Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır və iki ölkə uzun illərdir regionda mühüm layihələri birgə həyata keçirir.
Adalet.az xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili ölkənin Birinci Kanalda (1tv.ge) yayımlanan "Günün mövzusu" proqramında bildirib. Onun sözlərinə görə, müasir şəraitdə qlobal çağırışlar və mövcud geosiyasi kontekst fonunda Gürcüstan-Azərbaycan münasibətlərinə, iki ölkə arasındakı dinamikaya və əməkdaşlıq potensialına daha böyük əhəmiyyət verilir.
Boçorişvili qeyd edib ki, iki ölkənin mövcud geosiyasi kontekstdə daha yaxşı təmsil olunması üçün müntəzəm fikir mübadiləsinin aparılması və müxtəlif məsələlər üzərində daim işlənilməsi vacibdir.
"Azərbaycanla strateji tərəfdaşlığımız məzmunca çox zəngindir. Bu tərəfdaşlıq intensiv siyasi dialoqu da əhatə edir. Bu il bir sıra yüksəksəviyyəli dövlət səfərləri həyata keçirilib. Azərbaycan Prezidenti Gürcüstana, Gürcüstanın Baş naziri isə Azərbaycana rəsmi səfər edib. Həmçinin Azərbaycanın Baş nazirinin Gürcüstana səfərləri olub və iki ölkənin müxtəlif sahələr üzrə nazirləri arasında qarşılıqlı səfərlər davam edir", - deyə Boçorişvili bildirib.
Xarici işlər naziri vurğulayıb ki, Gürcüstan-Azərbaycan siyasi dialoqu konkret layihələri, regiondakı mövcud vəziyyəti və iki ölkə arasında əməkdaşlığın potensialını əhatə edir.
Onun sözlərinə görə, nəqliyyat dəhlizinin inkişafı, enerji resurslarının tranziti və digər sahələrdə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
"Bütün bunlar Orta Dəhlizin inkişafı üçün perspektiv yaradır və bu, çox vacibdir", - Boçorişvili əlavə edib./trend
Digər Xəbərlər
26 Noyabr 2026 07:34
Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuğa
25 Noyabr 2026 20:44
Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb - YENİLƏNİB
25 Noyabr 2026 16:52
Kərim Vəliyev Tacikistanın hərbi nümayəndə heyəti ilə görüşdü
25 Noyabr 2026 15:40
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib
25 Noyabr 2026 14:02
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
25 Noyabr 2026 13:47
Litva vətəndaşlarımız üçün vizanın sadələşdirilməsinə başlamaq istəyir
25 Noyabr 2026 13:13
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətlərində tarixi gündür
25 Noyabr 2026 12:32


Bakı -°C

