Azərbaycanda 12 günlük tətil BAŞLADI
Azərbaycanda 12 günlük tətil başlayıb.
Adalet.az xəbər verir ki, bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 12 qeyri-iş günü olacaq.
Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 22 və 23 mart tarixləri şənbə və bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin verdiyi qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
8 Mart - Beynəlxalq Qadınlar günü şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 10 mart qeyri-iş günü olmalı idi.
Bundan başqa 30 mart Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalıydı.
Beləliklə, 29 və 30 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.
Digər Xəbərlər
15 Fevral 2026 17:52
İlham Əliyevlə Vuçiç mətbuata bəyanatlarla çıxış edirlər
15 Fevral 2026 17:46
Müdafiə Nazirliyi həftəlik icmalı yayımlandı - VİDEO
15 Fevral 2026 17:12
Prezident və xanımı Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət etdilər - FOTOLAR
15 Fevral 2026 16:36


Bakı -°C

