adalet.az header logo
  • Bakı -°C
27 Oktyabr 2026 11:03
64
SİYASƏT
A- A+

Milli Məclisin iclası başladı

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Adalet.az xəbər verir ki, parlamentin bugünkü iclasının gündəliyinə 12 məsələ daxil edilib.

Deputatların müzakirəsinə çıxarılacaq məsələlər arasında Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişikliklər, “Texniki tənzimləmə haqqında” Qanuna dəyişikliklər, eləcə də “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişikliklər var. Bu qanun layihələri üçüncü oxunuşda müzakirə ediləcək.

Bundan başqa, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda, eləcə də “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik layihələri ikinci oxunuşda nəzərdən keçiriləcək.

Gündəliyə həmçinin “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda, Əmək Məcəlləsində dəyişikliklər daxildir.

Deputatlar Miqrasiya Məcəlləsində, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrdə, “Telekommunikasiya haqqında” Qanunda, eləcə də Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik layihələrini birinci oxunuşda müzakirə edəcəklər.