adalet.az header logo
  • Bakı -°C
27 Oktyabr 2026 11:45
71
İQTİSADİYYAT
A- A+

Vətəndaşların banklarda nə qədər pulu var? 

Sentyabr ayında fiziki şəxslərin müddətli əmanətləri 1,8 faiz və ya 211 milyon manat artaraq 11 milyard 731,6 milyon manat təşkil edib.

Adalet.az Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 71,4 faizi (13 milyard 162,5 milyon manat) milli valyutada, 28,6 faizi (5 milyard 273,8 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63,6 faizi (11 milyard 731,6 milyon manat) müddətli əmanətlərdən ibarətdir.

Bu ilin sentyabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2,6 faiz (5801 əmanətçi), ilin əvvəlindən isə 19,4 faiz (37 min 723 əmanətçi) artaraq 231,9 min nəfər təşkil edib.

Hüquqi şəxslərin tələbli depozitləri 18 milyard 97,6 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76 faizini təşkil edib.