Azərbaycanda 21 yaşlı tələbənin ölümü ilə bağlı TƏFƏRRÜATLAR
Sentyabrın 11-də axşam saatlarında Masallıda 21 yaşlı tələbənin ölümü ilə bağlı bəzi faktlar üzə çıxıb.
Adalet.az-ın Bakıvaxtı.az-a istinadən məlumatına görə, Azərbaycan Kooperasiya Universitetinin tələbəsi Tural Əbilzadəyə səhhəti pisləsdyindən Masallıda ilkin tibbi yardım göstərildikdən sonra o, Lənkəran Rayon mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaxınları bildirib ki, burada Turalı analiz etmədən sistem qoşublar, nəticədə gənc oğlanın vəziyyəti daha da pisləşib.
T.Əbilzadənin durumunun kritik olduğunu görən Lənkəran xəstəxanasının həkimləri onun Bakıya çatdırılmasını məsləhət görüb. O, təcili tibbi yardım maşını ilə Bakıya aparılarkən yolda vəfat edib.
Yaxınları T.Əbilzadəyə vaxtında düzgün tibbi yardımın göstərilmədiyini, ona vurulan sistemin vəziyyətini daha da ağırlaşdığını iddia ediblər.
Qeyd edək ki, T.Əbilzadənin anası da dörd il əvvəl sentyabr ayında vəfat edib. Gənc anası ilə bağlı sosial şəbəkə hesabında tez-tez paylaşımlar edib.