adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 May 2024 21:11
656
SİYASƏT

Bayramov-Mirzoyan danışıqlarının birinci raundu 4 saatdan çox davam edib - YENİLƏNİB

Almatıda  Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların birinci raundu başa çatıb. 

Adalet.az xəbər verir ki,  Ceyhun Bayramovun Ararat Mirzoyanla görüşü 4 saatdan çox davam edib.

Danışıqlar əvvəlcə Qazaxıstan XİN rəhbərinin iştirakı ilə baş tutub, daha sonra görüş təkbətək formatda davam edib.

Danışıqların ikinci raundu sabah baş tutacaq.

 

***

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıdakı danışıqları iki gün davam edəcək.

Bu barədə APA-nın Almatıya ezam olunmuş əməkdaşı xəbər verib.

Qeyd edək ki, hazırda XİN rəhbərlərinin görüşü davam edir.

14:08

Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.

APA-nın Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçirilir.

Görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.