə, suverenlik və azadlıq gətirdi və etibarlı rəhbərlik statusunu qazandı. Bu, çox dərin siyasi strategiyaya söykənən bir amildir. Dünyanın hansı dövründə, hansı şəraitdə bu addımlar atıldı və milli maraqlarımızın təminatı möhkəmləndirildi? Dünyada yaranan böhranlar və şoklar insanlarımızı həmin zaman kəsiyində düşüncə və dünyagörüşlərində korrektələr etməyə, əvvəldən formalaşmış fikirlərə yenidən nəzərdən keçitməyə vadar etdi. Və biz doğru qərar aldıq: gələcək Azərbaycanı, müstəqil Azərbaycanı, azad Azərbaycanı seçdik. Bu gün dünya diplomatik şoklar yaşamaqla idarə olunur. Müttəfiqlər arasında fikir ayrılıqları, dövlətlərin mövqelərinin sürətlə dəyişməsi, yeni danışıqlar formatları ortaya çıxanda dünya qeyri-sabit görünür və görünməlidir.Azərbaycanda bu gün idarə olunan diplomatik strategiya mövcuddur. Baxmayaraq ki, qlobal dünyanın şokları bizə də təsir edir və biz bunları görürük, sadəcə, bəziləri bu dəyərləndirməni ya apara bilmir, ya da məqsədli şəkildə bundan sui-istifadə edib dövlət maraqlarını öz maraqlarından sonra görür. Bizim sadaladığımız bu qədər problem çərçivəsində təkcə dünya diplomatik şok yaşamır, həm də dövlətlər bu qeyri-sabit şəraitdə yeni qaydalar və təsir mexanizmləri formalaşdırırlar”.
Politoloqun sözlərinə görə, əsl dönüş nöqtəsi o zaman yaranacaq ki, bu diplomatik təşəbbüslər konkret nəticələr versin:
“Bax, bu nəticələr yoxdursa, deməli, bu şoklardan əmələ gələn sarsıntıları yaşamağa məhkumuq. Beynəlxalq münasibətlərin qaydalarını dəyişən razılaşmaları əldə etmək o qədər də asan olmayacaq. Bizim üçün vacib məqam odur ki, biz o münasibətlərdə öz modelimizi qəbul etdirmişik. Artıq mərhələnin 90 faizini keçmişik. Növbəti mərhələdə bizə daha aktiv fəaliyyət, dövlətin yanında durmaq, Vətəni sevmək, güclü liderin ətrafında birləşmək öhdəliyi dayanır. Hazırda strateji manipulyasiya dövründə yaşayırıq. İnsanları natamam, yanlış məlumatlarla konkret istədikləri nəticəyə yönəltmək üçün məqsədli cəhdlər mövcuddur. Və möhtərəm Prezidentimiz bu istiqamətdə baş verənləri aydınlaşdırmaq üçün bizim üçün siyasi mesajlarını daim ifadə edir. İnsanlarla informasiya arasındakı münasibətlər sistemini izah etdi. Müstəqil düşünmək ehtiyacı belə prosesdə vacibdir. Faktlarla hər siyasi və diplomatik hadisələri analiz etmək lazımdır. Emosional dayanıqlıq mütləqdir. Məsuliyyətli qərar vermək duyumuna sahib olmaq lazımdır.Ümumilikdə, bu psixoloji təzyiqlər heç zaman bizi düşündürmək üçün olunmur, əksinə, cəmiyyəti çaşdırmaq üçün olunur. Biz burada itaətkar olmalıyıq o məkrli qüvvələrə qətiyyətimizi, birliyimizi, maraqlarımızı nümayiş etdirməliyik”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Oktyabr 2026 14:04
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul etdi - FOTOLAR
27 Oktyabr 2026 14:00
Prezident qonaqlarla görüşdü - VİDEO
27 Oktyabr 2026 13:46
Kamran Əliyev Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşdü
27 Oktyabr 2026 13:21
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
27 Oktyabr 2026 11:08
"Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb" - İlham Əliyev
27 Oktyabr 2026 11:07
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək dərsləri verilməməlidir" - Prezident
27 Oktyabr 2026 11:05
"Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq" - Dövlət başçısı
27 Oktyabr 2026 11:03


Bakı -°C

