adalet.az header logo
  • Bakı -°C
27 Oktyabr 2026 11:31
78
GÜNDƏM
A- A+

“Vahid mərkəzdə birləşmədən sonra yüzlərlə insan iş yerini itirəcək”

“TƏBİB-in ləğv edilməsi, daha doğrusu Səhiyyə Nazirliyinə birləşdirilməsi büdcə xərclərini azaltmaq məqsədi daşıyır. Bu mövzuda cavabsız suallar var. TƏBİB-in sistemi təmamilə ləğv ediləcəkmi? Məsələn SN-nin tabeliyində olan səhiyyə müəssisəsləri İcbari Tibbi Sığorta ilə işləmirdi”.

Adalet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyib.

O, həmin xəstəxanaların adlarını da sadalayıb:

“Milli Onkologiya Mərkəzi — onkoloji xəstəliklər. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi — göz xəstəlikləri. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi — cərrahi müalicə.Elmi-Tədqiqat Kardiologiya İnstitutu — ürək-damar xəstəlikləri. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu — ağciyər xəstəlikləri. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu — sümük-oynaq və travma xəstəlikləri. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu — qadın sağlamlığı. K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu — uşaq xəstəlikləri”.

İqtisadçı sual edib ki, indi bu xəstəxanalar İTS sisteminə qoşulacaqmı? 

“Bu sualın cavabı yoxdur. Daha bir vacib məqam - yüzlərlə inzibati vəzifə var ki, onlar həm TƏBİB-də, həm də SN-də var. Bu vəzifələr ləğv ediləcək. Vahid mərkəzdə birləşmədən sonra yüzlərlə insan iş yerini itirəcək. Həmin insanların taleyi necə olacaq? Görünən odur ki, bu birləşmədə məqsəd iş yerlərini ixtisar etmək və büdcə yükünü azaltmaqdır. Təsədüfü deyil ki, hökumət 2030-cu ilə qədər Neft Fondundan transferləri 27 faizə qədər alatmağı planlayır. 2030-cu il kritik bir dövrə təsadüf edəcək. Hökumət Neft Fondunda tolanacaq vəsaitlərin azalacağını bilir. Neft və qaz hasilatının azalması ilə yanaşı, dünyada 2030-cu ilə hədədflənmiş strateji proqramlar var. Dünyanın inkişaf etmiş ölkələri neft və qaz asılığından xilas olmaq üçün meqa layihələr həyata keçirir. BVF və Dünya Bankının proqnozları da 2030-cu ilə qədər kritik qərarların icrasına başlanılıb. Azərbaycan Hökuməti də baş verənlərin fərqindədir. Amma və lakin, neft və qaz gəlirlərin azalması fonunda büdcəni vergi və digər rüsumlarla doldurmaq yanlış düşüncədir. Birinci növbədə alternativ enerji mənbələri və aqrar sektoru inkişaf etdirmək üçün ciddi strateji proqramlara ehtiyac var”.

Vasif ƏLİHÜSEYN