adalet.az header logo
  • Bakı -°C
07 Yanvar 2026 19:00
148
DÜNYA
A- A+

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılacaq

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılacaq.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi və işgüzar əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur.

Bu çərçivədə Suriya bazarı ilə əməkdaşlıqda maraqlı olan, ticarət, investisiya, IT, tikinti, istehsal, sənaye, xidmət və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə müraciət edə bilərlər.