Azərbaycan və Malayziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıldı
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın xarici işlər nazirinin müavini Mohamad Alamin ilə görüşüb.
XİN-dən Adalet.az-a verilən məlumata görə, görüş zamanı, Azərbaycan və Malayziya arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi və alternativ enerji, təhsil, turizm sahələri üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.
Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin mövcudluğu qeyd olunub, bu istiqamətdə qarşılıqlı təmaslar və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətinə toxunulub.
Azərbaycan-ASEAN münasibətlərinin təşviqi yollarının müzakirə olunduğu görüşdə, həmçinin digər beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarından bəhs edilib.
Ölkəmizin D-8-ə üzvlüyə qəbul olunmasının vacibliyi vurğulanıb və alqışlanıb.
2026-cı ildə Azərbaycanın İƏT-ə sədrliyi çərçivəsində Bakıda İƏT-in Zirvə görüşünə ev sahibliyi edəcəyi məmnunluqla qeyd edilib və bu proses çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qarşı tərəf, o cümlədən ölkəmizi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu sədrlik və ev sahibliyi münasibətilə, əldə edilmiş nailiyyətlərlə əlaqədar təbrik edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Malayziya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Malayziya tərəfindən isə xarici işlər nazirinin müavini Mohamad Alamin rəhbərlik edib.
Digər Xəbərlər
29 Mart 2026 17:17
Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evlərdir - RƏSMİ
29 Mart 2026 15:42
Qloballaşma dövründə cəmiyyətin inkişafını qadınların fəaliyyəti olmadan...
29 Mart 2026 12:00
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır - Ceyhun Bayramov
29 Mart 2026 09:30
Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO
28 Mart 2026 23:43
Əraqçi Azərbaycan dilində ölkəmizə təşəkkür etdi
28 Mart 2026 13:38
“Bu gün ABŞ-İsrail tandeminin Qəzzadan, İrandan istəyi nədir?”
28 Mart 2026 11:00
“Şərqdə müharibələrin bitməsi regional layihələrin icrası anlamına gəlməyəcək...”
27 Mart 2026 18:42


Bakı -°C

