adalet.az header logo
  • Bakı -°C
31 May 2026 10:30
48
DÜNYA
A- A+

NATO ölkələri Hörmüz boğazındakı əməliyyata qoşula bilərlər

NATO ölkələri qüvvələrini Hörmüz boğazına yaxınlaşdırır və zəruri şərtlər yaranarsa, əməliyyata qoşula bilərlər.

Adalet.az-ın məlumatına görə, bu fikri NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunun kuluarlarında bildirib.

Onun sözlərinə görə, alyansın özü boğaz ətrafındakı vəziyyətin həllində birbaşa iştirak etmir.

"NATO hazırda birbaşa rol oynamır, lakin ayrı-ayrı ittifaq ölkələri artıq tədbir görürlər. Onlar qüvvələrini əraziyə yaxınlaşdırırlar", - deyə Draqone qeyd edib.