Türkiyədən ali təhsildə yaşıl dönüş
Davamlılıq, iqlim dəyişikliyi ilə mübarizə və yaşıl texnologiya sahəsindəki işləri ilə seçilən Çanaqqala Onsekiz Mart Universiteti (ÇOMÜ), gələcəkdə ətraf mühitə uyğun liderlər və mütəxəssislər yetişdirmək üçün hazırlanmış "Yaşıl Transformasiya Təhsil Modeli"ni elan edib.
Adalet.az xəbər verir ki, qlobal iqlim böhranı və Avropa Yaşıl Sazişi kimi beynəlxalq standartlara uyğunlaşmaq məqsədi ilə hazırlanmış bu innovativ model, ali təhsildə ətraf mühit şüurunu nəzəriyyə və təcrübəni birləşdirən fənlərarası tədris planına çevirir. Bakıda yerləşən media və təhsil dairələri tərəfindən yaxından izlənilən bu addım, Türkiyə ilə Azərbaycan arasında ali təhsil və davamlı inkişaf əməkdaşlığına yeni bir ölçü qatmağı hədəfləyir.
ÇOMÜ Rektoru Prof. Dr. Ramazan Cüneyt Erenoğlu Yaşıl Transformasiya Təhsil Modelinin regional vizyonunu qiymətləndirərkən bildirib ki, davamlılıq artıq akademik seçim deyil, qlobal bir zərurətdir:
"Çanaqqala Onsekiz Mart Universiteti tərəfindən hazırlanmış Yaşıl Transformasiya Təhsil Modeli ilə məqsədimiz yalnız öz tələbələrimizə deyil, həm də bütün Türk dünyasına, xüsusən də dost və qardaş ölkəmiz Azərbaycana nümunəvi ali təhsil vizyonu təqdim etməkdir".
Rektor qeyd edib ki, iqlim dəyişikliyi və yaşıl transformasiya kimi həyati əhəmiyyətli məsələlərdə ortaq akademik anlaşma və güclü əməkdaşlıq böyük əhəmiyyət kəsb edir:
"Təcrübələrimizi bölüşməyə və bərpa olunan enerji, yaşıl texnologiyalar və iqlim diplomatiyası kimi strateji sahələrdə Bakıdakı dəyərli universitetlərimiz və tədqiqat müəssisələrimizlə birgə layihələr həyata keçirməyə hazırıq. Gənclərimizi sabahın yaşıl iqtisadiyyatına istiqamət verəcək bacarıqlarla təchiz etməklə hamımız birlikdə regional inkişafa töhfə verəcəyik".
Digər Xəbərlər
26 Oktyabr 2026 18:10
Məktəblərdə bir təhsilalana düşən illik təhsil xərcləri təsdiqləndi
26 Oktyabr 2026 16:33
Azərbaycan Universiteti “Geopoetika” kitabının təqdimatını keçirib
26 Oktyabr 2026 11:19
"İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir" - Elm və Təhsil Nazirliyi
25 Oktyabr 2026 17:43
Peşəkar mühasib sertifikatı üzrə II mərhələ imtahanı keçirilib
23 Oktyabr 2026 17:45
Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23 Oktyabr 2026 16:12
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı
23 Oktyabr 2026 13:14
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya sahəsində təhsil almaq istəyən gəncləri konfransa dəvət edir
22 Oktyabr 2026 16:07


Bakı -°C

