adalet.az header logo
  • Bakı -°C
27 Oktyabr 2026 15:11
70
İQTİSADİYYAT
A- A+

Azərbaycan və İtaliya biznes foruma hazırlığı müzakirə ediblər

İtaliyanın Xarici Ticarət Agentliyinin (ITA), İtaliya səfirliyinin və Azərbaycan İqtisadiyyat Nazirliyinin nümayəndələri Bakıda qarşıdan gələn ikitərəfli biznes-forumun təşkilini müzakirə ediblər.

Adalet.az xəbər verir ki, bu barədə İTA-nın məlumatında bildirilib.

Görüşdə agentliyin Bakı ofisinin direktoru Çeçiliya Oliva, İtaliya səfirliyinin birinci katibi Marvin Seniga, həmçinin Azərbaycan İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak ediblər.

Forumun hazırlıq işləri İTA, İtaliyanın Xarici İşlər Nazirliyi və ölkənin Azərbaycandakı səfirliyi tərəfindən əlaqələndirilir.

Görüş ötən həftə Romada İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani, İtaliyanın sahibkarlıq və istehsalat naziri Adolfo Urso və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında keçirilmiş danışıqların davamı olub.