Simonyan Azərbaycana səfər edəcəyini açıqladı
"Ermənistan Konstitusiyasının layihəsi ictimai müzakirəyə məhz insanların təkliflərini təqdim edə bilməsi və bu təkliflərin müzakirə olunması üçün çıxarılıb".
Adalet.az “news.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bu gün hökumət binası qarşısında jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycana səfəri ilə bağlı danışan Simonyan səfərin dekabrın əvvəlində baş tutacağını deyib. O, səfərin Bakıya olmayacağını vurğulayıb.
“Ehtimal edirəm ki, ya Gəncəyə, ya da başqa bir şəhərə gedəcəyik, lakin Bakı olmayacaq”, – o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana gələcəyini bildirib. Alen Simonyan qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir müddət əvvəl Ermənistana səfər edib. Bu dəfə o, Azərbaycana səfər edəcək. Simonyanın sözlərinə görə, səfər zamanı texniki məsələlər və əməkdaşlıq müzakirə olunacaq.
Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu ilin iyun ayında ilk dəfə Ermənistanın Dilican şəhərinə səfər edərək, həmin vaxt Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Armen Qriqoryanla görüşmüşdü. Ermənistan Təhlükəsizlik Şurasının yaydığı məlumatda bildirilmişdi ki, növbəti görüş Azərbaycanda keçiriləcək.
Digər Xəbərlər
26 Noyabr 2026 13:34
“Tramp marşrutu” ilə bağlı mühüm qərar verildi
26 Noyabr 2026 12:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başladı - YENİLƏNİB
26 Noyabr 2026 12:21
Bakıdan sarsıdıcı zərbə olmasaydı...
26 Noyabr 2026 10:43
Rusiyanın ərazi tələbi danışıqları çətin vəziyyətə salır – Politoloq
26 Noyabr 2026 10:36
“Əgər atəşkəs uzanarsa, Çin məhsullarına qarşı rüsumların...”
26 Noyabr 2026 07:35
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
26 Noyabr 2026 07:34
Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuğa
25 Noyabr 2026 20:44


Bakı -°C

