“Bu iqtisadi və diplomatik uğurlar xalqımızın birliyinin nəticəsidir”
“28 May Azərbaycan xalqının tarixində milli qürurun, azadlıq mübarizəsinin və dövlətçilik iradəsinin ən parlaq simvollarından biridir.1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərqdə ilk demokratik respublika kimi tarixə düşərək xalqımızın müstəqil yaşamaq əzmini dünyaya nümayiş etdirdi”.
Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, bu şanlı tarix bizim milli kimliyimizin və dövlətçilik ənənələrimizin əsas sütunlarından biridir:
“Bu gün müstəqil Azərbaycan güclü siyasi iradə, milli birlik və qətiyyətli dövlət strategiyası ilə regionun aparıcı dövlətlərindən birinə çevrilib. Prezident rəhbərliyi altında ölkəmiz öz suverenliyini daha da möhkəmləndirərək beynəlxalq arenada söz sahibi olan güclü dövlət statusunu davamlı şəkildə gücləndirir. Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi və diplomatik uğurlar xalqımızın birliyinin nəticəsidir. Müstəqilliyimiz bizə əmanət deyil, böyük mübarizə və şəhid qanı bahasına qazanılmış müqəddəs dəyərdir. Bu dəyəri qorumaq hər bir vətəndaşın milli məsuliyyətidir. Xalqımız tarix boyu olduğu kimi bu gün də dövlətinin yanında dayanaraq milli maraqlarımızı qətiyyətlə müdafiə edir. 28 May-Müstəqillik Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, dövlətimizə qüdrət, xalqımıza rifah və əbədi istiqlal arzulayıram. Yaşasın müstəqil Azərbaycan!”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
29 May 2026 15:01
“Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır”
29 May 2026 13:25
Maldiv Prezidenti İlham Əliyevi təbrik etdi
29 May 2026 12:45
Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edildi
29 May 2026 10:14
“Ermənistanın və İranın havadan müdafiə məsələsində ciddi problemləri mövcuddur...”
28 May 2026 21:00
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
28 May 2026 17:47
Cümhuriyyət dövrünün geosiyasəti ilə bu günün müqayisəsi - Səxavət Məmməd yazır
28 May 2026 17:15
"Heydər Əliyev hakimiyyətə gəlməsəydi, dövlətimizin taleyi necə olacaqdı!?"
28 May 2026 16:36


Bakı -°C

