Azərbaycanda 8-ci sinif şagirdi ÖLDÜ
Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.
Adalet.az APA-ya istinadən xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib.
Xaçmaz Təhsil Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
02 May 2024 17:40