Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası dələduzluq cinayətinə görə məhkum edilmiş şəxs barəsində zərərçəkmiş şəxslərlə barışığın əldə olunması və vurulmuş maddi ziyanın tam ödənilməsi hallarını nəzərə alaraq, azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsinə dair qərar qəbul edib.
Adalet.az xəbər verir ki, işin hallarına əsasən, təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə üç nəfərin əmlakını ələ keçirməkdə ittiham olunub. Belə ki, o, yaxın münasibətdə olduğu qadının etibarından istifadə edərək maddi problemlərinin həlli məqsədilə ona məxsus qızıl-zinət əşyalarını girov qoymaq, sonradan isə geri qaytarmaq vədi verib. Lakin həmin əşyaları geri qaytarmayaraq zərərçəkmiş şəxsə ümumilikdə 57 600 manat məbləğində maddi ziyan vurub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən müdafiə tərəfi apellyasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını xahiş edib. Apellyasiya baxışı zamanı isə alternativ olaraq zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsi və vurulmuş ziyanın tam ödənilməsi nəzərə alınmaqla cəzanın şərti tətbiq edilməsi istənilib.
Bakı Apellyasiya Məhkəməsi iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, birinci instansiya məhkəməsinin təqsirlilik barədə gəldiyi nəticəni əsaslı hesab edib. Bununla yanaşı, cəzanın fərdiləşdirilməsi baxımından əhəmiyyətli olan hallara xüsusi diqqət yetirilib.
Müəyyən edilib ki, məhkum hər üç zərərçəkmiş şəxslə barışıq əldə edib və onlara vurulmuş maddi ziyanı tam həcmdə ödəyib. Zərərçəkmiş şəxslər notariat qaydasında təsdiqlənmiş ərizələrlə məhkumla barışdıqlarını, ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildiriblər.
Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsaslanaraq, zərərçəkmiş şəxslərlə barışığın əldə olunmasını və vurulmuş ziyanın könüllü olaraq tam ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib.
Həmçinin məhkumun əvvəllər məhkum olunmaması, himayəsində azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınıb.
Məhkəmə vurğulayıb ki, cinayət cəzasının məqsədi yalnız şəxsin cəzalandırılması deyil, həm də sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınmasıdır.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin edilib. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, məhkuma təyin edilmiş 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilib və barəsində 2 il sınaq müddəti müəyyən olunub.
Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılıb.
Digər Xəbərlər
24 Noyabr 2026 15:05
Mehdiyevin oğlu və kürəkəni məhkəmədə ifadə verdi
13 Noyabr 2026 17:36
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı
13 Noyabr 2026 10:18
Özünüməşğulluq proqramı üzrə verilən əmlak hansı qaydada geri alına bilər? - Ali Məhkəmədən izah
04 Noyabr 2026 11:40
Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? - Ali Məhkəmədən izah
03 Noyabr 2026 15:34
Əli Kərimlinin məhkəməsi başladı - YENİLƏNİB
03 Noyabr 2026 11:03
Azərbaycanda vəzifəli şəxs həbs edildi
02 Noyabr 2026 16:18
Azərbaycanda hərbi xidmətdən yayınma ilə bağlı 5 cinayət işi başlandı
02 Noyabr 2026 11:18


Bakı -°C

