Azərbaycana böhtan atan fransız nazir İrəvanda:Saxtakarın saxtakarlığı ziyarəti
"Fransa Ermənistana davamlı dəstəyi təmin edəcək" , "Fransa Ermənistanı Rusiyadan qoruyacaq" deyərək ermənilərin sevimlisi olmuş Fransalı nazir İrəvanda növbəti səfərdədir.
Adalet.az xəbər verir ki, Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejourne Ermənistana səfər edib. Ermənistan XİN bildirir ki, Fransanın Avropa və xarici işlər naziri Stefan Sejourne Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyanın müşayiəti ilə Erməni Soyqırımı Memorialını ziyarət edib:"Nazir Sejourne abidənin önünə əklil qoyub və soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib" - deyə bildirib.
Qeyd edək ki, nazir Stefan Sejourne ABŞ dövlət katibi Entoni Blinken ilə bu il, aprelin 2 də Parisdə birgə mətbuat konfransında iddia edirdi ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü təhdid edir və sərhəddə gərginliyi artırır:
"Biz bu gün Azərbaycanın təhdid etdiyi Ermənistanın ərazi bütövlüyü məsələsinə toxunduq. Azərbaycanın ritorikası nəzarətdən çıxır və vəziyyətin gərginləşməsində Ermənistanı günahlandırmaq məqsədi güdür. Bundan başqa, biz Bakıdan gələn çoxsaylı saxta xəbərləri görürük.
Bakı bu gərginlikdə İrəvanı günahlandırır, baxmayaraq ki, Ermənistan bunu istəmir və bundan yayınmağa çalışır. Biz onu da görürük ki, Bakının təbliğatı daha çox Rusiyanın Ukraynaya qarşı təbliğatı ilə üst-üstə düşür. Biz bütün bunları Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində diqqət mərkəzində saxlamağa razılaşdıq”.
Ən pisi isə odur ki, Stefan Sejournenin səsləndirdiyi böhtan xarakterli fikirlərə Blinken də ortaq oldu.
P,S. İrəvana gəlib saxta erməni soyqırımı abidəsini ziyarət etməsəydi, bax, onda təəccüblənərdik.
Əntiqə Rəşid
Digər Xəbərlər
08 Aprel 2026 20:53
Litvanın Baş naziri Azərbaycana səfərə gəldi
08 Aprel 2026 20:31
“Sülh danışıqları bu faciələri unutmağımıza əsas vermir”
08 Aprel 2026 19:22
Əraqçi ilə Ceyhun Bayramov telefonla danışdılar
08 Aprel 2026 17:08
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə geniş tərkibdə görüş keçirib - YENİLƏNİB
08 Aprel 2026 16:59
ABŞ-İran müharibəsinin qalibi kimdir? - Elxan Şükürlü yazır
08 Aprel 2026 15:47
İlham Əliyev Pezeşkianı təbrik etdi
08 Aprel 2026 15:43
Böyük savaşlar arasında Qafqaz - Səxavət Məmməd yazır
08 Aprel 2026 11:39


Bakı -°C


jpg-1726644256.jpg)
