Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq.
Adalet.az xəbər verir ki, oktyabrın 29-da Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı qərarı ictimaiyyətə təqdim ediləcək.
Mərkəzi Bankın əvvəlki qərarı ilə uçot dərəcəsi 6,5%, faiz dəhlizinin yuxarı həddi 7,5% səviyyəsində sabit saxlanılıb, aşağı həddi isə 0,5 faiz bəndi azaldılaraq 5%-ə endirilib.
AMB əvvəlki qərarında bildirmişdi ki, ilin qalan dövründə faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu, əsas makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarındakı proseslər və bank sektorunda likvidlik nəzərə alınmaqla qəbul ediləcək. Qlobal qeyri-müəyyənliklər və onların daxili iqtisadiyyata təsiri nəzərə alınaraq makroiqtisadi proqnozların bir neçə ssenari əsasında qiymətləndirilməsi davam etdiriləcək.
Digər Xəbərlər
26 Oktyabr 2026 17:04
Hindistan Azərbaycandan neft alışını artırıb
26 Oktyabr 2026 11:24
“İsrailə iqtisadi sanksiyalar tətbiq oluna bilərmi?”
26 Oktyabr 2026 10:30
Azərbaycanda yüz minlərlə insanın aldığı ödənişlərlə bağlı yeni xəbər
26 Oktyabr 2026 10:05
Azərbaycanda kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLAMA
24 Oktyabr 2026 11:34
“Zəfərdən sonra Qubadlının iqtisadiyyatı 35 dəfə böyüyüb”
24 Oktyabr 2026 11:14
“Belə böyük bazarla Azərbaycanın iqtisadi əlaqələri hələ mövcud potensialdan...”
24 Oktyabr 2026 10:15
Dünya bazarlarında neft bahalaşdı
23 Oktyabr 2026 20:01


Bakı -°C

