“Türkiyə ilə qardaş münasibətəri korlayan mütəşəkkil qruplaşma tam tərkibdə aşkar edilməlidir”
“Türkiyə prezidenti R.T.Ərdoğanın baş müşaviri Oktay Saralı vəzifəsindən azad edəndən sonra verdiyi “qardaşlığımıza dinamit qoymaq istəyənlərə imkan verməyəcəyik” açıqlaması xüsusilə diqqəti cəlb edir.Bu gecikən açıqlama olsa da, Türkiyədə Azərbaycana qarşı informasiya hücumlarına bundan sonra son veriləcəyinə ümid yaradır”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
“Azərbaycanın Türkiyədə “arzuolunmaz şəxs” elan etdiyi 31 nəfərdən biri – “Köklü Dəyişim” (Köklü Değişim) hərəkatının İstanbul təmsilçisi Məhəmməd Emin Yıldırım saxlanılması, digəri - səfirliyimizin qarşısındakı aksiyada iştirak edən Fateh Ərşahin ifadəsi alınması üçün polisə çağırılması münasibətlərin bərpası istiqamətində atılan müsbət addımdır, amma nə bu addım, nə də Saralın vəzifədən atılması yetərli deyil.Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən axtarışa verilən və Türkiyədə yaşayan şəxslərin Azərbaycana verilməsini səbirsizliklə gözləyirik. Din pərdəsi altında Azərbaycana qarşı siyasi fəaliyyət göstərən, Türkiyə ilə qardaş münasibətəri korlayan mütəşəkkil qruplaşma tam tərkibdə aşkar edilməli, qruplaşmanın hər bir üzvü olan din tacirləri əməllərinə görə cavab verməlidir”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Oktyabr 2026 15:08
Prezident Forumda çıxış etdi - FOTOLAR - VİDEO - YENİLƏNİB
27 Oktyabr 2026 14:40
"Sülhün təmin edilməsi üçün hərbi xərclərin yarım faizi kifayətdir" - ICESCO-nun Baş direktoru
27 Oktyabr 2026 14:04
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul etdi - FOTOLAR
27 Oktyabr 2026 14:00
Prezident qonaqlarla görüşdü - VİDEO
27 Oktyabr 2026 13:46
Kamran Əliyev Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşdü
27 Oktyabr 2026 13:21
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
27 Oktyabr 2026 12:53
“Vətəni sevmək, güclü liderin ətrafında birləşmək öhdəliyi dayanır”
27 Oktyabr 2026 11:08


Bakı -°C

