Nazir Marko Rubio ilə danışdı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb.
Bu barədə Adalet.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər müzakirə edilib.
8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş tarixi zirvə görüşündən sonra ikitərəfli münasibətlərdə strateji tərəfdaşlığın inkişafı istiqamətində əldə olunmuş mühüm irəliləyişlər qeyd olunub.
Bu çərçivədə, Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasında müəyyən edilmiş prioritet istiqamətlər üzrə işçi qruplarının fəaliyyətinin ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Telefon danışığı zamanı, Azərbaycan-ABŞ strateji tərəfdaşlığı çərçivəsində 2026-cı ildə əldə olunmuş mühüm nəticələr, o cümlədən Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı, investisiya, rəqəmsal texnologiyalar, ticarət və digər sahələrdə imzalanmış sənədlərin ikitərəfli əməkdaşlığın praktiki məzmununu əhəmiyyətli dərəcədə genişləndirdiyi vurğulanıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi, etimad quruculuğu və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl addımlar barədə qarşı tərəfə məlumat verib.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
05 Oktyabr 2026 21:02
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
05 Oktyabr 2026 19:00
Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
05 Oktyabr 2026 18:41
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib
05 Oktyabr 2026 18:35
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə müzakirə apardı
05 Oktyabr 2026 14:31
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir
05 Oktyabr 2026 14:14
Prezident hakim partiyanı cəbhəyə sürdü - İdeoloji savaş başlanır
05 Oktyabr 2026 13:26
İlham Əliyev Malayziyaya səfərə dəvət olunub
05 Oktyabr 2026 12:47


Bakı -°C

