adalet.az header logo
  • Bakı -°C
27 Oktyabr 2026 10:44
74
SİYASƏT
A- A+

"Beynəlxalq hüququ, ədaləti bərpa etdik" - Prezident

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən danışıb.

Adalet.az xəbər verir ki, dövlətimizin başçısı BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimizi azad etdiyimizi bildirərək deyib:

“Biz beynəlxalq hüququ, ədaləti bərpa etdik. Biz öz gücümüz hesabına BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri icrasını təmin etdik”.