Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir
Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçirilir.
Adalet.az xəbər verir ki, 10–12 aprel tarixlərində Azərbaycanda “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçirilir.
“Sülh Körpüsü” Təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa əlaqələri təşviq etməyə davam edir.
Bu dəfə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib.
Vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il 8 avqust tarixində Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.
Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, “Sülh Körpüsü” Təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyətin müzakirəsi daxildir.
Müzakirə sessiyaları isə cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın artırılması məsələlərinə həsr olunacaq.
Digər Xəbərlər
10 Aprel 2026 18:32
“Gender ekspertizası” mexanizminin hüquqi əsaslarının dəqiqləşdirilməsi vacibdir”
10 Aprel 2026 17:13
Naxçıvan MR hökumətinin illik hesabatı oldu - MSK-nın üzvü vəzifəsindən azad edildi
10 Aprel 2026 12:16
Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycanda - FOTOLAR
10 Aprel 2026 12:09
"Azərbaycandan qadın paltarında qaçan şəxslər..." - Siyavuş Novruzov
10 Aprel 2026 11:53
“İran cənubdan bombalananda Şimalından Azərbaycandan humanitar yardım alırdı”
10 Aprel 2026 11:03
Parlamentin növbəti iclası BAŞLADI
10 Aprel 2026 10:17
“Növbəti dəfə MDB-ni tərk edən ölkə Ermənistan ola bilər...”
10 Aprel 2026 10:01


Bakı -°C

