Sahibə Qafarova Abbas Əraqçi ilə görüşüb - FOTOLAR
Azərbaycan və İran qanunverici orqanları arasında münasibətlərin dərinləşdirilməsi müzakirə edilib.
Adalet.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarovanın dekabrın 8-də İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə qeyd olunub.
Bildirilib ki, iki ölkə arasında həm siyasi-iqtisadi, ticarət və nəqliyyat sahələrində, həmçinin mədəni-humanitar sahələrdə əlaqələrin möhkəmlənməsi və əməkdaşlıq imkanlarının genişlənməsi ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verir.
Eyni zamanda vurğulanıb ki, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və həyata keçirilən birgə layihələr böyük əhəmiyyət kəsb edir.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərən amillərdən biri kimi qanunverici orqanlar arasında əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edərək bu əlaqələrin daha da genişləndirilməsi üzrə birgə səylərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Bu mənada, parlamentlərdə fəaliyyət göstərən işçi qrupların rolunun gücləndirilməsinin vacibliyi də qeyd olunub.
Abbas Əraqçi isə İranın Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, iki ölkə arasında sıx siyasi dialoqun olduğunu bildirdi. O, yüksək səviyyəli siyasi-iqtisadi əlaqələri müsbət qiymətləndirərək iki xalq arasında, həmçinin qanunverici orqanlar arasında münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Digər Xəbərlər
08 Dekabr 2025 19:41
İlham Əliyev və Peter Pelleqrini arasında geniş tərkibdə görüş olub - FOTOLAR
08 Dekabr 2025 19:20
Dövlət başçısı: Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir
08 Dekabr 2025 19:18
İlham Əliyev slovakiyalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
08 Dekabr 2025 19:02
İlham Əliyev: Slovakiya ilə Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır
08 Dekabr 2025 18:58
Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsində ciddi artım var - Pelleqrini
08 Dekabr 2025 18:55
Prezidentlərin təkbətək görüşü oldu - FOTOLAR
08 Dekabr 2025 18:30
Şahin Mustafayev İranın xarici işlər naziri ilə görüşüb
08 Dekabr 2025 18:29


Bakı -°C

