Ərdoğanla Putin arasında telefon danışığı olacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə noyabrın 24-də telefon danışığı aparacaq.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə lideri G20 zirvəsi çərçivəsində Cənubi Afrika Respublikasında keçirdiyi mətbuat konfransında bildirib.
"Bu həftə ölkəmizdə Zelenski qonağımız idi. Sabah isə cənab Putinlə telefonda danışacağam", - Ərdoğan qeyd edib.
"Bir taxıl dəhlizi təşəbbüsümüz vardı. Bu təşəbbüsümüz, əslində, sülhə gedən yolu açmaq üçün idi. Təəssüf ki, müəyyən bir yerə qədər bunu bacardıq, amma sonradan davam etmədi. Sabahkı telefon danışığımızda hörmətli Putindən bunu yenidən xahiş edəcəyəm. Bu prosesi başlada bilsək, çox xeyirli olar deyə düşünürəm. Ölümləri dayandıra bilmək üçün hansı addımlar ata biləcəyimizi onunla müzakirə edəcəyəm", -Türkiyə lideri əlavə edib.
Digər Xəbərlər
02 Aprel 2026 10:54
Tramp ABŞ-nin Baş prokurorunu işdən çıxarmağı düşünür - İDDİA
01 Aprel 2026 21:00
Sarkisyanın partiyası parlament seçkilərində iştirak etməyəcək
01 Aprel 2026 19:43
Paşinyan: Qarabağ hərəkatı davam etdirilməməlidir
01 Aprel 2026 19:06


Bakı -°C

