adalet.az header logo
  • Bakı -°C
27 Oktyabr 2026 18:15
74
SAĞLAMLIQ
A- A+

 Xəstəxanalarda sıxlıqdı...

Bu gün bir çox insanlar xəstəxanlardakı sıxlıqdan, növbələrdən narazılıq edirlər! Onlar deyirlər ki, səhər saat 9 - da  xəstəxanaya gedirlər, hər hansı həkimə növə götürürlər və saatlarla gözləyirlər, növbələri gəlib çatmır. Həkimin qəbuluna gırəndən sonra isə müxtəlif müayinələr, analizlər... Buna da saatlarla vaxt gedir .

Onlar onu da deyirlər ki, biz heç həkimləri də qınamırıq. Bir həkim iş saatı ərzində 15- 20 xəstə qəbul edə bilər. Amma bizim həkimlər iş saatları vaxtı 50-60 xəstə qəbul edir. Axı, həkim də insandı və onu da başa düşmək lazımdı. Məsələn, Suraxanı Tibbi Mərkəzində  hər gün belə  anlar yaşanır! Hər gün burda çoxlu sayda insan növbə gözləyir. Pasiyent Mürvət Əliyev deyir ki, səhər saat 6- dan gəlib növbə tuturam.

Gec gəlsəm, çox gözləməli olmalıyam! Heç şübhəsiz ki, hər adam da belə səhər saatlarında gəlib  növbə tuta bilmir! Çünki yaşlı və ağır xəstələr  səhər saatlarında gələ bilmir və növbə tuta bilmirlər!  Ona görə də bu barədə TƏBİB  daha müasir və yeni sistem yaratmalıdır!  Ki, insanlar növbələrdə saatlarla, günlərlə vaxt itirməsin. Çünki onlar tibb ocaqlarına  müalicəyə və müaniyə gəlirlər, əsəbləşməyə yox!

Təəssüf ki, uzun növbələr gözləyən ürək-damar və diabet xəstələrin vəziyyəti belə anlarda ağırlaşır , onlar çətin anlar yaşayırlar! Bax , bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır!!!

Emil FAİQOĞLU